Postneft dövründə müdhiş reforma: - İKİ NEFT UNİVERSİTETİ BİRLƏŞDİRİLİR
Tarix: 24-05-2017, 12:12 | Çap et
Postneft dövrünün başlanması hələ 2015-ci ildən struktur islahatlarının həyata keçirilməsini şərtləndirmişdi.
Hökumət izafi xərclər yaradan qurumların ləğvi və ya birləşdirilməsi, bir-birini təkrarlayan idarələrin vahid mərkəzdə fəaliyyət göstərməsi qənaətinə keçid etməliydi.
BakuPost.az yada salır ki, ayrı-ayrı iqtisadçıların, deputatların, hökumət rəsmilərinin də vaxtaşırı çıxışlarında struktur reformalarının labüdlüyü dilə gətirilirdi.
Hətta referendum ərəfəsində prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da neft erasının bitdiyini, qeyri-neft sektorunun inkişafının prioritet olduğunu bəyan etmişdi.
Ardınca YAP-ın millət vəkili Siyavuş Novruzov da struktur islahatlarının qaçılmaz olduğunu vurğulamışdı. Bu günlərdə isə Baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov hökumətin kəskin ixtisarlar planının anonsunu vermişdi. Ə.Əhmədovun ismarışlarından sezilirdi ki, İslamiadadan sonra yeni strukturlar daha operativ və çevik idarəetmə standartları əsasında qurulacaq. Yəni, bəzi nazirlik və dövlət komitələrinin ləğvi, birləşdirilməsi və yenidən təşkili nəzərdə tutulur.
Əslində bu siyasət "Azərenerji” ASC-nin "Azərişıq” ASC-yə birləşdirilməsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi, Nəqliyyat Nazirliyinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilməsi ilə də müşayiət olunurdu.
Mayın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) tabeliyində olan Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi və Sularda Xilasetmə Xidmətinin birləşdirilməsi struktur islahatlarının yeni dalğasının başladığını deməyə əsas verir.
BakuPost.az-ın əldə etdiyi məlumata görə, struktural dəyişikliklərin təhsil sektoruna keçid etməsi də gözlənilir.
Bu proses çərçivəsində Azərbaycan Müəllimlər İnstitutu Azərbaycan Dövlət Pedaqoji Universitetinə birləşdirilib. Həmçinin, Müəllimlər İnstitutunun bir neçə filialı bağlanıb. Mingəçevir Müəllimlər İnstitutu ilə Mingəçevir Politexnik İnstitutu Mingəçevir Dövlət Universiteti adı altında birləşdirilib.
Həmçinin, prezidenti İlham Əliyevin sərəncamına əsasən, Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyası və İnformasiya Texnologiyaları Universiteti birləşdirilərək, onların əsasında ADA Universiteti yaradılıb.
Bundan başqa, adı rüşvətdə hər zaman hallanmış "Təfəkkür” universitetinin lisenziyası ləğv olundu. Təhsil sistemində deputat Zahid Orucun da dediyi kimi karton istehsal edən universitetlərin birləşdirilməsi davam etməlidir.
Əldə etdiyimiz məlumatlara görə, prosesin davamı olaraq uzun illərdir neft mütəxəssisləri yetişdirən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU, keçmiş ADNA - müəllif) eyni ixtisasları tədris edən Bakı Ali Neft Məktəbi ilə birləşdiriləcəyi gözlənilir. Səbəb kimi ADNA-nın müasir təhsil standartlarının tələblərinə cavab vermədiyi, müasir texnologiyaları tətbiq etməməsi göstərilir. BANM-ın təsis olunması və keyfiyyətli tədris porqramının təşkil edilməsi korifey bir ali məktəbin ləğv olunaraq ona birləşdirilməsini zəruri edib.
Burada məqsəd ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını, ali və əlavə təhsil prоqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan bir elmi müəssisənin formalaşdırılmasıdır.
Eyni zamanda postneft dövrünün başlanması bu sahə üzrə kadrlar yetişdirən iki ali məktəbin təmərküzləşməsini, vahid bir sistem altında işləməsini əhəmiyyətli edir. Bu təhsil ocaqlarının profili və fakültələri belə bir təklifin gerçəkləşməsinin mümkün olduğunu göstərir.
BakuPost.az xəbər verir ki, hətta ötən il ADNSU-da bu təhsil müəssisəsində fəaliyyət göstərən kafedraların sayı azaldılaraq sayı 28-ə (7 fakültə üzrə) çatdırılıb.
Bu əmrə qədər universitetdə ümumilikdə 48 kafedra olduğu, hər fakültə üzrə 7-8 kafedra fəaliyyət göstərdiyi halda, hazırda universitetdə hər fakültə üzrə cəmi 4 kafedra fəaliyyət göstərir.
Lakin bəzi iddialara görə, siyasi kluarlarda sözügedən ali məktəblərin birləşdirilməsi ilə bağlı yeknəsəq mövqe yoxdur. Bəzi dairələr bu islahatı birmənalı qarşılamır. ADNSU-nun SOCAR-ın nəzdində olan BNAM-ın tərkibində fəaliyyət göstərilməsinə qarşı çıxan tərəflər var. Onlar belə bir addımı universitetin müstəqil qalması və BNAM-ın kölgəsinə qalmaması, tarixi olan bir təhsil ocağının silinməməsi ilə izah edirlər.
Hazırda bu təhsil müəssisələrinin birləşdirilməsi ilə bağlı yuxarı eşelonda qızğın müzakirələr getdiyi xəbər verilir.
Əsas fikir ondan ibarətdir ki, ali məktəblər birləşdirilsə də, idarəedicilər ADNSU-nun rəhbərliyi olsun, əsas heyət bu universitetin bazası əsasında formalaşsın. Ən əsası isə Bakı Ali Neft Məktəbinin (BANM) rektoru, Təhsil Nazirinin keçmiş müavini Elmar Qasımov rəhbərlikdən uzaqlaşdırılsın.
Bu danışıqların və məsləhətləşmələrin nə ilə nəticələnəcəyi haqda müfəssəl məlumatlar verilmir. Lakin prosesin gedişindən görünür ki, belə bir struktur islahatının olacağı qaçılmazdır...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
|