MÜƏMMƏR QƏZZAFİ VƏ OĞLU DƏFN OLUNDU
Tarix: 25-10-2011, 13:38 |
Çap et
MÖTƏSƏM BİLLAH ATASININ YANINDA BASDIRILIB
Liviyanın mərhum diktatoru Müəmmər Qəzzafi oktyabrın 25-də dəfn olunub. “Media forum” saytı xəbər verir ki, məlumat Liviyanın Milli Keçid Şurasındakı mənbəyə istinadla yayılıb.
Müəmmər Qəzzafinin oğlu Mötəsəm Billah Qəzzafi də atasının yanında basdırılıb. Onların dəfn olunduğu yer gizli saxlanır.
Avqust ayında devrilən Müəmmər Qəzzafi oktyabrın 20-də Sirt şəhərində öldürülüb.
Müəmmər Qəzzafi 1969-cu ildən 2011-ci ilin avqust ayına kimi Liviyada hakimiyyətdə olub.
O, Liviyada fevraldan bəri gedən xalq hərəkatı nəticəsində devrilib.