Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: .....                     Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? .....                     "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" .....                     “Unibank”da yeni təyinat .....                     "Bolt" gediş haqqını niyə ikiqat çıxır? .....                     Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb .....                     Bakıdan qaçan Pallone görün nə dedi .....                     İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi .....                     Paşinyan Vatikandan dəstək umur .....                     "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi .....                     “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar” .....                     Ermənistan və Türkiyə diplomatları görüşdü .....                     Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? .....                     Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər .....                     Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi .....                     Təhlükəli proses başlayır, Ermənistan ordusu... .....                     Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi .....                     "Şou əhli qış yuxusuna gedib" .....                     Arabir yağış yağacağı ehtimalı var .....                     İran gizli şəkildə Xamneyinin varisini seçdi .....                     MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir .....                     Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib .....                     “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən .....                     “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” .....                     “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” .....                     “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” .....                     Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü .....                     “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” .....                     Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub .....                     "Söyüş söydüyünə görə vintaçanla vurdum" .....                     "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı .....                     Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... .....                     Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir .....                     COP29 çərçivəsində hansı sazişlər imzalanıb? .....                     Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub .....                     Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... .....                     Agentlikdə yeni sədr müavini TƏYİNAT .....                     Marketlərdə satılan farş nə ətindən hazırlanır? .....                     "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" .....                     Sülh prosesində iki çətin məsələ hansıdır? .....                 

Qazax-Konserv ASC ətrafında yeni qalmaqal - NARAZILIQ VAR...
Tarix: 14-10-2016, 10:50 | Çap et
Qazax-Konserv ASC ətrafında yeni qalmaqal
Xatırlayırsınızsa, hələ bir neçə il bundan öncə Qazax konserv zavodunun bağlanması respublika səviyyəsində səs-küylü qalmaqalla müşahidə olunmuşdu. Bu barədə ölkə mətbuatına təqdim olunan məlumatlarda isə, zavodun əmlakının talan olunması, milyon manatlarla vəsaitlərin mənimsənilməsinə dair iddialar ortaya qoyulmuşdu. Zavod fəaliyyətini dayandıranda Dövlət Əmlak Komitəsi tərəfindən o vaxtkı pulla 9 milyard 250 milyon manat dəyərində qiymətləndirilib. 460 işçisi olan müəssisənin avadanlıqları, o cümlədən tutumu 50 ton olan şərab termosları xaricə satılıb. Zavodun bütün əmlakı talan edilib. O dövrdə konserv zavodunun direktoru Firdovsi Hadıyev adlı şəxs olub. Zavodun hüquqşünası Kərəm Əhmədov məsələ ilə bağlı 1995-2000-ci illər arasında baş prokuror Eldar Həsənova müraciət edib. O zaman dövlət əmlakının dağıdılması ilə bağlı barələrində cinayət işi açılan şəxslər sonradan amnistiyaya düşüblər. Bir müddət sonra isə, bu qalmaqal ətrafında yaşanan ehtiraslar getdikcə soyudu və nəticə olaraq, mövzu mətbuatın da gündəmindən düşdü. Amma görünür bu müəssisənin, daha dəqiq desək zavodun keçmiş direktoru Firdovsi Hadıyevin “qismətində” yenidən gündəmə gəlmək varmış. Əlbəttə ki, milyon manatlarla vəsaitləri mənimsəmək, sonradan heç bir şey olmayıb kimi yenidən, həm də məhz talan etdiyin zavodun bazasında başqa bir müəssisə açıb fəaliyyətə başlamaq və nəticə etibarı ilə özünə diqqət cəlb etməmək mümkün deyil. Hətta yeni yaratdığın müəssisənin adını gizli saxlamağa nə qədər cəhd etsən də...

