Sahil Babayevin işçilərindən Qazaxda ÖZBAŞINALIQ - GİLEY
Tarix: 10-09-2020, 14:45 |
Çap et
DİA.AZ: - Qazax rayon sakini Qocayeva Nərmin Cəlil qızı yaşadığı rayonda Dövlət Sosial Müdafiə Fondunun işçilərindən şikayətçidir. DİA.AZ-a bu barədə müraciət edən narazı vətəndaş bildirir ki, bu il ərzində atası ilə anasını itirib.
"Onsuz da dərdimiz bizə yetərlidir, bir yandan da DSMF işçilərinin özbaşınalığı bizi təngə gətirib. Mərhum atam Qarabağ qazisi olub, artıq qırxı çıxıb. Bunların şərəfsizliyinə bax ki, mərhum atamın 17 ay pensiya almasını qanunsuz elan edərək bu gün bizə düşən ölüm pullarını ödəməkdən imtina edirlər.
Bu azmış kimi, bizi hətta hədələyirlər ki, mərhum atam Qəcayev Cəlil Hüeynəli oğlu guya ki, qanunsuz olaraq 17 ay pensiya alıb və buna görə hüquqi araşdırma başlaya bilər. Halbuki atam bir Qarabağ qazisi olaraq, zabit olaraq məhz bu gün DSMF-də çalışan özbaşına məmurların səbəbindən öz hüquq və imtiyazlarından yararlana bilməyib".
DİA.AZ vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə müraciət edən Nərmin Qocayeva DMSF işçilərinin cəzalandırılmasını, mərhum valideynlərinin ölüm faktlarına görə nəzərdə tutulan müavinətin verilməsini tələb edir.
Mövzu diqqətimizdədir. İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...