“Azərfon”un rəhbəri dəyişdi
Tarix: 30-08-2016, 09:15 |
Çap et
"Azerfon” MMC-nin baş icraçı direktoru vəzifəsində dörd il müddətində çalışmış Kent Maknili öz vəzifəsindən istefa verib.
DİA.AZ xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, onun yerinə alman mütəxəssis Klaus Müller yeni baş icraçı direktor təyin olunub. Yeni təyinatına qədər Klaus Müller “Deutsche Telekom” şirkətinin xarici mobil rabitə bölümündə baş əməliyyat direktoru vəzifəsində çalışıb.