“Sovetski” sakinləri Yasamal İcra Hakimiyyəti qarşısında etiraz aksiyası keçiriblər.
BakuPost xəbər verir ki, aksiyada 200-dən çox sakin iştirak edib. Onlar İcra başçısından sökülən evlərinə ayrılan pulları tələb ediblər.
Aksiyaçılar bildirib ki, Prezidentin sərəncamı ilə ayrılan kompensasiya Maliyyə naziri Samir Şərifovla Yasamal İcra hakimiyyəti tərəfindən mənimsənilib: “Bizə ayrılan pulların yalnız bir hissəsi ödənilib. Qalan pulları isə vermirlər. Onlar söz vermişdilər ki, karantindən sonra ödəyəcəklər. Amma bizə indi məlumat verildi ki, o pullar Maliyyə Nazirliyi ilə rayon icra hakimiyyəti arasında bölüşdürülüb, “yeyilib”. Tələb edirik ki, bizim pullarımız qəpiyinə kimi ödənsin”. Etirazçılar bildirib ki, bu qurumların məsuliyyətsizliyi, artıq tamahkarlığı hesabına insanlar evsiz-eşiksiz qalıblar.