Sahibkar xanımın başına oyun açdılar... - TƏFƏRRÜAT
Tarix: 14-11-2022, 10:13 | Çap et
Azərbaycanın ilk sahibkar xanımlarından olan Fatimə Ağamirzəyeva Alpan kəndində başına açılan oyunlardan yazıb. DİA.AZ bildirir ki, bu barədə teref.az saytında məlumat verilir. Xanım sahibkar başına gələnləri belə nəql edir:
"Dostlar, mən 1988-ci ildən fəaliyyətdə olan Azərbaycanın ilk qadın sahibkarıyam. Müvəffəqiyyətlərim və gördüyüm işlər heç də az olmayıb. Hətta ən çətin şəraitlərdə belə...Lakin indi hərəkət eləmək heç mümkün deyil. Mən sizə bu dəfə bir sahəni deyəcəyəm və məsləhətlərinizə də ehtiyacım var və sonra ardıcıl olaraq nələrdə çətinliklərim olduğunu bölüşəcəyəm. Çünki arada həsəd bürüyür məni ki, tanıdığım xanımların güclü reklamı və bacarıqları tez-tez göstərilir. Görəsən, mənim beynəlxalq səviyyədə belə tanınmağıma baxmayaraq nəyə görə mən öz respublikamızda bacarıqsız görünürəm?!
Birinci - 2017-ci ildə ABŞ Səfirliyi və İqtisadiyyat Nazirliyinin birgə klaster layihəsi mənə tapşırıldı. Bu, Alpan kəndində qadınlar üçün Sənətkarlığı artırmaq və işə cəlb etmək üçün olan çox maraqlı bir layihə idi. Və biz həm bir qrup xanımı tədris etməli idik, həm də bina tikilməli idi. Binanın tikilişinə 3000 AZN xərcləməli idim, 75000 dollar səfirlik, qalan işləri isə bələdiyyə və ictimai şüra üzərinə götürməli idi. Bələdiyyə heç bir köməklik göstərmək istəmədi və hətta onun üzərinə düşən sənədləşmə işini bilərəkdən etmədi. İcmanın büdcəsi yox idi. O səbəbdən yük mənim və səfirliyin üzərində qaldı. Mənim özümdə olan iki böyük yük maşını quru taxta və içəridə olan dəzgahlar, xammal, stol-stullar, qapılar və digər xərclər mənim üzərimə düşdü ki, əvvəllər 42000 AZN hesabladılar, sonra isə onların bağladığı ikinci aktda azaldılaraq 34000 AZN düzəliş etdilər. · O vaxtadək ustaların öyrənilməsi üçün 5 növ texnoloq usta 3 ay müddətində maaşları, yol xərcliyi və yemək mənim üzərimə düşdü. Nə yaxşı ki, mən müəllimələrlə razılaşdıq ki, birdən bu pul mənə ödənilməsə, mən pulu tədricən, hissə-hissə ödəyərəm və belə də etdim. Dəzgahların quraşdırılması, xammalın alınması, sonradan işlə təmin etmək üçün ehtiyat xammal və bütün bunlar mənə 52000 AZN xərcləmək məcburiyyətində qoydu. Və 15 nəfər qadın çox yüksək səviyyədə xalça, kilim, verni, sumax texnologiyasını mənimsədilər və işə başladılar. Çox təntənəli açılış oldu. Səfirlik, nazir müavini, tanınmış Qadın Assosiasiyası rəhbərləri, kənd camaatı və s. (bu disk məndə var) bu görünən işlərin nümunələri ilə və xanımlarla tanış oldular. Lakin həmin vaxtda da bizim əsaslı ünvan sənədlərimiz bələdiyyə tərəfindən yerinə yetirilməmişdi. Baxmayaraq ki, məndə onların bağladığı akt var ki, guya torpaq sənədlərinin alımasına 3500 AZN, qazlaşdırmaya 500 AZN, işığa isə 500 AZN xərcləyib. Hamısının imzası var, bircə mən imzalamamışam. Yəni sənəd olmadığı üçün qaz çəkilişi bu günəcən mümkün olmayıb. İşıq pulun isə mən 830 AZN ödəmişəm (qəbz məndədir). Açılışdan sonra isə iş orada davam edib, əməkhaqları alıblar, mən isə sənədləri tələb etmişəm. Kəndin bələdiyyə sədri Seyidov Əziz qızlar haqqında müxtəlif şayiələr yaydıraraq onları işdən çəkindirməyə başladı və sənəd tələb etdikdə "mən bələdiyyə nəzdinə keçməliyəm" kimi bəhanə gətirdi. Hansı ki, bələdiyyənin dövlətə 2 milyondan çox borcu var idi və onun nəzdinə keçdikdə qazanan yer kimi borcu biz ödəməli idik. Bu isə, hamınızın bildiyi kimi, mümkün deyildi, amma biz Danışan İlmələr kollektivinə və onun idarə heyətinə əsasən, sənədi bir nəfərin adına ala bilərdik və beləcə müəssisə öz vergisini özü ödəyə bilərdi. Bina əvvəlki qüsurlarından və sonrakı baxımsızlıqdan ciddi zərər görür. İki ildir ki, oraya baxmaq adı ilə bir mollanı bir ailəsi ilə yerləşdirmiş və bütün müəssisəni mənzilə çevirmişdi. Həmin MOLLA öz evini satarkən deyildiyinə görə 10000 AZN pul alaraq Seyidov Əzizə vermiş və binamın yanında ona həyətinin çəpərlərini sökərək və birləşdirərək torpaq sahəsi vermişdir. Hətta binanın içərisində dəzgahların üstündə çox qiymətli xalçaların yarımçıq qalmağına və sifarişlə düzəltdirdiyim avadanlığın içəridə olmağına baxmayaraq mən o binaya 2 ildir ki, girə bilmirəm. Və son dəfə mən həmin şəxsin odunlarımızı yandırdığına və içəridə bizim bütün işimizi şok vəziyyətinə saldığına görə onun çıxmağını istədikdə Əziz Seyidov və kəndin icra nümayəndəsi çoxlu adam toplayaraq gəldilər və bildirdilər ki, bu adam bu kəndin sakinidir və çıxmayacaq. İndi, əziz dostlar, siz deyin. Ət budursa, pişik hanı, pişik budursa, ət hanı. Yəni əgər bu bina Əzizin, yanındakı torpaq da mollanındırsa, mənim 86000 AZN pulum hara getdi və səfirliyin 75000 Dollar pulu MOLLAya niyə bağışlandı. Çəkdiyim əziyyəti, əsəbi, yolu demirəm. Bu, bir problem. Növbəti dəfə çalışacağam (əgər sizə maraqlıdırsa) ikinci problemi də deyim. Yəni mən baş aça bilmirəm, siz nə məsləhət bilirsiniz?!"
Məsələ ilə əlaqədar dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bu barədə ciddi şəkildə düşünməliyik" - deputat
Bu gün, 10:27 |
|
|
|
• “525-ci qəzet” və "Qol.az"ın təsis günüdür
Bu gün, 10:23 |
|
|
|
• Ukraynanın ikinci ən böyük şəhəri işğal olunur? - CNN
Bu gün, 10:19 |
|
|
|
• 7 rayonda DOST filialları təmir olunacaq - QALİB ŞİRKƏT
Bu gün, 10:13 |
|
|
|
• “Uşaq Avroviziyası”nın qalibi bu ölkə oldu
Bu gün, 10:08 |
|
|
|
• Buralar rəsmən yiyəsiz qalıb... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 09:58 |
|
|
|
• Deputat üçün özəl gün - DOSYE
Bu gün, 09:50 |
|
|
|
• Zaur Mikayılovun kadrları yeni təyinatları ilə "gül vururlar" - Qudanın tələbə yoldaşı əmisi oğluna yüksək vəzifə verib
Bu gün, 09:44 |
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
|