Həbs olunan “Azərxalça” şefinin BİZNES ORTAQLARI... - Onların da İŞİ YAŞDIR...
Tarix: 11-01-2021, 11:56 | Çap et
Ötən həftə ölkə ictimaiyyətinin yaddaşında həm də “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Vidadi Muradovun qanunsuz əməllərinin ifşa olunması ilə qalacaq. Qeyd edək ki,Baş prokurorluğun yaydığı məlumatlarda keçmiş sədrin cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına,habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətdiyi bildirilirdi.Ardınca Prezident İlham Əliyevin “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradovu tutduğu vəzifədən azad etməsi barədə sərəncam imzalaması tarix elmləri doktoru, professor,”Şöhrət” ordenli, Əməkdar incəsənət xadiminin bu titullar arxasından nə kimi çirkin işlər gördüyünü ortaya çıxardı.
Qeyd edək ki,Respublika prokurorluğunun yayadığı məlumatlarda sözügedən səhmdar cəmiyyətin 2016-2019-cu illərdəki fəaliyyətinin nəticələri barədə məlumat verilir.Bəs görəsən son bir ildə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti satınalmalar yolu ilə nə qədər dövlət vəsaiti talayıb?
Aktualinfo.org “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin son illərdə dövlət satınalmaları yolu ilə həyata keçirdiyi bir sıra tender əməliyyatları ətrafında araşdırmalar aparmışdır.Həmin tenderlərdən bir neçəsini nəzərinizə çatdırırıq.
5 ədəd avto yükləyicilərin satın alınması üzrə 259 600 manat dəyərində satınalma müqaviləsi 16.12.2020-ci il tarixdə “UDT-TEXNİKA” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb ki,1 ədəd avtoyükləyicinin qiyməti cəmiyyətə 51 920 manata başa gəlib.
5 rayonda Yun və Boyaq bitgilərinin tədarükü məntəqələrində reklam işlərinin görülməsinin satınalınması üzrə 110284.75 manat dəyərində satınalma müqaviləsi 04.12.2020-ci il tarixdə “SSAL-2” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
5 rayon regional yun boyaq bitkiləri tədarükü məntəqəsinə alınması zəruri olan avadanlıq, mal material və inventarların alınması üzrə keçirilmiş müsabiqədə 129 852.51 manat dəyərində satınalma müqaviləsi 10.11.2020-ci il tarixdə “BAKPRİNT” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
5 ədəd avto yükləyicilərin satın alınması üzrə keçirilmiş müsabiqədə 288663.4 manat dəyərində satınalma müqaviləsi 27.10.2020-ci il tarixdə “XƏZƏR İNŞAAT ŞİRKƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb ki,1 ədəd avtoyükləyicinin qiyməti cəmiyyətə 57 732 manata başa gəlib.
Goranboy rayonu,Aşağı Ağcakənd qəsəbəsində layihələndirilən xalça emalatxanasının tikintisi,avadanlıq,dəzgahların təchizatı və infrastrukturunun yaradılması işlərinin satınalınması üzrə keçirilmiş müsabiqədə 2 272 186.76 manat dəyərində satınalma müqaviləsi 06.10.2020-ci il tarixdə “UĞUR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Qonaqların qəbulu üzrə 48120 manat dəyərində satınalma müqaviləsi 26.11.2020-ci il tarixdə “NORT MOUNTAIN GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Qonaqlama xidməti üzrə 32695 manat dəyərində satınalma müqaviləsi 25.11.2020-ci il tarixdə “SUMQAYIT OLİMPİYA İDMAN KOMPLEKSİ” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Maraqlıdır ki,koronavirus pandemiyası ilə əlaqədər mart ayindan ölkə ərazisində karantin rejimi elan olunduğu bir vaxtda, beynəlxalq tədbirlərin belə onlayn keçirildiyi bir zamanda,həttə aviareyslərin belə təxirə salındığı günlərdə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti hansı xarici qonaqları qəbul edərək onlara xidmət göstərib?
