Eldar Mahmudovun yaxın qohumu azadlığa çıxır - Belə deyirlər...
Tarix: 17-10-2018, 10:57 | Çap et
Oktyabrın 19-da Ali Məhkəmədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətinə baxılacaq. Belə məlumatlar var ki, Beytulla Hüseynovun cəzası 4 ilə endiriləcək və şərti hesab olunmaqla azadlığa buraxılacaq.
Eldar Mahmudovun yaxın qohumu azadlığa çıxması üçün sabiq nazirin əlaqələrindən istifadə etdiyi bildirilir.
“Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri olan Beytulla Hüseynovun azadlığa çıxmaq üçün böyük pullar xərclədiyi və bu məbləğin 1 milyon manatı aşdığı iddiası da var. Uzun illər “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə rəhbərlik etmiş B.Hüseynov həmin dövrdə “MTN çetesi”nin qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib. 2015-ci ilin oktyabrında MTN-də gerçəkləşdirilən “təmizləmə” əməliyyatından bir neçə gün sonra Beytulla Hüseynov da istintaqa cəlb edilib. Onun həbsinin əsas səbəbi kimi “MTN çetesi”nə ölkə rəhbərliyini qanunsuz dinləməkdə yardımçı olması göstərilirdi. Barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi başlandı. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı.
13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsi Beytulla Hüseynovun barəsində gözlənilməz qərar verdi - cəzasını ittihamlar üzrə minimum həddə qədər - 7 il 6 aya endirdilər. Bu gözlənilməz qərarın ardından Beytulla Hüseynov Ali Məhkəməyə üz tutdu. Bu dəfə də cəzasının azaldılması ilə yanaşı əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi iddiası ilə çıxış etdi. Ali Məhkəmədədə möcüzə hesab oluna bilən qərar verildi - dövlətə külli miqdarda ziyan vurmuş Beytulla Hüseynovun 50-yə yaxın mülkünün üzərindən həbs götürüldü. Cəzasının azaldılması ilə bağlı hissədə isə ona qarşı addım atılmadı. Həmin qərarın verilməsindən 10 ay keçib və gələn məlumatlar onu deməyə əsas verir ki, Beytulla Hüseynov azadlığın bir addımlığındadır. Bu dəfə Ali Məhkəməyə müraciətinin müsbət qarşılanacağı haqda Beytulla Hüseynov və ətrafındakılarda əminlik var. B.Hüseynovu azadlığa aparan yolun üzərindəki dəmir qapıların açılmasında Eldar Mahmudovun rol alması onda şərti cəzaya məhkum ediləcəyinə əminlik yaradıb. Odur ki, illər əvvəl, Eldar Mahmudovun nazirliyi dövründə əl qoyduğu, lakin 2015-ci ildə MTN-dəki təmizləmə əməliyyatından sonra başa çatdıra bilmədiyi işlərə də yenidən baş vurub.
Belə aydın olur ki, Beytulla Hüseynov artıq mal-mülk davalarını da davam etdirməyə başlayıb.
Bakı sakini Ağaisa Mahmudovun sözlərinə görə, 2012-ci ildə ev alıb. Evi alandan 2 il sonra Beytulla Hüseynovun qaynı Bayram onunla görüşüb. Deyib ki, aldığı ev vaxtilə Beytulla Hüseynovun olub. Evi kimdən, hansı qiymətə alması ilə maraqlanıb.
“Evin alqı-satqı sənədlərinə baxdı, dedi ki, sən vicdanlı alıcısan, üzr istəyib çıxıb getdi. Belə danışdı ki, guya evin neçə aldığımı dəqiqləşdirmək istəyirlər. Bu söhbətdən bir müddət sonra Beytulla Hüseynov mənə xəbər göndərdi ki, evdən çıxın. Tələblərinin qanunsuz olduğunu dedim. Pul verib ev almşam, niyə çıxmalıyam axı? Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, uşaqlara 100 min vermişəm, səni evdən çıxaracaqlar, xoşluqla çıx” - Ağaisa Mahmudov bildirir.
