“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” .....                     Bakıdan Qarabağa necə getmək olar: .....                     Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil .....                     Berlin Kiyevə "Mini-Taurus" lar verəcək .....                     Türkiyə İsraillə TEZ ANLAŞSIN... .....                     Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq .....                     Qazaxdan Araza qədər yol belə açılacaq... .....                     Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? .....                     Azərbaycanda xarici logistika şirkəti ləğv edilir .....                     Bakıda toylar bu tarixdə başlayacaq .....                     Orxan Cəlilov işdən çıxarıldı .....                     Paşinyan seçkilərə belə hazırlaşır .....                     Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. .....                     Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı .....                     “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” .....                     General-leytenant yeni rəis təyin etdi .....                     Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib .....                     Prezident Los-Ancelesə yeni baş konsul təyin edib .....                     Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu .....                     Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib .....                     Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. .....                     "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." .....                     Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? .....                     Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb .....                     Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub .....                     Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları .....                     Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək .....                     "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..." .....                     “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb” .....                     Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb .....                     Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? .....                     Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" .....                     Bəzi yerlərdə yağış yağacağı gözlənilir .....                     Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? .....                     "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..." .....                     “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” .....                     Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri .....                     Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı .....                     Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi .....                     Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi .....                 

Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ... - Niyə narahatdırlar?
Tarix: 9-11-2020, 09:16 | Çap et
Fars-molla rejiminin ABSURD ƏNDİŞƏSİ...
“İranın şimal-qərb sərhədlərinə hər hansı təhdid yoxdur, sabitliyin qorunması, Dağlıq Qarabağ münaqişəsinin Bakı ilə İrəvan arasında dialoq və danışıqlar yolu ilə həll edilməsi vacibdir”.

Ovqat.com xəbər verir ki, İran İslam Respublikası ordusunun quru qoşunları komandanı, briqada general Qiyumars Heydəri Dağlıq Qarabağda gedən döyüşləri şərh edərkən belə deyib.

Onun sözlərinə görə, İranı hər iki qonşusu ilə bir çox ortaq dəyərlər birləşdirir və İran Azərbaycanla Ermənistanı beynəlxalq hüquqa hörmət etməyə, dövlət sərhədlərini qorumağa, problemləri dialoq və danışıqlar yolu ilə həll etməyə çağırır.

"Bölgənin geopolitikasını qorumaq İranın qırmızı xəttidir və heç bir qüvvə bölgənin coğrafiyasını dəyişdirməyə çalışmamalıdır",-Heydəri açıqlamasında bildirib.

Qeyd edək ki, sərhədlərin qorunması barədə xəbərdarlıq təkcə Heydəri tərəfindən dilə gətirilməyib. Ondan əvvəl İran dini lideri Xameneyi də bənzər bəyanatla çıxış etmişdi. Dini lider müharibənin 38-ci günü açıqlama verərək, Azərbaycanın ərazi bütünlüyünü tanıdıqlarını bəyan etməklə və Ermənistanı öz qoşunlarını Dağlıq Qarabağdan çıxarmağa çağırmaqla yanaşı, sərhədlərin dəyişilməməsinin vacibliyini vurğulamışdı.

Bəs , görəsən, İranın son vaxtlar tez-tez dövlət sərhədlərin dəyişilməzliyi prinsipini dilə gətirməsinin altında yatan hikmət nədir?

Suallarımızı cavablandıran fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov İran rəsmilərinin bu çağırışlarının gəlişigözəl sözlər olmadığına və Azərbaycan ordusunun Ermənistanın bəzi ərazilərini nəzarətə götürə biləcəyi əndişəsindən doğduğuna inanır. Onun fikrincə, bu narahatlığın əslində real əsasları da yox deyil:

“Əvvəla, ona görə ki, Laçin dəhlizini tam nəzarət altına almaq istəyən Azərbaycan ordusu öz ağır hərbi texnikalarını Qubadlı-Laçın magistralından keçirməlidir. Bu magistral isə bir çox yerlərdə Ermənistanla tam sərhədlərimizdən keçir və həmin xətlə daşınan hərbi texnikalarımız qonşu dövlət tərəfindən atəşə tutulur. Azərbaycan erməni hücumlarının qarşısını almaq üçün istər-istəməz cavab atəşi açmalı, yeri gələndə həmin təhlükəli yerləri tamamilə zərərsizləşdirmək üçün öz nəzarətinə götürməlidir. Əsgərlərimiz Ermənistanın bu ərazilərindən atəşə tutulduğundan Azərbaycanın beynəlxalq hüquqa görə də belə bir haqqı var. 30 il erməni işğalına susan İranın məhz belə bir məqamda sərhədlərin qorunması prinsipini yada salması xeyli düşündürücüdür.