Xalçalar üçün xammal materialın satın alınması üzrə 214310.08 manat dəyərində satınalma müqaviləsi 23.11.2020-ci il tarixdə “KENZO 2010” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Orta ağır tonajlı yük avtomobillərinin satınalınması üzrə 675 007.2 manat dəyərində satınalma müqaviləsi 19.11.2020-ci il tarixdə “AZAVTOBUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb ki,1 ədəd yük avtomobilinin qiyməti cəmiyyətə 135 min manata başa gəlib.
Oturacaqlarin sayı 28-30 arasi olan avtobusların satın alınması üzrə 717 195.15 manat dəyərində satınalma müqaviləsi 24.12.2019-cu il tarixdə “AZAVTOBUS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb ki, 1 ədəd avtobusun qiyməti cəmiyyətə 143 439 manata başa gəlib.
Qazax-Qarabağ qrupu üçün üz iplərinin satınalınması üzrə keçirilmiş müsabiqədə 284958.2 manat dəyərində satınalma müqaviləsi 14.02.2020-ci il tarixdə “QAFQAZ STANDARD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
Şirvan-Təbriz qrupu üçün üz iplərinin satınalınması üzrə keçirilmiş müsabiqədə 284958.2 manat dəyərində satınalma müqaviləsi 14.02.2020-ci il tarixdə “QAFQAZ STANDARD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanılıb.
“Azərxalça” ASC-nin 11.01.2020-ci il tarixində Şirvan-Təbriz qrupu üz iplərinin və Qazax-Qarabağ qrupu üz iplərinin satın alınması məqsədilə keçiriilmiş elan edilmiş və 14.02.2020-ci il tarixində bitmiş və yekun protokol formalaşdırılmış və hər iki tenderdə qalib “Qafqaz Standart” MMC müəyyən edilmişdir. Vergidən borcu olmaması haqqında sənəd almasına baxmayaraq müqavilənin icrası zamanı riskli vergi ödəyicisi kimi müəyyən edildiyindən. Hər iki tender 10.10.2020 ləğv edilmişdir. Maraqlıdır,müqavilə bağlanarkən bu risk nə üçün nəzərə alınmayıb və səkkiz aydan sonra ləğv edilmişdir.Bəs ayrılmış 500 min manatdan çox dövlət vəsaitinin taleyi?
Qeyd edək ki,”Qafqaz Standart” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Heydər Əliyev prospekti ev 73/5, m 45-də yerləşir. Şirkətin qanuni təmsilçisi Əhədli Çingiz Yusif oğludur.”Azərxalça” ASC-dən 570 min manatlıq tender udan Əhədli Çingiz Yusif oğlunun adı daha çox sabiq millət vəkili Fərəc Quliyevin rəhbərlik etdiyi Milli Dirçəliş Hərəkatı Partiyasının seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi olaraq keçir.Vidadi Muradovu bu şəxslərlə nə kimi tellər bağlayıb?
“Azərxalça” ASC-nin Zaqatala,Bərdə,Gəncə Mingəçevir, LAçın və Xocalı filiallarının tikintisi məqsədilə layihə-smeta sənədlərinin hazırlanması işləri üzrə “GENTECHS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə ümumi olaraq 94 164 manat dəyərində müqavilə bağlanılmışdır ki,burada da şübhəli məqamlar yox deyil.İndi isə Vidadi Muradovun işbirliyində olduğu MMC-lərə nəzər salaq.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “UĞUR TİKİNTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 03.03.2010-cu il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, KAVEROÇKİN, ev 21, m. 9,qanuni təmsilçisinin Hüseynəliyev Rauf Vasib oğlu olduğu qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “AZAVTOBUS” Məhdud Məsuliyyətli Cəmiyyətinin 02.05.2014-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 1000 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, AĞADADAŞ QURBANOV, ev 91, qanuni təmsilçisinin Bağırov Laçın Mahmudoviç olduğu qeyd olunub.
Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “XƏZƏR İNŞAAT ŞİRKƏTİ” Məhdud Məsuliyyətli Cəmiyyətinin 29.07.2003-cü il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, ZİYA BÜNYADOV, ev 58, m. 8, qanuni təmsilçisinin Nəzərov Ramil Bayram oğlu olduğu qeyd olunub.
