Tanınmış aktyor Rafaellə Coşqunu “VURDU”: - “Onlar mənim qabağımda uşaqdırlar”
Tarix: 25-08-2016, 09:23 | Çap et
Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, əməkdar artist Çingiz Əhmədov Modern.az saytına müsahibə verib. Onunla söhbəti təqdim edirik:
-“Lider” TV-də yeni layihəyə başlamısınız. Üstəgəl aktyorsunuz. Bir sözlə işiniz çoxdur. Buna baxmayaraq, gümrah görünürsünüz.
-Doğurdan deyirsiniz?
-Demək olar ki...
-Şükürlər olsun. Həmişə şəhərə çıxanda, el şənliklərində, konsert salonlarında olanda çalışırıq ki, rahat olaq. Mən bunu böyük sənətkarlarımızdan öyrənmişəm. Bəzən nə qədər qəmli olsaq da, çalışırıq ki, bu simanı tamaşaçıya göstərməyək. Buna görə də, həmişə gümrah görünməyə, rahat olmağa çalışırıq. -15-20 il bundan əvvəlki Çingiz Əhmədovla bugünkü arasında əsaslı dəyişiklik var? Söhbət dünyagörüşündən gedir.
-Əlbəttə. Yaş öz işini görür. Cavanlıq, gənclik, şıltaqlıq dövrü tamam başqa ab-havada qaldı. Yaş öz işini gördükcə, insan bir az da ağırlaşır, sanballaşır. İnsan çalışır ki, ildən-ilə dəyişsə də, yaxşı formada qalsın. Biz sənət adamıyıq. Demək olar ki, xalq üçün yaşayırıq. Sonra ailə üçün. Daha sonra isə yaxşı dostlar üçün yaşayırıq. Mənim dünyagörüşümdə dəyişikliklər var. Bayaq dediyim şıltaqlıq gedib, amma hələ ki gümrahlığımı saxlaya bilirəm. Elə də yaşım yoxdur, çox da qoca deyiləm. 53 yaşım var.
-Şıltaqlıq deyərkən nəyi nəzərdə tutdunuz?
-Mən 1972-ci ildən televiziyada böyümüşəm. Rəhmətlik Hüseynağa Sadıqov, Süleyman Ələsgərov... Nəsibə xanım isə sanki elə evimizin içi olub. Əliağa Ağayev mənim ustadım olub. Mən belə adamlardan sənət tərbiyəsi görmüşəm, bunların yanında həmişə ərköyün olmuşam. Mənə elə ərköyün rollar da verirdilər. Rollarda həmişə papanın, mamanın gül balası olmuşam. Rəhbər şəxslərin övladlarını canlandırmışam. 17-18 yaşımda “Zaporojets” maşınım var idi. Avtomobilim olanda açar fırladırdım. O zamanlar cəmi 1 televiziya var idi. 4 dəfə verilişə çıxırdım. “Səhər görüşləri”, “Yumoristik novellalar”, “Hekayə axşamı”, “Kitab köşkü”. Daha sonra “Komediyalar aləminə səyahət” verilişi efirə çıxdı. Həmin verilişlərlə efirə çıxmaqla möhür vurmuşdum. 1989-cu ildə Rəhman Rəhmanovla biz cütlük yaratdıq. Rəhmətlik Maarif Məmmədov dövlət televiziyasında redaktor idi. Həm də verilişin rejissoru idi. Maarif, “Ordan-burdan”ı yazmağa başladı. 1990-cı il gəldi. Bədbinləşmə dövrü başlanmışdı. O günlər getsin, gəlməsin. Hamımız əziyyət çəkirdik. 1993-1994-cü illərdə Nizami Xudiyev məni yanına dəvət etdi. Sual etdi: ““Ordan-burdan”ı niyə bərpa etmirsiniz?”. Nizami müəllimin sözündən sonra, mən Maarifə təklif etdim ki, bunu yenidən başlayaq. Biz həftədə bir dəfə dövlət televiziyasında “Ordan-burdan”ı davam etdirməyə başladıq. 2001, 2003 və 2006-cı ildə mən indiki Heydər Əliyev sarayında konsert verirdim. Sonda tamaşaçılara dedim ki, “biz qadın paltarı geyməklə güldürməyi qurtardıq. Bu gün sonuncu konserti sizə təqdim etdik”. Qadın paltarı geyməkdən imtina etməyimizin səbəbi o idi ki, artıq övladlarım məktəbə gedirdilər. Görürdüm ki, söz-söhbət yaranırdı. Uşaqlarıma deyirdilər ki, atan qadın paltarı geyinir. Bunlar mənim xətrimə dəyirdi.
