Bu gün türkiyəli müğənni Pətək Dinçöz Bakıya gəlib.
Axşam.az-ın məlumatına görə, ifaçı Azərbaycana 30 nəfərlik orkestrlə təşrif buyurub. Saat 19:30-da hava limanında olan müğənni oradan birbaşa Qəbələyə yollanıb. Türkiyəli ifaçı sabah “Qafqaz Sport Hotel”də səhnəyə çıxacaq. O, saat 00:00-dan 03:00-a kimi azərbaycanlı tamaşaçıları üçün ən sevilən mahnılarını səsləndirəcək. Xatırladaq ki, Axşam.az-ın informasiya dəstəyi ilə reallaşacaq konsertin biletlərinin qiyməti 300-400-500 manat arasında dəyişir. Bu məbləğə çərəz, meyvə, şirniyyat və dondurma daxildir. Gecənin təşkilatçısı isə Nahid Emiloğludur.