Qeyd edək ki,təqdim etdiyimiz bu MMC-lər haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.Amma bununla belə “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş Vidadi Muradov bu MMC-lərlə dəyəri yüz minlər, milyonlarla ölçülən satınalma müqavilələri bağlamışdır ki, çox güman Respublika prokurorluğu bunlara da aydınlıq gətirəcək. Biz hələ xırda pulları demirik. Aktualinfo.org
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Orxan Cəlilov işdən çıxarıldı - AÇIQLAMA
Bu gün, 15:50 |
|
|
|
• Paşinyan seçkilərə belə hazırlaşır
Bu gün, 15:48 |
|
|
|
• Gələn ilin büdcəsi NƏ VƏD EDİR?.. - DETALLAR
Bu gün, 15:34 |
|
|
|
• Rusiyada azərbaycanlı tələbələrə qarşı “Yaşasın Azərbaycan!” şüarına görə cinayət işi açıldı - BU NƏDİ BELƏ?..
Bu gün, 15:30 |
|
|
|
• “Mənə demişdilər, gəl, səni pulla filankəslə sevgili edək” - Pərvin Abıyeva
Bu gün, 15:26 |
|
|
|
• General-leytenant yeni rəis təyin etdi - ƏMR
Bu gün, 15:21 |
|
|
|
• Zamin Əliyev Azərbaycanın Qars şəhərindəki baş konsulu təyin edilib - FOTO
Bu gün, 15:17 |
|
|
|
• Prezident Los-Ancelesə yeni baş konsul təyin edib - SƏRƏNCAM
Bu gün, 15:16 |
|
|
|
• Ayxan Süleymanlı Azərbaycanın Aktau şəhərindəki baş konsulu TƏYİN OLUNDU
Bu gün, 15:15 |
|
|
|
• Azərbaycanın Batumiyə yeni baş konsulu təyin edilib - SƏRƏNCAM
Bu gün, 15:13 |
|
|
|
• Pallone təpədən-dırnağa qədər DÜŞMƏNDİR!.. - hələ bizim camaat YUMŞAQ DAVRANDI...
Bu gün, 15:10 |
|
|
|
• "1 həftə öncə məni çağırıb bildirdilər ki, bu gündən işdən azadsan..." - GİLEY
Bu gün, 15:03 |
|
|
|
• Tramp Zəngəzur dəhlizinə maneə yaradacaqmı? - Türkiyəli general detalları açıqladı
Bu gün, 15:00 |
|
|
|
• Mərkəzi Bankın sədri növbəti illər üçün manatın məzənnəsi haqqında danışıb - BİZİ NƏ GÖZLƏYİR?
Bu gün, 14:58 |
|
|
|
• Sabiq nazirin oğlunun məhkəməyə gəlməsi tələb olunub - TƏFƏRRÜAT
Bu gün, 14:55 |
|
|
|
• Anti-Azərbaycan mərkəzləri və onun əlaltıları - AXI NİYƏ?..
Bu gün, 14:00 |
|
|
|
• Şəkidəki şirkət Ucarda əkin sahələrini su ilə təmin edəcək - 7 MİLYONLUQ TENDER
Bu gün, 13:58 |
|
|
|
• "Mədinə şəhərində məni küçədə görən bu uşaqlar üstümə qaçdılar ki..."
Bu gün, 13:07 |
|
|
|
• “İlk dəfə büdcədə neftin ilkin qiyməti 70 dollar götürülüb”
Bu gün, 13:06 |
|
|
|
• Azərbaycan Türkiyədən biri 2 664 manata 6 eşşək alıb - belə görünür ki...
Bu gün, 13:02 |
|
|
|
• Sabiq deputat Əsabil Qasımovun “Karmen”i ilə bağlı nə qərar veriləcək? - GEDİŞAT
Bu gün, 12:58 |
|
|
|
• Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək" - Şok plan
Bu gün, 12:56 |
|
|
|
• Bəzi yerlərdə yağış yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:52 |
|
|
|
• Qreta Bakıya qarşı aksiya üçün hardan, nə qədər pul alıb? - İLGİNC...