-Mən düşünürəm ki, aktyor komplekssiz olmalıdır. Belə başa düşdüm ki, sizdə güclü kompleks yaranıb. Buna görə də, səhnədə qadın paltarı geyməkdən çəkinmisiniz.
-Bizdən qabaq, Mirzağa Əliyev, Sidqi Ruhulla, Mövsüm Sənani, Yaşar Nuri, Rafael Dadaşov qadın paltarı geyiniblər. Teatrda tamaşa zamanı qadın paltarı geymək olar. Ancaq qadın paltarı ilə televiziyaya çıxmaqdan qaçdım.
-Azərbaycanda ilk dəfə sizinlə Rəhman Rəhmanov duet formatında komediyanı ərsəyə gətirmisiniz. Sizdən sonra da başqaları bunu davam etdirdilər. Siz sonrakıları necə dəyrələndirirsiniz? Bir məktəbin davamı, yoxsa təqlid?
-Biz təmiz başqa istiqamətdə idik. İndi kimlər necə edir-etsinlər. Qəmləri kəm olsun. Mən o insanlarla danışa bilərəm ki, dövlət teatrlarında işləsinlər. Çünki teatr başqa bir aləmdir. Mənim işlədiyim teatra gəlin, tamaşalara baxın. Çox fərqli-fərqli şeylərin olduğunu görəcəksiniz. Siz televiziyanı teatra qatmayın. Televiziya aktyoru ilə teatr aktyoru arasında böyük fərq qoyuram. Televiziya aktyorlarına “birdəfəlik şpris” deyirlər. Gəldi, getdi, vəssalam. Amma teatr, sənət başqa aləmdir. Teatr, səhnə isə məbəddir. Səhnədə oynamaq, səhnəni doldurmaq, tamaşaçı rəğbəti, alqış qazanmaq başqa bir şeydir.
-O zaman sualı belə qoyum. Sizdən sonra duet şəklində çıxış edənlər xoşunuza gəldimi? Onlar sizi güldürə bildimi?
-Yaxşı yazar olanda, material yaxşı olanda, adam nəyəsə baxar. Amma “çevir tatı, vur tatı” ilə konsert verib nəyinsə xatirinə pul qazanmaqdan qaçıram.
-Kimləri nəzərdə tutursunuz?
-Ümumiyyətlə danışıram. Bir daha deyirəm ki, mən teatr aktyoru ilə danışa bilərəm. Siz məni hansısa teatr aktyoru ilə fərqləndirin, cavab verim. Allah qəni-qəni rəhmət eləsin. Hacıbaba Bağırov böyük ustad idi. O bir dəfə mənə camaatın içində dedi: “Mən istəyirəm, sən ata ocağın olan teatra qayıdasan”. Mən 1985-ci ildən 1991-ci ilə qədər o teatrda işləmişdim. Sonra teatrda rəhbərlik dəyişdi. Nəsibə xanım, Atabala Səfərov, Kübra Əliyeva, Ofeliya Məmmədzadə, Ofeliya Aslan həmin teatrdan getdilər. Mən özüm də oradan uzaqlaşdım. Sonra Siyavuş Aslan teatra gələndə, məni də ora dəvət etdi. Amma mən getmədim... ANS-də “Yeriniz məlum” verilişi var idi. Həftənin 5 günü efirə çıxırdı. Mən Hacıbaba Bağırovu həmin verilişə dəvət etmək üçün ona zəng etdim. Mənə cavabı belə oldu: “Sənin verilişinə bir şərtlə gələrəm. Sən qayıt ata ocağına, mən də verilişində iştirak edim”. Mən işlərimin çox olduğunu bildirdim. Bundan sonra o, rollarını mənə verdi, özü də kənara çəkildi. Siz məni indi hansısa teatr aktyoru ilə müqayisə etsəniz, bu barədə danışaram. Televiziyada bu gün bunu, sabah onu edən aktyorlarla müqayisə istəmirəm. Çünki, mən onların hamısını vaxtında etmişəm.