Onun sözlərinə görə, 2014-cü ildə evi girov qoymaqla 400 min manat bankdan pul götürüb və iş qurmağa başlayıb: “Günlərin birində məni tutub MTN-ə apardılar. Orada gördüm ki, mənə kredit verən 2 bank işçisini də tutub gətiriblər. Şərt qoydular ki, evi boşaltmasan, bank işçilərini də, səni də həbs edəcəyik. 2015-ci ilin yanvarında başlanan təzyiqlər həmin ilin avqustuna qədər davam etdi. Bankdan aldığım 400 min manata yaxın krediti Sübahir Qurbanovun rəhbərliyi altında Füzuli Əliyev və Natiq Alıyev banka ödətdirdilər. Həmin ilin sentyabrında Beytulla Hüseynov mənimlə ”Alov qülləsi"ndəki çayxanada görüşdü. Dedi ki, evi 2016-cı il yanvarın 10-na qədər boşalt çıx, özünü bizimlə pis eləmə. 3-4 aya bizim kim olacağımızı görəcəksən. 1 ay sonra, 2015-ci ilin oktyabrında Eldar Mahmudov MTN-dən qovulandan və generallar həbs ediləndən sonra Beytullanı da tutdular. Mənimlə evin alqı-satqısı olundu. Evi Beytulla Hüseynovun qaynı Tariyel Zamanovun adına keçirdilər. Dəyəri 100 minlərlə olan əmlakın alqı-satqı müqaviləsində 10 min manata satıldığını göstərdilər. 10 min manatı da özümüzdən aldılar. Oktyabrda MTN ləğv olundu, Beytullanın arxa-dayağı Eldar Mahmudov vəzifədən oldu. Məhkəməyə müraciət edib evin saxta alqı-satqı müqaviləsini ləğv etdirdim".
Ağaisa Mahmudovun sözlərinə görə, 2016-cı il yanvarın 10-da evi aldığı Tariyel Zamanov onun ünvanına gəlib: “Beytullanı söyüb təhqir edir, deyirdi ki, ev bizimdir, çıx evdən. Xətai məhkəməsinin saxta alqı-satqı müqaviləsini ləğv etməsi haqda qərarını göstərdim. Dedim ki, bu mülkü xaricdə qazandığım pulları verib almışam. 10 min manata alqı-satqı edib məndən necə ala bilərsiz axı? Oyun qurdular. Başladılar ki, guya Tariyel Zamanov 2012-ci ildə evi alqı-satqı edərkən həyat yoldaşı Nəzakət Zamanova razılıq verməyib”.
Ağaisa Mahmudov deyir ki, bu gün də Beytulla Hüseynov ona hədə-qorxu gəlməyə davam edir: “Təkidlə evimi əlimdən alacağını bildirir. Hətta Beytulla Hüseynov əminliklə Ali Məhkəmənin qərarı ilə azadlığa çıxacağını da söyləyir, bunun üçün lazımi olan ”işlər" etdiyini və azadlığa çıxmasına az qaldığını deyir. Azadlığa çıxdıqdan sonra isə mənim işlərimi tamamilə pozacağını, mənə işləməyə imkan verməyəcəyini açıq şəkildə söyləməklə hədə-qorxu gəlir. Maraqlı məqam isə odur ki, dövlət əmlakını mənimsəməklə dövlətə xəyanət etmiş biri necə belə əminliklə azadlığa çıxacağını söyləyir? Belə görünür ki, Beytulla Hüseynov hələ baş tutmamış məhkəmə prosesində elan ediləcək qərarın nəticəsini indidən bilir. Buna görə də məhkum olsa da, cəzaçəkmə müəssisəsində cəza çəkməkdə davam etsə də, mənə açıq şəkildə hədə-qorxu gələ bilir. Beytulla Hüseynovun belə əmin danışmasından sonra mənə də aydın olur ki, Zamanovların adı ilə Nəsimi Rayon Məhkəməsində başlanmış və Apelyasiya Məhkəməsində davam etmiş mülki işin taleyinə Beytulla Hüseynov birbaşa təsir göstərib". “Yeni Müsavat”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vergi borcu olan şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyula bilər - TƏFƏRRÜAT
Bu gün, 16:25 |
|
|
|
• Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib - SƏRƏNCAM
Bu gün, 16:22 |
|
|
|
• Yüksək bal toplayan müəllimlərə YENİ GÜZƏŞTLƏR?