Bu gün, 12:51 |
|
|
|
• "Bu gün sosial şəbəkələr hər şeyi üstələyib..."
Bu gün, 12:45 |
|
|
|
• “Mədəniyyət diplomatiyasından yararlanmağı bacarmalıyıq” - Turan Manafzadə
Bu gün, 12:41 |
|
|
|
• Trampın oğlu Rusiyaya zərbə endirməsinə icazə verənləri "axmaq" adlandırdı
Bu gün, 12:39 |
|
|
|
• Emin Ağalarov əkizlərinin arxiv görüntüsünü paylaşdı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
• Azərbaycanda biznesi olan milyarder “Humo”nu almaqdan imtina etdi - TƏFƏRRÜAT
Bu gün, 12:28 |
|
|
|
• Aqil Abbasın oğlu rəis vəzifəsindən azad edildi - ƏMR
Bu gün, 12:26 |
|
|
|
• Sülh üçün yaşıl işıq yandı: Ermənistan bəyannaməni dəyişir
Bu gün, 12:24 |
|
|
|
• İrəvan KTMT-dən imtina etdi, əsgərlərini bu ölkəyə göndərdi
Bu gün, 12:23 |
|
|
|
• Azərbaycanlı İran casusu Rusiyada saxlanıldı – BAKIYA TƏHVİL VERİLƏCƏK
Bu gün, 12:08 |
|
|
|
• David Vardanyanın təxribat xarakterli müraciəti yayıldı... - "Atam erməni olduğu üçün..."
Bu gün, 12:02 |
|
|
|
• COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçiriləcək
Bu gün, 11:55 |
|
|
|
• Müdafiə Nazirliyinin Mərkəzi Ərzaq Anbarında nələr baş verir – MÜRACİƏT
Bu gün, 11:46 |
|
|
|
• ABŞ konqresmeni Frank Peloninin Azərbaycanı tərk etməsi rəsmən təsdiqlənib - AÇIQLAMA
Bu gün, 11:45 |
|
|
|
• Ermənistanın daxili işlər naziri istefa verib
Bu gün, 11:44 |
|
|
|
• “Nar”ın dəstəyi ilə keçirilən ekologiya təlimi beynəlxalq ekspertlə görüşlə yekunlaşdı - FOTO
Bu gün, 11:42 |
|
|
|
• Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonları KİMİNDİR? - varisləri üçün ƏLÇATMAZDIR...
Bu gün, 11:30 |
|
|
|
• Paşinyan Vatikana gedib
Bu gün, 11:27 |
|
|
|
• Abxaziyada gərginlik səngimir - “Dövlət televiziyası”na hücum edildi
Bu gün, 11:25 |
|
|
|
• Şahbuz təhsilində `ÜSULİ-CƏDİD`... - NARAZILIQ VAR...
Bu gün, 11:23 |
|
|
|
• “Milli Məkan” layihəsi ilə bağlı narazılıq – Milyonluq tender prosesində nə baş verir?
Bu gün, 11:19 |
|
|
|
• Bu məktəblərdə dərslər daha tez başlayacaq - DİQQƏT
Bu gün, 11:15 |
|
|
|
• Dövlət qurumu COP29 tədbiri üçün 1,4 milyon vəsait SƏRF EDİB - DETALLAR
Bu gün, 11:10 |
|
|
|
• Xankəndi şəhəri, Ağdərə, Laçın və Zəngilan rayonları xərclərini büdcədən dotasiya almadan təmin edəcək
Bu gün, 11:07 |
|
|
|
• Ermənistanın militarizasiya siyasətinə cavab olaraq Azərbaycan müdafiə xərclərini artırır
Bu gün, 11:04 |
|
|
|
• Yeniyetmə özünü 13-cü mərtəbədən atdı - Bakıda DƏHŞƏT
Bu gün, 11:03 |
|
|
|
• Prezident İlham Əliyev Rusiyanın maliyyə naziri və Dövlət Dumasında fraksiya rəhbəri ilə görüşüb
Bu gün, 11:00 |
|
|
|
|