PARTİYALAR ÜÇÜN XOŞ MÜJDƏ
Tarix: 17-07-2012, 13:10 |
Çap et
GƏLƏN İLDƏN BÜDCƏDƏN MALİYYƏLƏŞMƏYƏ START VERİLİR
2012-ci ilin büdcəsində vəsait nəzərdə tutulmadığı üçün siyasi partiyaların maliyyələşdirilməsi ilə bağlı “Siyasi partiyalar haqqında” qanuna edilmiş dəyişikliklərin icrası gələn ilə qalıb. APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib.
Onun sözlərinə görə, qanunun icrasının yubanması bu amillə bağlıdır: “Növbəti ilin büdcəsinə baxılarkən bu məsələ nəzərə alınacaq. Hesab edirəm ki, 2013-cü ildə siyasi partiyaların dövlət tərəfindən maliyyələşdirilməsinə başlanacaq”.