Bu gün, 16:04 |
|
|
|
• Azərbaycanda polislərin maaşı gələn il artırıla bilər
Bu gün, 15:55 |
|
|
|
• Nə vaxt və kimdən təzminat ala bilərik? - Vəkil danışdı
Bu gün, 15:40 |
|
|
|
• Azərbaycan Ordusunun Baş Qərargah rəisi Pakistanda işgüzar səfərdədir
Bu gün, 15:35 |
|
|
|
• “Düşünürlər, deputat kiminsə evinin damını düzəltməlidir…” – Tənzilə Rüstəmxanlı
Bu gün, 15:33 |
|
|
|
• Qarpız satan şərikinin arvadıyla "eşq" yaşadı: - "Gördüm darvazanın ağzında..."
Bu gün, 15:30 |
|
|
|
• Onlar da Əfqanıstanda döyüşüb, ora at sürməyə getməyiblər ki? - Siyavuş Novruzov
Bu gün, 15:25 |
|
|
|
• "Çantalara iş imitasiyası yaratmaq üçün lent yapışdırırlar" - Aparıcı DGK ilə bağlı araşdırma aparılmasını tələb edir
Bu gün, 15:23 |
|
|
|
• “Unibank”da yeni təyinat - ƏMR
Bu gün, 15:19 |
|
|
|
• "Bolt" gediş haqqını niyə ikiqat çıxır? – Əlavə vəsaitin tutulması...
Bu gün, 15:15 |
|
|
|
• Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb – Həkimdən şok açıqlama
Bu gün, 15:11 |
|
|
|
• Bakıdan qaçan Pallone görün nə dedi – Paşinyan da gəlsəydi, qovulardı?..
Bu gün, 15:03 |
|
|
|
• İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
Bu gün, 14:43 |
|
|
|
• Paşinyan Vatikandan dəstək umur - ŞƏRH
Bu gün, 14:00 |
|
|
|
• "BMT-nin Komissiyasında qətnamənin qəbul edilməsi itkin düşmüş soydaşlarımızın taleyini müəyyənləşdirəcək"
Bu gün, 13:58 |
|
|
|
• “Çox insanlar tənqidlə təhqir etməyi səhv salırlar”
Bu gün, 13:20 |
|
|
|
• Ermənistan və Türkiyə diplomatları görüşdü – Sərhədlər açılacaq?