Amma gəlin olub-bitənlərlə mənbənin təqdim etdiyi məlumatlardan tanış olaq. Belə ki, dünən redaksiyamıza müraciət etmiş Qazax sakini Nəsibova Sevda Akif qızı həm Firdovsi Hadıyev, həm də onun yaxın ətrafı, şərikləri barədə olduqca maraqlı açıqlamalar təqdim etmişdir. Qeyd edək ki, Sevda Nəsibova görkəmli saz ifaçısı, əməkdar incəsənət xadimi Aşıq Ədalətin gəlinidir. Beləliklə, öz ərizəsində Sevda Nəsibova yazır: “Bu gün Qazaxda Firdovsi Hadıyev və onun şəriki, mənim şikayətçi olduğum Abid Məmmədov sözün əsil mənasında yenidən at oynadırlar. Nəyə görə yenidən? Çünki hələ təxminən 10-15 il bundan əvvəl də Firdovsi Hadıyevin rayonda qılıncının hər iki üzü kəsirdi. O zaman Firdovsi Hadıyev Qazax konserv zavodunun direktoru idi. Sonra zavodu talan etdiyinə, əmlakı satıb pullarını mənimsədiyinə görə barəsində cinayət işi də açıldı. Sonradan bəxtimi gətirdi, ya necə oldusa aministiyaya düşdü. Yəni, sudan quru çıxa bildi. Bu gün isə, həmin mənimsədiyi pulların hesabına, elə köhnə konserv zavodunun yerindəcə özünə yeni müəssisə, MMC yaradıb. Amma bu müəssisənin adı rayonda heç kəsə bəlli deyil. Məlumat var ki, Firdovsi Hadıyev vergi ödəmələri ilə törətdiyi çoxsaylı maxinasiyalar, büdcəyə vergi ödənişlərindən yayınmalar kimi halları ört-basdır etmək məqsədilə bu müəssisənin adını gizli saxlamağa çalışır. Həm də bir çox digər məsələlərdən fərqli olaraq, bu adı gizli saxlamağı bacarır da. Amma onun rəhbərlik etdiyi müəssisədə nə işlə məşğul olması, hətta şəxsi həyatı ilə biznesini də bir-birinə qatması barədə Qazax sakinlərinə çox şey məlumdur. Məsələn, rayonda hamı bilir ki, Firdovsi Hadıyev öz həyat yoldaşını rəsmi olaraq boşayıb və katibəsi ilə yeni ailə qurub. Bununla belə, köhnə həyat yoldaşının da maddi təminatı yenə də onun boynundadır. Həmçinin hamı bilir ki, Firdovsi Hadıyev yeni həyat yoldaşının atasını öz şirkətinə sürücü vəzifəsinə işə götürüb və bu da sadəcə kağız üzərindədir. Amma bu təfərrüatlar dediyim kimi, onun şəxsi həyatına aiddir. Biznesə gəlincə isə, Firdovsi Hadıyevin rəhbərlik etdiyi müəssisə hazırda gəc, əhəng, alçı (şpatlyovka) və sairə bu kimi tikinti materialları istehsalı ilə məşğuldur. Bu məqsədlə həmin müəssisədə Qazaxın Daş Salahlı kəndi ərazisində yerləşən Avey dağından gətirilən daşlardan xammal kimi istifadə olunur. Qeyd edim ki, müəssisənin biznesi kifayət qədər gəlir gərisə də, Firdovsi Hadıyev dövlət tərəfindən sahibkarlığın inkişafı üçün ayrılan kreditlərlə müxtəlif maxinasiyalar həyata keçirməkdən də çəkinmir. Bu barədə müəssisənin daxilində olan şəxslər məlumat verirlər. Müəssisədə istehsal olunan məhsullara gəlincə isə, onların satışı əsasən Bakıda həyata keçirilir. Yeri gəlmişkən, məhz bu yönümdə Firdovsi Hadıyevin yaxın dostu Abidin şərikliyi onun karına gəlir.

