“Qara kəmər” ustası Ramil Usubova müraciət etdi... - Haqqının tapdandığını deyir...
Tarix: 14-09-2016, 10:08 | Çap et
DİA.AZ: - Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 3 “A”, mən.,25-də yaşayan Osmanov Azər Nəriman oğlu Daxili İşlər Naziri Ramil Usubova şikayət ərizəsi ünvanlayıb. Qaradağ Rayon Polis Idarəsinin Ələddin adlı təhqiqatçısının fəaliyyətindən narazı qalan vətəndaşın şikayətinin bir nüsxəsi də DİA.AZ-a daxil olub. Müraciətdə deyilir:
"Mən, Osmanov Azər Nəriman oğlu 1980-ci ilin sentyabrın 16-da Qazax rayonunda anadan olmuşam. Uzun müddət kinq-boks üzrə idmançı olmuşam. (“Qara kəmər” ustası titulum var)
1994-1996-cı və 1999-cu illərdə bu idman növü üzrə Gürcüstan çempionu,1999-cu ildə isə Moskvada keçirilən Dünya çempionatında 2-ci yerə çıxmış, gümüş medal almışam.
2001-ci ildə Gürcüstanda keçirilən Beynəlxalq Turnirdə “Qızıl kəmər”in qalibi olmuşam.
2002-ci ildə Qazaxıstan Respublikasının Alma-Atı şəhərində keçirilən beynəlxalq turnirin qalibi olmuşam. Hazırda məni Türkiyədə keçirilməsi nəzərdə tutulan mötəbər idman yarışlarına dəvət edirlər.
1998-2000-ci illərdə yaşadığım Lökbatan qəsəbəsində karate üzrə məşqçi olmuşam.
Mənə MDB-nin demək olar ki, çox yerində bacarıqlı bir idmançı kimi pərəstişkarlarımın hörmətini görmüşəm və qürur duymuşam. Son illər Rusiya Federasiyasında kiçik bizneslə məşğul olmuşam. Azərbaycanda olduğum bir az müddət əvvəl yaşadığım Lökbatan qəsəbəsində sürmək üçün baş etibarnamə əsasında özümə 1996-cı buraxılış ili olan, MERCEDES E-230 markalı, dövlət nömrə nişanı 90FX029 olan avtomobil almışdım".
Daha sonra dia-az.life-a daxil olan müraciətdə qeyd olunur: "Bu ilin avqustun 28-də, gecə saat 2-də qəsəbədəki tanışlarımın yanına getməli oldum. Həmin gün özümü yaxşı hiss etmədiyimdən qardaşım Ayaza xahiş etdim ki, məni avtomobillə apartsın. Saat 02-28 dəqiqədə bizim avtomobil Qaradağ İH-ti istiqamətindən bazara doğru hərəkət edərkən, bizimlə eyni yolda, sadəcə qabaqda
hərəkət edən VAZ 21 07 markalı, 90FG717 dövlət nömrə nişanlı avtomobil qəfil tormoz edərək qoşa xəttdən geriyə-sola dönmək istədi. Bu zaman sürücü xəbərdaredici işığını da yandırmadı.Bizim avtomobili idarə edən qardaşım qəzadan qaçmaq üçün avtomobilini məcbur sola döndərib VAZ 2107 –nin qabağından keçməklə manevr etmək istədi. Onun sürəti 60-70-km/saat idi. Lakin VAZ 2107-i hərəkətini davam etdirdiyi üçün bizim avtomobil 2107 markalı avtomobilin sol qabaq və arxa qapılarını siyirməklə onu qarşı tərəfdə dayanmış metal rəngli MERCEDES E markalı digər avtomobilin arxa təkər və krılosuna vurdu. Sonda mənim avtomobilim səkidəki bardyura dəyib dayandı. Baş vermiş qəza həmin vaxt yaxınlıqdakı kameraya düşmüşdür. Biz, hər iki avtomobilin sürücüsü sığorta şirkətlərini və yol patrul əməkdaşlarını hadisə yerinə dəvət etdik. VAZ 2107 avtomobilinin dəvət etdiyi “Paşa Sığorta” əməkdaşları bizim avtomobildə olanlara və qarşı tərəfin sürücüsünə təklif etdilər ki, bütün şübhələrdən çıxmaq üçün Zığ qəsəbəsində yerləşən narkoloji məntəqəyə və alkotestdən keçməyə gedərsinizmi? Etiraz etməkdik. Və bu testlərdən keçdik. Hər şey