Bu gün, 13:09 |
|
|
|
• Aİ-nin müşahidə missiyası Azərbaycanla sərhəddən gedir? - Rəsmi açıqlama
Bu gün, 13:04 |
|
|
|
• Kiyevin Qərbin qeyri-nüvə raketlərindən Rusiyaya qarşı istifadə etməsi nüvə reaksiyasına səbəb ola bilər - Kreml açıq şəkildə HƏDƏLƏDİ
Bu gün, 13:02 |
|
|
|
• Paşinyan Alagöz dağını paylaşdı, ermənilər etiraz etdi - FOTO
Bu gün, 12:59 |
|
|
|
• Təhlükəli proses başlayır, Ermənistan ordusu... - Abramyan
Bu gün, 12:56 |
|
|
|
• Rza Pəhləvi Trampdan Xamnei rejimini bitirməyi istədi
Bu gün, 12:54 |
|
|
|
• "Şou əhli qış yuxusuna gedib"
Bu gün, 12:45 |
|
|
|
• Arabir yağış yağacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:42 |
|
|
|
• İran gizli şəkildə Xamneyinin varisini seçdi - onun haqqında məlum olanlar
Bu gün, 12:39 |
|
|
|
• MMC vətəndaşın mənzilini dağıdıb, indi də obyektini ələ keçirmək istəyir - FOTOLAR
Bu gün, 12:29 |
|
|
|
• Putin Rusiyanın yenilənmiş nüvə doktrinasını təsdiqləyib
Bu gün, 12:21 |
|
|
|
• “Mars Overseas”ın istehsal etdiyi “Natura” şirəsinin içindən GÖRÜN NƏ ÇIXDI
Bu gün, 12:19 |
|
|
|
• “Gələn il minimum pensiya məbləği ən azı 300 manat olmalıdır” - ÇAĞIRIŞ
Bu gün, 12:08 |
|
|
|
• “ABŞ Ukraynadakı müharibədə iştirak etmir” - Sallivan
Bu gün, 12:06 |
|
|
|
• “Düşünürdü ki, onlar kimdir Amerika senatoruna nəsə desin...” - maləsəf... BU FAKTDIR...
Bu gün, 12:03 |
|
|
|
• Erməni səfir Fransanın keçmiş prezidentləri ilə görüşdü
Bu gün, 12:01 |
|
|
|
• “Anti-Azərbaycan qüvvələri bu dəfə də COP29-da məğlub oldular” - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:56 |
|
|
|
• Aqrar sektora ayrılmış subsdiyalar nəticə verməyib, milyardlar havaya uçub -EKSPERT ŞƏRHİ
Bu gün, 11:54 |
|
|
|
• "Söyüş söydüyünə görə vintaçanla vurdum" - Salam almaq üstündə qətl
Bu gün, 11:52 |
|
|
|
• "Respublikanski" “köçürüldü", xəstələr yollarda qaldı - GİLEY
Bu gün, 11:50 |
|
|
|
• Ərini öldürüb həbsdə ana olan Əfsanənin dramı... - TƏFƏRRÜAT
Bu gün, 11:48 |
|
|
|
• Messi Ağ Evin qapısına zərbə vurmaq istəyir – İmpiçment çağırışı
Bu gün, 11:46 |
|
|
|
• COP29 çərçivəsində hansı sazişlər imzalanıb? - AKTUAL
Bu gün, 11:37 |
|
|
|
• Minimum əməkhaqqı və minimum pensiya artımı üçün büdcədə vəsait nəzərdə tutulub - Nazirdən MÜJDƏ
Bu gün, 11:33 |
|
|
|
• Rəsmi rəqəmlər deyir, ARTIM VAR... reallıq isə... - FOTOFAKT
Bu gün, 11:31 |
|
|
|
• Agentlikdə yeni sədr müavini TƏYİNAT - BUNDAN SONRA...
Bu gün, 11:21 |
|
|
|
• Marketlərdə satılan farş nə ətindən hazırlanır? - Qəssabdan şok AÇIQLAMA
Bu gün, 11:20 |
|
|
|
• "Hizbullah" ABŞ-nin atəşkəs təklifi ilə razılaşıb" - Reuters
Bu gün, 11:18 |
|
|
|
• Sülh prosesində iki çətin məsələ hansıdır? - Detallar açıqlandı
Bu gün, 11:01 |
|
|
|
• Generalın həyat yoldaşına vəzifə verildi - ƏMR
Bu gün, 10:59 |
|
|
|
• Sülh yaxud müharibə: Bölgə üçün son seçim belədir... - AKTUAL
Bu gün, 10:48 |
|
|
|
• Ağdərənin bu kəndində 1,5 milyon manatlıq yenidənqurma işlərinə başlanılır
Bu gün, 10:46 |
|
|
|
|