AMANDIR: Qarabağın yenidən inşasını "Qaçqınkom"a tapşırmayın... - İTTİHAM
Tarix: 27-10-2020, 09:01 | Çap et
Qaçqın və məcburi köçkün ailələrinin problemlərinin həlli daim dövlətimizin başçısı İlham Əliyev cənablarının diqqət mərkəzində olub.Ötən illər ərzində bu sahədə görülən işləri sadalamağa zənnimicə ehtiyac yoxdur.Elə sentyabr ayında məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 42,5 milyon manat ayrılması kifayət edir. Bəs sözügedən Komitə tərəfindən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarını tərk etməyə məcbur olan insanların sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun artırılması istiqamətində dövlətimizin məqsədyönlü tədbirlərı necə həyata keçirilir?
Aktualinfo.org bu barədə bir müddət əvvəl bu mövzuya toxunmuşdu.Doğma yurdlarını tərk etməyə məcbur olmuş insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılması möbzusuna bir daha qayıtmaqda məqsədimiz burada baş verən narazılıqlardan başqa,yol verilən nöqsanları geniş içtimaiyyətin diqqətinə çatdırmaqdır. Bəri başdan qeyd etmək istərdik ki,Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin sədri Səbuhi Əhmədovun elektron poçtuna ([email protected]) ünvanladığımız sorğu məktubları cavabsız qalır.Çox güman ki,Səbuhi Əhmədov qeyd etdiyimiz elektron poçta aylardır baxmır.Daha sonra Komitənin rəsmi email poçtuna([email protected]) ünvanladığımız və əlaqə saxladığımız mətbuat xidmətinin işçisi də redaksiyamızın sorgusuna cavab vermədi. Odur ki,cavab almaq istədiyimiz bəzi sualları Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayeə və Departament sədri Səbuhi Əhmədova elə buradan vermək istəyirik. Məlum olduğu kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ilə kifayət qədər vəsait ayrılır.Fərdi yaşayış evlərinin təmiri üçün ayrılan vəsitlər hansı şəkildə həyata keçirilir?Aydın məsələdir tender yolu ilə. Bəs burada təmirə ehtiyacı olan evlərin smetası necə tutulur?Məsələn, bir evin təmiri hazırki bazar qiymətləri ilə nə qəddər vəsait tutur? Fərqi aşağıda göstərməyə çalışacağıq.
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin 2020-ci ilin yeddi ayı ərzində keçirdiyi tenderlər barədə ötən yazımızda ətraflı məlumat vermişdik. Sözügedən Departamentin bu ilin yeddinci ayından sonra keçirilmiş tenderlərin ətrafında apardığımız araşdırmalar da əvvəlkilərdən heç də fərqlənmir və burada da hər şeyin heç də şəffaf olmadığını bir daha görsənir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Ağdam rayonunda 13 ədəd fərdi yaşayış evlərinin təmiri üzrə 294162.72 manat dəyərində müqavilə 14.08.2020-ci il tarixdə “Qarabağ Təmir-Tikinti” MMC ilə müqavilə bağlanıb.Burada ayrılmış vəsaitə görə təmir olunacaq evlərin hər birinə orta hesabla 22 627 manat düşür.
Sözügedən Departamenti tərəfindən Ağdam rayonunda 16 ədəd fərdi yaşayış evlərinin təmiri işləri üzrə 295261.75 manat dəyərində müqavilə 16.09.2020-ci il tarixdə “Qarabağ Təmir-Tikinti” MMC ilə bağlanıb.Qeyd edək ki, Departament sözügedın MMC-nin hesabına elə həmin rayonda 13 fərdi yaşayış evinin təmiri işlərinə 294162.72, növbəti tenderdə isə 16 fərdi yaşayış evinin təmiri işlərinə də 295261.75 manat dövlət vəsaiti ayırıb.Burada isə hər bir evin təmirinə orta hesabla birincidə 22 627,ikincidə isə 18 453 manat düşür. Maraqlıdır,13 fərdi yaşayış evinin də,16 fərdi yaşayış evinin də təmirinə 300 min manata yaxın vəsait ayrılıb.Qeyd edək ki,sözügedən MMC təkcə 2020-ci ilin avqust-sentyabr aylarında 5 tenderin qalibi olub ki,onun 3-ü Ağdam rayon İcra hakimiyyətinin elan etdiyi tenderlərdir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “Qarabağ Təmir-Tikinti” MMC-nin Ağdam Rayon Vergilər Şöbəsində 19.11.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Ağdam rayonu,Quzanlı qəsəbəsi, qanuni təmsilçisinin isə Məmmədov Elgün Yusif oğlu olduğu qeyd edilib.