-Bildim. Yəni belə düşünürsünüz ki, bu gün televiziyada tamaşaçı rəğbəti, müəyyən mənada tamaşaçılarda qıcıq yaradan aktyorlar teatrda özlərini doğrulda bilməz?
-Təbii ki, yox. Onlar özlərini doğrulda bilmədiklərinə görə, teatrda qalmırlar. Mən o zaman Dövlət Musiqili Komediya Teatrından gedəndən sonra əməkdar incəsənət xadimi, rəhmətlik Hüseynağa Atakişiyevin yanına üz tutdum. Gənclər Teatrında işim yaxşı gedirdi. Hər şey normal idi. Hacıbaba Bağırov məni dəvət edəndən sonra isə əvvəlki yerimə qayıtdım. Teatr mənim yerimdir. Orada musiqi janrı var, həm də oxumaqla qurdumu öldürürəm. Mən 40 nəfərlik orkestrlə canlı ifa edə-edə səhnədə rol oynayıram. Bu, hər aktyora nəsib olmur.
-Siz ad çəkmədiniz. Amma istər-istəməz mənim ağlıma bir tamaşaçı kimi Rafael İsgəndərovla Coşqun Rəhimov gəldi...
-Onlar Gənclər Teatrında mənim yanımda işləyiblər. İndi isə teatrda deyillər. Özləri bilərlər. -Bundan sonra onlar özlərini teatrda doğrulda bilərlər?
-Xeyr. Rafaellə Coşqun başqa yolu gedirlər, onlar bundan sonra heç teatra da gələ bilməzlər.
-Onlar sizi güldürə bilir?
-Siz niyə məhz onlar haqqında danışırsınız? Mən onları yaxın buraxmıram da. Sizə deyirəm ki, teatr aktyorlarından danışsanız, cavablar verərəm.
-Söhbət əsnasında sual yaranır.
-Buna ehtiyac yoxdur. Onlar mənim qabağımda uşaqdırlar.
-“Bu şəhərdə”, “Planet Parni iz Baku” da sizi güldürə bilmir?
-Mən onların heç birinə baxa bilmirəm. Mən hətta onların konsertlərinə də getmirəm. Onların heç bir konsertində oturmamışam.
-Bir az tarixə ekskursiya edək. Gəncliyinizdə sizi hind kinosunun məşhur obrazlarından olan “Cimi” ilə müqayisə ediblər. Bildiyimə görə, çox qız məhz elə buna görə sizə vurulub.
-O illərdə qızlar Rafael Dadaşovla məni çox istəyirdi. Həqiqətən... 1979-cu ildə məni 5 illik müqavilə ilə Hindistana da aparmaq istəyirdilər. Rəhmətlik anam isə məni Hindistana getməyə qoymadı. O zamanlar Dövlət Televiziyasına Pakistandan, Hindistandan, Rusiyadan, Polşadan rejissorlar gəlmişdilər. “Telefilm”in direktoru Nazim Abbasov məni çağırdı. Dedi ki, bunlar səni görüblər, aparmaq istəyirlər. Evə zəng edib anama deyən kimi, o ağladı. Dedim ki, “ay ana, hələ getmirəm, amma təklif var”. Cavabı belə oldu ki, “səni heç yana buraxan deyiləm”.
