“Azercell Telekom” beynəlxalq zənglərə görə tətbiq olunan 5 illik endirimi ləğv edir
Tarix: 29-08-2016, 09:24 |
Çap et
“Azercell Telekom” MMC beynəlxalq zənglərə görə 5 il ərzində tətbiq olunan 20% endirimi ləğv edir.
07.09.2016-cı il tarixdən etibarən, “5 il bizimlə” proqramı çərçivəsində beynəlxalq zənglərə görə tətbiq olunan 20% endirim ləğv edilir.
Şirkətdən bildirilib ki, bundan sonra “5 il bizimlə” proqramı iştirakçılarına beynəlxalq zənglərə görə aid olduqları tarif paketlərinin müvafiq tarifləri tətbiq ediləcək.