qaydasında idi. Sığorta şirkətləri bildirdilər ki, qoy polisin təhqiqatı qurtarsın biz avtomobillərə dəymiş zərərin əvəzini ödəməyə hazırıq. Razılaşdıq. Mən etiraf edirəm ki, gərək avtomobili idarə etməyə necə də olsa sürücülük hüququ olmayan qardaşıma həvalə etməzdim. Digər tərəfdən biz bunun üçün qanunda nəzərdə tutulan inzibati cəzanı – nəzərdə tutulan cəriməni ödəməyə hazırıq. Hadisə zamanı heç kim xəsarət almamışdır. Sadəcə olaraq hadisə vaxtı köhnə model olan VAZ 2107 –yə təxminən 600-800 manat, digər MERCEDES E klass avtomobilinə isə 300-500 manat civarında, mənim avtomobilimə isə xeyli(3-4 min manat) ziyan dəymişdir.
Hazırda qəza hadisəsinin araşdırlması Qaradağ RPİ-nin təhqiqatçısı Ələddin adlı təhqiqatçının icraatındadır. Təhqiqatçı mülki formada məni 3 dəfə çayxanaya, bir dəfə isə Polis İdarəsinə dəvət edərək izahatımı almış, eyni məzmunlu söhbətlər etmişdir. O qardaşımı da hər gün dəvət edərək işi araşdırdığını bildirir. Hər dəfə mülki formada olan təhqiqatçı Ələddin qardaşımı dəvət edən zaman VAZ 2107-nin sürücüsünün atasını da çağırır. Və bu ağsaqqal idarədə otağa daxil olan kimi qardaşımın üzərinə basqı törədib onu yenə içmişdir, bu günahkardır, təhqir edir və digər hədə-qorxu gəlməklə hay-küy salır. Təhqiqatçı isə yenə də qardaşımı əsassız olaraq qəzanı törətməkdə günahlandırır və bunun üçün izahatı onun dediyi kimi yazmağa vadar etmək istəyir. Bu hal bir neçə dəfə təkrar olduğuna görə qardaşım Ayaz təhqiqatçının və günahkar sürücünün atasının təzyiqlərinə etiraz olaraq izahatda “etiraz edirəm” yazmışdır. Təhqiqatçı hər dəfə izahat adıilə Ayazı idarəyə dəvət edəndə digər sürücünün atsını da dəvət edir ki, istəklərinə nail olsunlar. İzahatdan imtina etdiyi zaman təhqiqatçı Ələddin qardaşımın üstünə qışqırır ki, səni yenə həbs edəcəyəm, səni burada (qəsəbə nəzərdə tutulur) yaşamağa, gəzməyə, işləməyə qoymayacağam. Mən nə deyirəmsə onu izahatında yazmalısan.” Dəfələrlə olan bu təzyiqdən sonra Ayaz izahatında “mən belə təhqiqatçıdan imtina edirəm” yazıb verib. İşin belə olacağından əsəbiləşən təhqiqatçı indi də VAZ2107-nin sürücüsünü konkret təyinat üzrə sağlamlıq vəziyyətilə bağlı göndərişi yazıb qanunsuz olaraq Nağıyev adına xəstəxanada guya qabırğalarında hər hansı sınığın olub-olmamasını təyin etməyə göndərmişdir. Lakin ona bildirmişlər ki, sürücünü aidiyyatı üzrə səhiyyə məntəqəsinə göndərmək lazımdır. Hazırda bizə məlum
olmuşdur ki, təhqiqatçı Ələddini belə qərəzli araşdırmağa vadar edən onun VAZ2107 markalı avtomobilin sürücüsünün atasıilə qohum olması və eyni məhəllədə yaşamasıdır. Sürücü özü etiraf edir ki, Ələddin həmişə onların evinə gəlib-gedəndir, atasıilə də dostluq edir. Mən günahımı etiraf etmək istəsəm də atam qoymur.” Deməli, təhqiqatçı ona görə işin araşdırilmasına günahkar sürücünü deyil, onun atasını cəlb edir ki, mənim qardaşıma təzyiq edib hadisəni onun günahından törətməsini zorla etiraf etdirsin. Son günlər şəxsən müşahidə etmişəm ki, Ələddinlə sürücünün atası birlikdə qəsəbədə gəzirlər, söhbət edirlər.Bu zaman mən bunlarla salamlaşmışam. Onlar da yaxın olduqlarını gizlətmirlər.