-Heyfslənirsiniz?
-Təəssüflənmirəm. Hindistanın “Cimi”si, Azərbaycanın da Çinası var.
-Səhv etmirəmsə, bədii filmlərdə çox da rol almamısınız.
-Bəli. Mənim cavanlıq illərim gərgin vaxtlara, 1990-cı illərə düşdüyü üçün çox filmə çəkilə bilmədim. Ancaq “Sənli və sənsiz”, “İtkin gəlin” seriallarında rol oynamışam. Maqsud İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Ömrün bahar anları” filmində yaxşı bir rolum var idi. Mən sonradan eşitdim ki, o filmi yandırıblar.
-Bu gün yerli seriallar çəkilir. Rol üçün dəvət alırsınız?
-Mən özümü seriallarda görə bilmirəm. Mən teatrı çox istəyirəm. ANS televiziyası mənə dedi ki, sənə yaxşı maaş veririk, teatrdan uzaqlaş. Mən ANS-də qalmadım, teatrı üstün tutdum. Şükürlər olsun ki, televiziya stajım da var. Dövlət televiziyasından tutmuş, bütün özəl televiziyalarda verilişlər aparmışam. İndi də “Lider” TV-dəyəm. “Şanslı nömrə” verilişini aparıram. Başqa telekanallar da mənimlə müqavilə bağlamaq istəyir.
-Hiss edirəm ki, maddiyyata çox meyl etmədiyinizə görə, teatrı üstün tutmusunuz. Ancaq insanı bu həyatda saxlayan əsas qüvvələrdən biri də maddiyyatdır. Heç olubmu ki, maaş azlığından işinizi buraxıb özünüzü tamam başqa sahədə sınamaq istəyəsiniz?
-1990-cı illərdə sənəti atmaq istəyirdim. Həyat yoldaşım bu qərarımla razılaşmadı. Dedi ki, sənin gül kimi sənətin var. Özlüyümdə fikirləşdim ki, düz deyir. Düşündüm ki, məsələn, özümü ticarətdə sınaya bilmərəm. Çünki ya məni aldadarlar, ya da “yanaram”. Fikirləşdim ki, o işlər mənlik deyil, biz elə xalqa məxsusuq.
-Bəlkə də adını çəkəcəyim şəxs bu fikrimi bəyənməyəcək, ya da inciyəcək. Mən bir tamaşaçı kimi Cahangir Novruzovu bəyənə bilmirəm. Bilmirəm, bəlkə də bu, həqiqətən aktyorluq sənətini dərin bilməməyindən qaynaqlanır. Ya da həqiqətən Cahangir müəllim, öz aktyorluq hisslərini mənə sirayət etdirə bilmir.
-Cahangir Novruzov aktyorluqdan qabaq güclü rejissor olub. Mən müqayisə edəndə rejissor kimi Cahangir Novruzovu üstün tuturam. Onun “Ordan-burdan”ı necədir? Təsəvvür edin ki, Cahangir Novruzov həmişə Siyavuş Aslanla rəqib olub. Bəlkə də, siz gənc olduğunuza görə, bunu duya bilmirsiniz. Amma ahıl yaşda olan insanlar var ki, Cahangir Novruzovu çox sevirlər. O, bu gün də hansısa tamaşanı səhnələşdirsə, uğurlu alınacaq. Cahangir Novruzov aktyordan çox, güclü rejissordur.
-Azərbaycan kino tarixinin qaymaqları sovet dövründə ərsəyə gəlib. Ən çox hansı filmlər sizə dərin təsir bağışlayıb?
-“Arxadan vurulan zərbə”, “Axırıncı aşırım”, “Uşaqlığın son gecəsi”, Əliağa Ağayevin iştirak etdiyi bütün filmlər və digərləri...
-Bu gün komediya filmlərində, konsertlərdə vulqar sözlərdən də istifadə edilir. Tamaşaçını bununla güldürürlər. Bir də “Hicran” tamaşasını götürək. Tamaşaçı burada vulqar sözlər eşitmir, amma gülə bilir. Aktyorlar öz qabiliyyətləri ilə baxanları gülüşə qərq edirlər...
-Nə demək istədiyinizi başa düşdüm. Ona görə bayaq sizə dedim ki, sizin mənim tamaşalarımdan anlayışınız yoxdur. Siz tamaşaya baxandan sonra müqayisə edə bilərdiniz ki, bu adam doğurdan da rolu yaxşı oynayıb. İmprovizələr yerində olub. O tamaşalarıma gəlib baxıb, mənimlə müsahibə etsəydiniz, əla olardı. “Hicran”a gəlincə... Həmin tamaşada 3 nəhəng oynayıb. Özü də Nəsibə Zeynalova, Siyavuş Aslan, Hacıbaba Bağırov o tamaşa çəkilərkən bir-birləri ilə danışmayıblar. Küsülü vəziyyətdə görün nə gözəl öhdəsindən gəliblər! İndi də baxılır, sevilir. Baxılacaq da. O tamaşa əsl əsərdir.
-SSRİ zamanında senzura var idi, hər bir əsər, hər bir kino senzuradan keçəndən sonra efirə verilirdi. Bu gün o basqılar yoxdur. Amma təəssüflər olsun ki, nəticə adekvat deyil. Niyə indiki vaxtda nə qədər çalışsalar da, sovet dönəmindəki kimi kino çəkə bilmirlər?
-Sovet dövründə, aktyorlar qastrola gedirdilər. Maraqlı işlər olurdu. Kolxozlar, sovxozlar var idi. Aktyorlar gedib onları da gəzirdilər. O dövrdə tamam başqa bir aləm idi. İndi isə yazanlar yoxdur. İndi bizim elə rejissorlarımız var ki, aktyoru bir kənara qoyub, gedib taksi sürücüsünü rola çəkirlər. Ona bir 20 manat verib deyirlər ki, çəkiliş zamanı məsələn, filan kəlməni de. Deməli, rejissorlar filmə ayrılan pulları cibinə qoyur, oğurlayır... Özləri bilər. Halbuki, sanballı aktyorlardan istifadə etsələr, həmin film yaxşı tamamlanar. Bir də görürsən, adicə bir qapıçını, hansısa kartof satanı filmə çəkirlər. Bundan nə gözləyəsən?! Sovet dönəmində çəkilən filmlərdə isə epizodik rolları belə, peşəkarlar oynayıb. Mən müqayisə edirəm, ona görə də, indi filmlərə çəkilmirəm. Televiziyada veriliş aparıram, çıxışımı da edirəm, replikalarımı da atıram, zarafatlarımı da edirəm. Mənə belə gəlir ki, bu, tamaşaçı üçün filmdən də artıqdır.
-Bəs Çingiz Əhmədovun özünə replika atanlar olurmu?
-Məsələn, harada? -Efirdə, öz çevrənizdə.
-Dostlarımla oturanda nəsə deyirlər. Amma efirdə mənə replika atan olmayıb. Çünki, monopoliya öz əlimdədir. Mən özümü o səviyyəyə salmıram ki, kiminsə xətrinə dəyim və mənə söz atsınlar.
-ANS-də “Toylar Kralı” verilişini aparırdınız. Belə eşitmişəm ki, verilişdən sonra davalar çox olub.
-Elə bir şey olmayıb. Verilişdən sonra söz-söhbət olmurdu. Əksinə, zəng edib deyirdilər ki, çox maraqlı verilişdir.
-Tamadalıq da edirsiniz...
-Bəli. Lakin hər yerə getmirəm. Sanballılığı saxlayıram. Ayda 1-2 dənə səliqəli, adıma layiq yerlərə gedib masabəyilik edirəm. Bəzən kimsə deyir ki, anam əhd edib ki, Çingiz bizim toyu aparsın. Elə vaxt olur ki, tamaşalarımı üstün tuturam, toylara getmirəm.
-Qazancınız yetərincədir?
-Ayda 500 manat prezident mükafatı alıram. Bu da bir il ərzindədir. Teatr maaşım 250 manatdır. 60 manat da əməkdar artistliyə görə alıram. Şükür Allaha, qazanımız qaynayır. Dostlarımızın qabağına çıxa bilirik.
-Siz məni teatra gedib tamaşalarınıza baxmadığınıza görə qınadınız. Düz də elədiniz, etiraz etmirəm...
-Bəli, qınayıram. Çünki sizin mənimlə söhbət etmək üçün teatrdan anlayışınız yoxdur.
-Söhbəti elə bu cür də yazacağam. (Gülürük). Sizin ixtisasınız da, fəaliyyətiniz də aktyorluqdur. Mən başqa şey demək istəyirdim. Bu gün siz qəbul etsəniz də, etməsəniz də, televiziyaya çıxan aktyorlar daha çox tanınır. Mən o iddiada deyiləm ki, hamısı istedadlıdır, mükəmməldir. Ancaq acı da olsa gerçəklik budur ki, sırf televiziyada olan aktyorlar daha çox populyarlıq qazanır.
-Mən də bir sponsor taparam, orada dayanaram, televiziyada tamaşaçı ilə oynaya bilərəm. Mən elə şeylərdən qaçıram, səviyyəli tamaşalara çıxmaq lazımdır. Yalnız “çevir tatı, vur tatı” ilə yola vermək olmaz. Məni onsuz da tanıyan tanıyır. Mənim tamaşaçım məni qane edir. Mən teatrda səhnəyə çıxanda alqışlarla qarşılanıramsa, bu, ən böyük xoşbəxtlikdir.
-Siz “Mozalan”da da çəkilmisiniz. Təklif hardan gəlmişdi?
-Sovet dönəmi idi. 1986-1988-ci illərdə ütü qıtlığı idi. Bununla bağlı bir ssenari yazılmışdı. Rəşid Behbudovun bacısı Nəcibə Behbudova ilə məni dəvət etdilər, ssenarini oxuduq. Gördüm ki, maraqlıdır. Bunu mənimsəyəndən sonra rolu oynamağa başladıq. Maraqlı alınmışdı.
-Köhnə Hindistan filmləri Azərbaycan tamaşaçasını çox ağladıb. “Daş və Çiçək”, “Qisas və qanun”, “Bobbi” və s...
-Nə yaxşı onlara baxmısınız?
-Klassik hind filmlərinə çox baxmışam. Təzələrə isə baxa bilmirəm.
-Təzələr yeyilmədiyi kimi, bizim də yeni filmlər yeyilmir.
-Yəni, o filmlər Azərbaycan tamaşaçısını göz yaşlarına qərq edib. Çingiz Əhmədov da heç köhnə hind filmlərinə baxanda ağlayıbmı?
-Mən həmişə, içimdə ağlamışam. Qəmim də, kədərim də daxilimdə olub, onu heç zaman büruzə verməmişəm.
-Bayaq toya getməyinizdən danışdınız. Toy mədəniyyətimiz çoxmi aşınıb?
-Bu dəqiqə hər şey cılızlaşıb. Çalışıram ki, məsafə saxlayım. Bir daha deyirəm ki, hər toya getmirəm.
-Müasir dövrdəki Azərbaycan müğənnilərinin ifaları zövqünüzü oxşaya bilirmi?
-Həmişə, rəhmətlik Hüseynağa Hadiyev, dəyərli sənətkarımız Sabir Əliyevə qulaq asa bilirəm. Anatollu Qəniyev, Oqtay Ağayev, Rəşid Behbudovu çox bəyənirəm. Onlar etalondur.
-Mən müasirlərini dedim.
