Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakətlər və Fövqəladə Hallar üzrə İdarə Vanda baş vermiş zəlzələ ilə bağlı son rəsmi rəqəmləri açıqlayıb.
APA-nın xəbərinə görə, idarə zəlzələdə ölənlərin sayının 366, yaralıların sayının 1301 nəfər olduğunu bildirib. Zəlzələ nəticəsində 2 min 262 bina dağılıb.