İndi bizə aydın olur ki, niyə təhqiqatçı dəridən-qabıqdan çıxıb günahkar sürücünü hadisədən 8-9 gün keçdikdən sonra digər yerə müayinə göndərişi verir. O bədən xəsarəti arayışı aldıqdan sonra bizə qarşı cinayət işinin açılmasına cəhd edir ki, iş böyüsün və “istədiyini əldə etsin”. Belə süni və əsassız araşdırmalardan bezən qardaşım Ayaz Qaradağ Rayon Prokurorluöuna getmiş, polisə nəzarət üzrə kurator, prokuror köməkçisi Etibar müəllimin qəbulunda olub, təhqiqatçı Ələddindən şikayət etmişdir. Lakin yenə də təhqiqatçı məni də qardaşımı da araşdırmaya çağırmaqla məşğuldur.
Hörmətli, cənab Prezident! Sizin həmişə Azərbaycan idmanına necə qayğıilə yanaşmanızı qədirbilən xalqımız bilir və hər dəfə şahidi olur. Hələ Azərbaycan idmanı 90-cı illərdə və eləcə də XXI-əsrin əvvəllərində bugünki səviyyədə inkişaf etmədiyi vaxtda mən həmişə bir azərbaycanlı olaraq Beynəlxalq Turnirlərin dəflərlə qalibi olmuşam. Azərbaycanımızı tanıtmışam. Bir idmançı kimi MDB məkanında mənə olan rəğbətlə qürur duyuram. Və çox təəssüflənirəm ki, Azərbaycan polisinin adına, şərəfinə ləkə gətirən Ələddin kimi təhqiqatçılar sadə vətəndaşlarımıza qarşı kobud, qeyri-insani rəftar edir, təzyiq göstərirlər. Sizdən xahiş edirəm, mənə məxsus avtomobillə bağlı baş vermiş qəza zamanı ədalətin ortaya çıxması üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
Hörməli nazir Ramil Usubov! Şəxsən mən qəzaya məruz qalmış avtomobilin sahibi kimi, baş vermiş avtoqəza hadisəsinin təhqiqatının Qaradağ RPİ-nin Ələddin adlı təhqiqatçısının “Polis haqqında Qanuna” zidd olaraq aparmasına qəti etirazımı bildirir, təhqiqatı Qaradağ Polis İdarəsinin digər savadlı, təcrübəli, qarşıtərəflə qohumluğu və dostluğu olmayan, nəfsitəmiz, mədəni bir təhqiatçıilə əvəz edilməsinə göstəriş verməyinizi xahiş edirəm.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36 |
|
|
|
• “Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34 |
|
|
|
• Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32 |
|
|
|
• “Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21 |
|
|
|
• ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15 |
|
|
|
• Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04 |
|
|
|
• “İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03 |
|
|
|
• NİYƏ 285 MANAT?... - Və ya bir ailənin aylıq minimum yaşam xərci nə qədərdir?
Bu gün, 09:57 |
|
|
|
• Frank Peloni Bakıda kimlərlə görüşəcəkdi? - AÇIQLAMA
Bu gün, 09:49 |
|
|
|
• Vasif Talıbovun yaratdığı PROBLEM... HƏLƏ DƏ QALIR...
Bu gün, 09:48 |
|
|
|
• Tələbələrin təqüdü 285 manata qədər artırıla bilər - MÜJDƏ
Bu gün, 09:42 |
|
|
|
|