-Müasirləri bəyənə bilmirəm. İndikilər “çevir tatı, vur tatı”dır. Bəlkə də “Toylar kralı”, “Xalqın artisti” verilişlərində o qədər bayağı mahnılar eşitmişəm ki, bundan ləzzət ala bilmirəm. Onlar sadəcə SMS yarışması, oyun idi.
-İlhamə Quluyeva rəhmətə gedib. Onun şəxsiyyətini qətiyyən müzakirə etmək niyyətim yoxdur. Onun ifaları məni başqa dünyaya aparırdı. Oxuduğu mahnıları siz də xoşlayırdınız?
-Allah İlhamə Quliyevaya rəhmət eləsin. O da, Flora Kərimova da dəyərli sənətkarlarımızdır. Onların hər ikisini çox istəmişəm. Flora xanım da, İlhamə xanım da mənim verilişlərimdə ayrı-ayrılıqda qonaq olublar. Onlara necə qulaq asmamaq olar?!
-Çox eşidirik ki, aktyorlar, sənət adamları mütaliəyə meylli olmurlar. Bəs siz necə?
-Arada vaxtım olanda çalışıram ki, nəsə mütaliə edim. Bizim mütaliəmiz ona görə çətindir ki, teatrda məşqlərə çox vaxt sərf edirik. Evdə boş olanda da məşqlər edirik. Aktyorları az mütaliə etdiyinə görə qınamaq olmaz. Onların işi həddindən artıq çoxdur.
-Bayaq məni ittiham etdiniz və bir daha deyirəm ki, düz də etdiniz. Sizinlə razıyam. Amma indi icazə verin mən sizə belə bir sual verim. Azərbaycan ədəbiyyatında pyeslər yazan dramaturqlar olub. Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı və s. Onların hansısa dram əsərini oxumusunuz?
-İlyas Əfəndiyevdən oxumuşam. Onun “Mahnı dağlarda qaldı” əsərindəki Əsgər obrazını canlandırmışam. İsi Məlikzadənin əsərlərindən oxumuşam.
-Klassiklərdən necə? Məsələn, Cəfər Cabbarlı.
-Cəfər Cabbarlı etalon olub, böyük sənətkardır.
-Hansı əsərini oxumusunuz?
-Məktəb illərində oxumuşam.
-Adlarını çəkə bilərsiniz?
-Yadımdan çıxıb.
-Siz məni kəskin qınadığınıza görə, mən də kontur arqument ortaya qoydum. Güman edirəm ki, incimədiniz.
-(Gülürük). İndi ildən-ilə maraqlı yazarların sayı artır. Maraqlı ssenarilər gətirirlər. Bizim teatr çalışır ki, dəyərli, peşəkarların əsərlərinə müraciət etsin.
-2 övladınız var. Bir qız, bir oğlan.
- Qızım ailəlidir. Bu yaxınlarda övladı olmalıdır. Oğlum İbrahim Çingiz Rus Dram Teatrında aktyordur. Bu yaxınlarda Fəxrəddin Manafovla yaxşı bir rol oynadı. Replər deyir, özü də rusdillidir. Sanki, bu mühitin adamı deyil. O, İncəsənət Universitetini bitirib. Gülşad Baxşıyeva həmişə mənə deyirdi ki, oğlun səndən də istedadlıdır. İbrahim tamaşalarda özünü doğruldur.
-Ata-oğul aktyorsunuz. Bu, ailədaxilində rəqabətə gətirib çıxarır?
-Hələ ki, yox. Allah hamıya qismət etsin.
-Yoldaşınız hüquqşünasdır. Aktyorluq və hüquqşünaslıq arasında çox böyük fərq var.
-Balans çox böyükdür.Həmişə xanımıma minnətdaram ki, övladlarımın tərbiyəsi ilə məşğul olub. Mən ancaq uşaqları məktəbə qoyurdum, sonra gedib götürürdüm. Müəllimlər bilmirdi ki, onlar mənim övladlarımdır.
-Bu balansı necə pozub onunla evləndiniz?