Sözügedən Departament tərəfindən Bərdə rayonunda və Mingəçevir şəhərində salınmış məcburi köçkün qəsəbələrində binaların fasad üzlük daşları və dam örtüklərinin əsaslı təmiri işləri üzrə 248952.58 manat dəyərində müqavilə 29.08.2020-ci il tarixdə “ABADLIQ-R TTQ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.Burada da elan olunmuş tenderdə nə qədər dam örtüyünün dəyişdirilməsi barədə açıq məlumat verilməyib.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “ABADLIQ-R TTQ” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 18.05.2009-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov ştq, Şamil Kamilov ev 7,qanuni təmsilçisinin isə Cəfərov Rza Əli oğlu olduğu qeyd edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən Füzuli rayonunda fərdi yaşayış evlərinin və inzibati binaların təmiri işləri üzrə 295805.28 manat dəyərində müqavilə 08.09.2020-ci il tarixdə “TURAN.İ.O” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb. Müqaviləyə görə MMC göstərilən məbləğə 3 ədəd 2 otaqlı,1 ədəd 3 otaqlı fərdi yaşayış evinin və 3 ədəd inzibati binanın təmiri işlərini həyata keçirməlidir.Qeyd edək ki,MMC 26.12.2019-cu il tarixdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən keçirilmiş 3163203.01 manat dəyərində tenderin qalibi olub.Bu isə MMC-nin Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yüksək vəzifəli şəxslərinə bağlı olduğunu deməyə əsas verir.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “TURAN.İ.O” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 26.11.2018-ci il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ YASAMAL RAYONU, YENİ YASAMAL 1, ev 10, m. 46,qanuni təmsilçisinin isə Hüseynov Nicat İldırım oğlu olduğu qeyd edilib.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti tərəfindən 18 ədəd fərdi yaşayış evlərinin təmiri işləri üzrə 257435.95 manat dəyərində müqavilə 17.09.2020-ci il tarixdə “NİL-2013” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.Burada isə vəziyyət bir qədər fərqlidir.Təmir işlərinin harada aparıldığı tender elanında göstərilməsə də orta hesabla bir mənzilin təmirinə 14 301 manat vəsait ayrılıb.Qeyd edək ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi son bir il ərzində bu MMC-yə ümumi dəyəri 658 340 manat olan 3 dövlət sifarişi verib.Yerində araşdırılsa görəsən bu MMC kosmetik işlərdən başqa təmir işləri aparıbmı?
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “NİL-2013” MMC-nin 5 saylı Ərazi Vergilər İdarəsində 12.02.2013-cü il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 30 manat olan MMC-nin hüquqi ünvanı Sabirabad rayonu, Sabirabad şəhəri, Muğan prospekti ev 1, dalan 5,qanuni təmsilçisinin isə Quliyev İlham Sultan oğlu olduğu qeyd edilib.
Sözügedən Departamenti tərəfindən Saatlı rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbələrdə fərdi yaşayış evlərinin təmiri işləri üzrə 293182.1 manat dəyərində müqavilə 23.09.2020-ci il tarixdə “KRAL TƏMİR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanıb.Burada isə Departament dövlət vəsaitinin neçə fərdi yaşayış evinin təmirinə ayırdığını göstərməməmişdir.Bu MMC isə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun və Qubadlı rayon İcra hakimiyyətinin elan etdiyi bir neçə tenderin qalibi olub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “KRAL TƏMİR TİKİNTİ” MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində 22.02.2010-cu il tarixdə dövlət qeydiyyatına alındığı göstərilib.Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AK.HƏSƏN ƏLİYEV, ev 90, m. 9,qanuni təmsilçisinin isə Qasımov Sərvər Səməd oğlu olduğu qeyd edilib. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20 |
|
|
|
• Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18 |
|
|
|
• Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15 |
|
|
|
• Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12 |
|
|
|
• Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06 |
|
|
|
• Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05 |
|
|
|
• Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02 |
|
|
|
• Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55 |
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
|