"AzerGold"un törəmə şirkətinin nizamnamə kapitalı 3 dəfə artırılıb
Tarix: 9-02-2022, 16:42 |
Çap et
DİA.AZ: - "AzerGold" QSC-yə məxsus "Daşkəsən Dəmir Filiz" MMC-nin nizamnamə kaitalı 25,6 milyon manat və yaxud təxminən 3 dəfə artırılıb.
DİA.AZ xəbər verir ki, şirkətin kapitalı 13,001 milyon manatdan 38,601 milyon manata çatdırılıb.
Xatırladaq ki, "Daşkəsən Dəmir Filiz" 2020-ci ilin dekabr ayında ölkə ərazisində dəmir filizi yataqları üzrə fəaliyyətin təşkil edilməsi məqsədilə yaradılıb. Məqsəd səhmdar cəmiyyətinin irimiqyaslı layihələrindən biri olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi ilə ölkə iqtisadiyyatı, o cümlədən bölgənin inkişafına əlavə töhfə verməkdir