-Qayınatam qızını mənə vermək istəmirdi. Deyirdi ki, aktyor hara hüquqşünas hara. Mən isə dirəniş göstərdim. Teatr rəhbərliyim də, məni tanıyan başqaları da bilir ki, həyatda çox ciddi adamam. Evin tərbiyəsi, ailənin tərbiyəsi tamam başqa bir aləmdir. Evdə həm böyüksən, həm sənin sözün keçir. Sözsüz ki, bu, qarşılıqlı olmalıdır. Mən hərdən çaşıram. Yoldaşım isə deyir ki, bəlkə bunu belə edəsən?! O deyənləri edirəm və görürəm ki, düz deyir. 26 ildir ki, ailəliyik. Bu vaxta qədər bir dedi-qodu olmayıb. Ona heç zaman əl qaldırmamışam. Nə də o artıq bir söz işlədib. Ümumiyyətlə, qadına əl qaldırmazlar. Bizdə hər şey qaydasındadır.
-Söhbət boyunca diqqət etdim. Danışanda dini ifadələrdən çox istifadə edirsiniz. Deyəsən, dindarsınız.
-Namaz qılıram. Bax elə indi də namazın vaxtıdır.
-Nə zamandan namaza başladınız?
-1 il 3 aydır ki, namaz qılıram.
-Buna sizi nə vadar etdi?
-Mənim bir dostum var. Hacıdır. Onun yanına gedib-gəlirdim. Görürdüm ki, onlar gedib dəstəmaz alır, namaz qılır. Özüm-özlüyümdə gördüm ki, onlar gedir, mən tək otururam. Dedim ki, belə alınmayacaq. Sual verdim ki, hacı, olar mən də dəstəmaz alım? Dedi, dur gəl. Bununla da namaza başladım. Bu, Allahın işidir. Hər kəs alnını möhürə qoymalıdır. Allaha səcdə getməlidir. Şükürlər olsun ki, bu gün o yolu seçmişəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
Bu gün, 19:00 |
|
|
|
• Paşinyana qarşı çıxacaq ciddi fiqurlar peyda olub - ŞƏRH
Bu gün, 18:58 |
|
|
|
• Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
Bu gün, 18:10 |
|
|
|
• "Rufo Gəncinski"yə 3 gün vaxt verildi - Rusiya mediası
Bu gün, 18:04 |
|
|
|
• Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
Bu gün, 17:58 |
|
|
|
• Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL - Rauf Arifoğlu
Bu gün, 17:55 |
|
|
|
• "Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" - AÇIQLAMA
Bu gün, 17:51 |
|
|
|
• Müqayis Verdiyev yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:47 |
|
|
|
• "Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
Bu gün, 17:43 |
|
|
|
• Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
Bu gün, 17:40 |
|
|
|
• Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39 |
|
|
|
• Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37 |
|
|
|
• Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08 |
|
|
|
• Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05 |
|
|
|
• Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57 |
|
|
|
• Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54 |
|
|
|
• Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49 |
|
|
|
• Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44 |
|
|
|
• Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43 |
|
|
|
• Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41 |
|
|
|
• Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38 |
|
|
|
• Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32 |
|
|
|
• Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30 |
|
|
|
• Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28 |
|
|
|
• Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25 |
|
|
|
• Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22 |
|
|
|
• Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00 |
|
|
|
• Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47 |
|
|
|
• “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34 |
|
|
|
• “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32 |
|
|
|
• Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26 |
|
|
|
• Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00 |
|
|
|
• Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02 |
|
|
|
• Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00 |
|
|
|
• Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58 |
|
|
|
• “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03 |
|
|
|
• Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01 |
|
|
|
• Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56 |
|
|
|
• Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52 |
|
|
|
• Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49 |
|
|
|
• Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47 |
|
|
|
• “Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37 |
|
|
|
• `Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26 |
|
|
|
• "Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20 |
|
|
|
• "Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15 |
|
|
|
• Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13 |
|
|
|
• Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10 |
|
|
|
• Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08 |
|
|
|
• Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06 |
|
|
|
• Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03 |
|
|
|
|