MÜXALİFƏTİN YENİ BİRLİK FORMATI YARADILIR
Tarix: 14-07-2012, 13:43 |
Çap et
BU YÖNDƏ FƏALİYYƏTƏ KEÇİLİB
Gələn il prezident seçkiləri ilə bağlı yeni əməkdaşlıq müstəvisi yaradılmalıdır.
Bunu SalamNews-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib.
O bildirib ki, həmin qurum yalnız seçkilərə hazırlıq istiqamətində fəaliyyət göstərməli, müxalifətin prezident seçkilərində iştirakını təmin etməlidir: “Həmçinin həmin əməkdaşlıq formatı müxalifətin strategiyasını, komandasını müəyyən etməlidir. Belə əməkdaşlıq formatı indiki blok və birliklərə toxunmadan da yaradıla bilər”.
S.Cəlaloğlu yaxın vaxtlarda rəhbərlik etdyi partiyanın müxalifət partiyalarına belə bir təklif verəcəyini söyləyib.