Gəncədə bu tibb ocağı BAZARI XATIRLADIR... - İTTİHAM VAR!
Tarix: 21-11-2022, 11:40 | Çap et
Artıq xeyli müddətdir ki, Elmira Mirzəyevanın rəhbərlik etdiyi Gəncə Psixatriya Xəstəxanasında yaşanan hoqqaların varlığı ölkə gündəmini zəbt edən əsas mövzulardan birinə çevrildiyindən, bu gün də əksər media qurumlarında bu səhiyyə müəssisəsi ilə bağlı silsilə tənqidi məqalələr tirajlanmaqdadır. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, ölkə rəhbərinin verdiyi tapşırıqlar əsasında Gəncə şəhərinin “Bağmanlar” adlanan ərazisində, yəni B. Əliyev-2 ünvanında 2020-ci ilin iyun ayında inşaası həyata keçirilən bu səhiyyə müəssisəsi, hal-hazırda Elmira Mirzəyevanın əsas gəlir mənbəyinə çevrilib. Məsələn, media üzərindən apardığımız araşdırmalardan, şəhər sakinləri arasında dolaşan söz-söhbətlərdən bəlli olur ki, Gəncə Psixatriya Xəstəxanasının baş həkimi Elmira Mirzəyeva vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan, məhz daşıdığı vəzifəsindən sui-istifadə etməyə qərar verir. Yəni, xanım Mirzəyeva bu vəzifəsinə sahibləndikdən sonra idarəçiliyini öz düşüncə tərzinə uyğun həyata keçirməyə başlayır. Belə ki, o, adı işdə olub özü iş üzü tanımayan bəzi işçilərə əmək haqları yazır və onlara çatmalı olan əmək haqqlarını mənimsəyir, hətta dövlət tərəfindən xəstələrə verilən ərzaq məhsullarını, yataq dəstlərini, ayaqqabları, suyuyucu mayeləri, geyim paltarlarını, bəzi dərmanları və s. bazarlarda, ticarət mərkəzlərində satdırır. Hətta dolaşan söz-söhbətlərə görə, baş həkim bu cür mənimsəmə əməllərini özünə bağlı olduğu bildirilən şəxslərin idarə etdikləri “VAZ-06” markalı 57-BE-836 və “Mersedes” markalı 20-DJ-856 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə yerinə yetirir. Belə bir səbəbdəndir ki, Elmira Mirzəyeva Gəncə Psixatriya Xəstəxanasına baş həkim təyin olunduğu ilk vaxtlardan başlayaraq, bu müəssisədə rüşvətxorluğa və korrupsiyaya geniş yollar açılır. Gəncə Psixatriya Xəstəxanası ilə bağlı dolaşan söz-söhbətlərdə o da qeyd olunur ki, bu səhiyyə müəssisəsi inşa olunub qurtardıqdan sonra, əslində köhnə bina Əmlak Komitəsinə (xeyli müddətdir ki, bu Komitə ləğv olunub) təhvil verilməli idi. Həmin vaxtlarda baş həkim vəzifəsini daşıyan Elmira Mirzəyeva, nəinki köhnə binanı təhvil verir, əksinə o, teztələsik köhnə binanın dam örtüklərini, su borularını, qapı və pəncərələrini, bir neçə tonluq dəmir su çənlərini, mişar daşlarını, dəmir reşotkaları, elektrik trasformatorunu və digər lazımi avadanlıqları sökdürərək satır. Deyilənlərə görə, xanım Mirzəyeva təkcə belə bir yolla xeyli məbləğdə qazanc əldə etməyi bacarır. Bundan əlavə, Elmira xanım vəzifəsini yerinə yetirməyə başladığı ilk vaxtlardan bu səhiyyə müəssisəsində ikili tabel sisteminə keçir. Yəni, birinci sənəddə gündəlik işə gəlib-gedən şəxslərin siyahısı olur, ikinci sənəddə isə ümumi xəstəxananın işçiləri, o cümlədən iş üzü tanımayanların ad və soyadları tam şəkildə yazılır. Ad və soyadları ikinci sənəddə olan işçilərin əksəriyyəti gecə növbəsinə yazılırlar ki, onlardan da bəziləri gecə növbəsində işə çıxmırlar. Əksər vaxtlarda tabel sənədlərinə həmin şəxslərin əvəzindən baş tibb bacıları qol çəkirlər. Söylənilənlərə görə Gəncə Psixatriya Xəstəxanasının