Digər tərəfdən 30 ildir erməni blokadasında qalan Naxçıvanın Azərbaycanın materik hissəsinə birləşdirilməsi də günün vacib tələblərindəndir. Vaxtilə rus imperiyasının Azərbaycandan alıb Ermənistana hədiyyə etdiyi Zəngəzur mahalı bu gün olmasa belə, sabah mütləq gündəmə gələcək və ordumuz öz tarixi torpaqlarını dövlət ərazimizə qatacaq. Bu təkcə Naxçıvanın blokadadan çıxarılması üçün deyil, həm də Türkiyədən başlayaraq, Orta Asiyaya qədər uzanan coğrafiyada zamanın tələbləri ilə qurulması gözlənilən Türk iqtisadi-siyasi əlaqələrinin bərpası üçün vacibdir. Nə yazıq ki, tarixi zərurət halına gələn bu hədəfin reallaşması yolunda ən ciddi əngəllərdən biri də Zəngəzur mahalının erməni işğalında olmasıdır.

Üstəlik, Zəngəzurun 1920-ci ildən sonra Ermənistana verilməsi onun İranla da qonşuluğa sığmayan münasibətlərinə zəmin yaradır. Son müharibə dövründə Rusiyadan Ermənistana göndərilən silah karvanlarının məhz bu ərazidən keçərək ünvanına çatdırıldığına dair çox saylı video-dəlillər ortaya çıxmışdı. Azərbaycan ordusu bu təhlükəli əlaqəyə nəzarət etmək üçün də Zəngəzura sahib çıxmaq durumunda qala bilər. Təsadüfi deyil ki, Türkiyənin milli düşüncəli partiyalarından olan MHP sədri Dövlət Bağçalı da bu xüsusu dilə gətirərək Naxçıvanla Azərbaycanın birləşdirilməsinin tarixi zərurətə çevrildiyini bildirmişdi.

Ayrıca, son müharibə dövründə istər Naxçıvandakı mülki ərazilərimiz, istərsə də işğaldan azad olunan Dağlıq Qarabağ ətrafındakı hərbi mövqelərimiz Ermənistanın bu coğrafiyadakı hərbi birlikləri tərəfindən zaman-zaman atəşə tutulur. Sözsüz ki, Azərbaycan düşmənin bu təcavüzkar siyasətinə laqeyd qala bilməz və onlara layiq olduqları cavabı verməlidir. İranın məhz belə bir zamanda həyəcanlanması, istər dini lideri, istərsə də hərbi komandanlığı çərçivəsində sərt reaksiyalar verməsi heç də yaxın qonşuluq siyasətilə bir araya sığmır”,-Aydəm İsmayılov belə deyib.

Ekspert həmçinin əlavə edib ki, Azərbaycan ordusu öz milli maraqlarımızdan çıxış edərək düşməni zərərsizləşdirməyə çalışır və erməni müqaviməti dövlət sərhədlərimizdən kənara sıçrayarsa, buna cavab vermək məcburiyyətində qalacaq: “Qeyd etdiyim kimi, artıq dəfələrlə Azərbaycan mövqeləri Ermənistan tərəfindən atəşə tutulur, Dağlıq Qarabağda əsgərlərimizlə savaşa qatılanlar arasında Ermənistan vətəndaşları da var. Təkcə bu faktın özü Ermənistanın Azərbaycana qarşı müharibəyə başladığını və ərazisini işğal etdiyini təsdiqləyən ən bariz nümunədir və rəsmi Bakıya müharibəni sərhədlərindən kənara çıxarmaq hüququ verir”.

İranın bu “canıyananlığına” gəlincə, ekspert Tehrana öz daxili problemlərinə zaman ayırmağı məsləhət bilərək, fikrini belə yekunlaşdırıb: “İran Azərbaycanın dəftərinin bir qırağına yazdığı qeydləri artırmasın. Bu günün sabahı var və biz qiyamətə qədər qonşu olaraq yaşayacağıq. Yaxşı olar ki, bir-birimizin üzünə utanmadan baxa bilək”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Özüm Abxaziyada olmuşam; vəziyyətdən çox narazıdırlar, iqtisadi durum ağırdır...” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 16:37
Bakıdan Qarabağa necə getmək olar: - Avtobuslar, qiymətlər...
Bu gün, 16:34
Qarabağ müharibəsində itkin düşən dinc ahalinin harada olduğu hələ də bəlli deyil - Novella Cəfəroğlu
Bu gün, 16:20
Berlin Kiyevə "Mini-Taurus" lar verəcək - “Bild”
Bu gün, 16:18
Türkiyə İsraillə TEZ ANLAŞSIN... - BİZƏ DƏ ZƏRƏRİ VAR...
Bu gün, 16:15
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublikası Komitəsində özbaşınalıq - İTTİHAMLAR SƏNGİMİR...
Bu gün, 16:12
Qazaxdan Araza qədər yol belə açılacaq... - Laçından Ermənistanın içərisinə olan yol isə...
Bu gün, 16:06
Azərbaycanda ət və ət məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
Bu gün, 16:05
Azərbaycanda xarici logistika şirkəti ləğv edilir
Bu gün, 16:02
Bakıda toylar bu tarixdə başlayacaq - SORĞU
Bu gün, 15:55
Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50
Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48
Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34
Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30
“Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26
General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21
Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17
Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16
Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15
Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13
Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10
"1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03
Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00
Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58
Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55
Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00
Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58
"Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07
“İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06
Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02
Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58
Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56
Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52
Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51
"Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45
“Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41
Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39
Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37
Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28
Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26
Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24
İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23
Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08
David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02
COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55
Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46
ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45
Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44
“Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42
Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru