MÖVSÜM SƏMƏDOV AZADLIĞA ÇIXA BİLƏR?
Tarix: 10-07-2012, 14:09 |
Çap et
İŞ ÜZRƏ KASSASİYA ŞİKAYƏTİ HAZIRLANIR
Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov və onunla həbs edilən partiya üzvləri, o cümlədən digər dindarların işi üzrə kasasiya şikayəti hazırlanır.
Bu barədə SalamNews-a Mövsüm Səmədovun vəkili Anar Qasımlı bildirib.
Vəkilin sözlərinə görə, hazırda əvvəlki məhkəmə instansiyalarınn qərarından Ali Məhkəməyə təqdim oluncaq şikayət ərizəsi üzərində iş gedir.
Xatırladaq ki, AİP sədri Mövsüm Səmədovu 2011-ci ilin yanvarın 7–də saxlanılaraq barəsində 13 sutkalıq inzibati həbs seçilib. Daha sonra Nəsimi rayon məhkəməsi tərəfindən yanvarın 20-də M.Səmədov barəsində 3 aylıq həbs qətimkan tədbiri seçılıb və Azərbacan Respublikası Baş Prokuroluğunun ağır cinayətlərə dair işlər idarəsində istintaqa başlanılıb.
AİP sədri hakimiyyəti zorla ələ keçirmə cəhdində və ya onu zorla saxlama, qanunsuz olaraq odlu silahdan və ya silah qismində istifadə olunan vasitələrdən istifadə etməklə cinayətə hazırlıqda ittiham olunaraq 2011-ci ilin oktyabrın 7-də 12 il müddətindən azadlıq məhrum edilib.
Vəkil Anar Qasımlı məhkəmənin çıxardığı hökümdən narazılığını bildirərək apellyasiya şikayəti verib. Bakı Apellyasiya məhkəməsi birinci instansiyanın qərarını qüvvədə saxlayıb.