Məcburi köçkün ailəsi çətin durumda... - dəfələrlə müraciət etsə də...
Tarix: 13-11-2020, 09:54 |
Çap et
DİA.AZ: - Füzuli rayon, Aşağı Əbdürrəhmanlı kəndindən məcburi köçkün, hazırda Füzuli rayon Zobucuq 2 qəsəbəsində müvəqqəti məskunlaşmış Kərimova Çinarə uzun müddətdir ki, ünvanlı sosial yardım düzəldə bilmədiyi üçün şikayətlənir.
DİA.AZ-ın məlumatına görə, Çinarə xanım ünvanlı sosial yardımla əlaqədar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəfələrlə müraciət etsə də, müraciəti əsasında ona imtina cavabı gəlmişdir.
Çinarə Kərimova 2 azyaşlı uşaqları ilə birlikdə yaşayır. Çinarə xanımın rəsmi iş yeri yoxdur, buna görə də ona ünvanlı sosial yardım verilməyib.