Türkiyədə yeni bir xəbər agentliyi fəaliyyətə başlayıb
Tarix: 21-06-2016, 16:45 |
Çap et
Türkiyədə yeni bir xəbər agentliyi fəaliyyətə başlayıb. Yeni qurulan agentliyin əsas məqsədi doğru, dəqiq və tərəfsiz xəbərləri oxucularına çatdırmaqdır. Baş redaktoru Abdullah Bozkurt olan "Müxbir Xəbər Agentliyi"nin ("Muhabir Ajans") mərkəzi ofisi Ankarada olacaq. Agentlik, Türkiyənin və dünyanın dörd bir tərəfindən təcrübəli müxbirlərin də dəstəyi ilə baş verən hadisələri dəqiq və tez bir zamanda insanlara çatdırmağı qarşısına məqsəd qoyub. Televiziya, qəzet və internet saytlarının maraq göstərəcəyi agentlikdə iqtisadiyyatdan siyasətə, idmandan mədəniyyətə bütün xəbərlərə yer veriləcək. Baş redaktor Abdullah Bozkurt "Müxbir Xəbər Agentliyi"nin hər zaman haqqın və doğrunun yanında olacağını, tərəfsiz xəbər hazırlayacağını bildirib.
Agentliyin internet ünvanı http://www.muhabir.com.tr/
Rəsmi "facebook" səhifəsi: https://www.facebook.com/muhabirajans/
"Twitter" səhifəsi: https://twitter.com/muhabirajans
"Youtube" səhifəsi: https://www.youtube.com/channel/UCFhSI3Om3mEMCrAiitJudBQ