baş həkimi rəhbərlik etdiyi bu sahəni bir növ “kolxoz bazarı”na çevirib. Elə ki, hansısa bir şəxs zəng edib xəstəxanada boş yerin olub-olmadığını soruşur, o halda baş həkim üstüörtülü formada olsa belə, həmin şəxsdə pulun olub-olmadığını dəqiqləşdirə bilir. Əgər həmin şəxsdən “pul iyi” gəlmirsə, həmin vaxt ona “gələn ay gələrsən” cavabını verir. Növbəti ay da başqa bir bəhanəni ortaya atır. Beləliklə həmin şəxs etdiyi telefon zənglərindən bezir və bir daha ora zəng etmir. Bundan əlavə, Psixatriya Xəstəxanasına verilən yeni ştatları baş həkimin “bazara çıxartdığı” da söylənilir. Faktdır ki, Elmira Mirzəyeva rəhbərlik etdiyi bu müəssisədə gündəlik külli miqdarda var-dövlət qazanır. Yəni, baş həkim daim “başını işlədir” və gündəlik əldə etdikləri ilə heç də kifayətlənmir. Belə ki, o, daim müştəri axtarışına çıxır və hansı şəxs xəstəlik adı altında pensiyaya çıxmaq istəyirsə, o halda həmin şəxslə “dil tapmağı” bacarır. Bir sözlə, Elmira Mirzəyeva ayrı-ayrı şəxslərdən aldığı “haqq-hesablar”ın qarşılığında, məhz həmin şəxslərə saxta əlillik dərəcəsinin müəyyən olunmasında xüsusi rola malik olur. Qeyd edək ki, həm media üzərindən apardığımız araşdırmalar zamanı, həm də Gəncə şəhər sakinləri arasında dolaşan söz-söhbətlər əsasında redaksiyamıza daxil olan bu kimi məlumatları dəqiqləşdirmək üçün, təqribən üç-dörd gün bundan öncə Elmira xanıma zəng etdik və qarşı tərəf olaraq ondan məsələlərə münasibətini öyrənmək istədik. Həmin vaxt o, ünvanladığımız suallardan heç birinə cavab vermədi. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elvin Hacıyevə ünvanladığımız suallar da cavabsız qaldı. Deməli, «balıq başdan işlənibmiş». Belə qənaətə gəldik ki, bu səhiyyə müəssisəsi baş həkiminin qol qoyduğu “qara-qura əməllər”, məhz bundan sonra daha çox ictimailəşdiriləcək, aidiyyatı dövlət qurumları baş verənlərlə bağlı daha ətraflı məlumatlandırılacaq. Mövzuya qayıdacağıq. P.S. Hörmətli oxucular! Çox yaxın vaxtlarda hər kəsi Gəncə Psixatriya Xəstəxanasında qol qoyulan türürpədici əməllərin mahiyyəti ilə də məlumatlandırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın. Geniş araşdırmamız davam edəcək.
Dəryaz.az
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Nazir ona sual verən jurnalisti “WhatsApp”da əngəllədi - AXI NİYƏ?..
Bu gün, 09:35 |
|
|
|
• İrəvandan Bakıya qarşı YENİ İTTİHAM - “Onlar Azərbaycan Xalq Cümhuriyyətinə istinadı dilə gətirirlər”
Bu gün, 09:31 |
|
|
|
• Saxtakarların meydan suladığı ünvan... - REAKSİYA
Bu gün, 09:25 |
|
|
|
• Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22 |
|
|
|
• Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18 |
|
|
|
• Tanınmış həkim vəfat edib
Bu gün, 09:15 |
|
|
|
• Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11 |
|
|
|
• "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07 |
|
|
|
• Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59 |
|
|
|
• Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57 |
|
|
|
• Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49 |
|
|
|
• Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46 |
|
|
|
• Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42 |
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
|