Qeyd edim ki, mənim şikayətçi olduğum həmin bu Abid Məmmədovun bu günkü var-dövlətinin, zənginliyinin mənşəyi Firdovsi Hadıyevdə olduğundan bir qədər fərqlidir. Yəni son nəticə etibarı ilə, bu dostların hər ikisi haram maya ilə öz bizneslərini qursalar da, Abidin birdən-dirə böyük bir müəssisəni talayıb varlanmaq imkanı olmayıb. Bunun əvəzində isə, o, mənim kimi ayrı-ayrı vətəndaşları aldatmaq və onların pullarını ələ keçirmək yolunu tutub. Təxminən 10-12 il bundan əvvəl, Abid heç də indiki kimi zəngin deyildi. O zaman müəyyən işləri görmək və ayağa qalxmaq üçün o, başqa-başqa insanlardan borc almaq məcburiyyətində idi. O cümlədən, 2005-ci ildə Abid bir gün bizə də belə bir xahişlə müraciət etdi (o zaman rəhmətlik həyat yoldaşım da həyatda idi). Həm də təklif etdi ki, onun quracağı biznesdə bizim də payımız olacaq. Fikirləşdik ki, dolanışığımıza kömək olar. Buna görə də əlimizdə olub-qalanı yığıb verdik Abidə. Olub qalanımız isə, 3500 manat nəğd pul, 2500 manatlıq qızıl-zinyət əşyaları və o zaman hələ qiyməti olan “QAZ-31” markalı avtomobil idi. Dediyim kimi, bütün bunları yığıb verdik Abidə. Artıq aradan 11 il keçib. Bu gün Abid artıq çox zəngin olmağı bacarıb. Hazırda onun nəzarətində tikinti işləri ilə məşğul olan şirkətlər var. Qazaxda ən bahalı binaların inşaatını da o həyata keçirir. Məndə olan məlumata görə, təkcə Qazaxda deyil, Bakıda da Abidin şirkətləri tikinti aparırlar. Məsələn, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin inşaat işlərinə dair sifarişlərinin də çox hissəsini məhz Abidin şirkətləri həyata keçirir. Bundan başqa isə, Abid Məmmədov (və ya onun şirkətləri) hər iki nazirliyin keçirdiyi satınalmalar üzrə tenderlərə də mütəmadi olaraq qatılır. Həm də davamlı olaraq bu tenderlərdə qalib olur. Buna görə də, Təhsil Nazirliyinin və Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrə çeşidli mal-materialların, müxtəlif məhsul və avadanlıqların satışını da məhz Abid Məmmədov həyata keçirir. Hətta bəzi məlumatlara görə, Abid “Kral” adlı ət məhsullarını (sosiska, kolbasa və sairə) istehsal edən müəssisəyə də şərikdir. Amma bütün bunların müqabilində bu şəxs aradan artıq 11 il keçməsinə baxmayaraq, bu gün də mənim pulumu qaytarmaq istəmir. Hətta həyat yoldaşımın rəhmətə getməsindən sonra da Abid Məmmədov insafa gəlib, artıq tənha qadın olduğumu nəzərə alıb borcumu qaytarmadı. Qazaxda isə, bu gün nə Abid Məmmədova, nə də Firdovsi Hadıyevə heç kim gözün üstə qaşın var deyə bilmir. Çünki bu şəxslər, xüsusən də Firdovsi Hadıyev bəzi yüksək vəzifəli dövlət məmurlarının, hətta ölkə prokurorunun adından elə məharətlə sui-istifadə edir, özünü bu şəxslərin yaxın adamı kimi elə qələmə verir ki, nəticədə hamı onlardan çəkinir. Mənim kimi kimsəsiz, arxasız insanları isə, bunlar heç hesaba da almırlar. Buna görə də mən nəhayət bütün bu olanları ictimailəşdirib, mətbuat vasitəsilə ölkə rəhbərliyinin diqqətinə çatdırmaq istədim. Çox ümid edirəm ki, bundan sonra müvafiq orqanlar bu problemin həllində mənə köməklik göstərəcəklər.”

Öz tərəfimizdən qeyd edək ki, bizdə olan məlumata görə, Qazaxda fəaliyyət göstərən və konserv zavodu kimi tanınan müəssisənin tam adı Qazax-Konserv ASC (VÖEN 4200005531)-dir. Lakin məhz bu müəssisənin Firdovsi Hadıyevin hazırda rəhbərlik etdiyi şirkət olub-olmadığına dair dəqiq məlumatımız yoxdur. Digər tərəfdən də, Firdovsi Hadıyevə məxsus şirkətin tikinti materiallarının istehsalı ilə məşğul olması bu müəssisənin çoxprofilli olmasından xəbər verir. Bunu da qeyd edək ki, əldə etdiyimiz məlumatlarda Firdovsi Hadıyevin həmçinin Gəncə sement zavodu ilə də sıx əlaqələrinin olduğu, eləcə də hazırda bu zavodun Firdovsi Hadıyevə 300000 (üç yüz min) manat civarında borcu olduğu da bildirilir.

Hər halda bütün bu məsələlərə qarşı tərəfin də münasibətini öyrənmək çox maraqlı olardı.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30
Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25
"Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23
“Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19
"Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11
Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43
Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00
"BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58
“Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20
Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09
Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04
Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02
Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59
Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56
Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54
"Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45
Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42
İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39
MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29
Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21
“Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19
“Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08
“ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06
“Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03
Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01
“Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56
Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54
"Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52
"Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50
Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48
Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46
COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37
Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33
Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31
Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21
Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20
"Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18
Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01
Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59
Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48
Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46
Azərbaycan cəmiyyətinin Peloniyə reaksiyası çox təbiidir - RƏY
Bu gün, 10:36
“Freedom House”dən görünməmiş həyasızlıq - Bakıdan şillə kimi cavab
Bu gün, 10:34
Aİ-95 markalı benzinin qiyməti dövlət tərəfindən tənzimlənəcək - AÇIQLAMA
Bu gün, 10:32
“Ruslar o templə Avropaya yönəlsəydi, indi bir çox dövlətlər Tatarıstan statusundaydı” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 10:21
ADAU-da büdcə pulları BELƏ MƏNİMSƏNİLİR... - BU DA FAKT!
Bu gün, 10:15
Azərbaycanda İran vətəndaşı iki gündür itkin düşüb
Bu gün, 10:04
“İstəmirəm sizin fiber-optik 110 manatlıq xidməti” – Vətəndaşdan haqlı narazılıq
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru