Acı Naxçıvan reallıqları... - İLGİNC FAKTLAR
Tarix: 7-12-2022, 08:09 | Çap et
DİA.AZ: - DİA.AZ olaraq tanınmış jurnalist Heydər Oğuzun Naxçıvanla bağlı paylaşdığı ayrı-ayrı olayları diqqətinizə təqdim edirik. Beləliklə...
***
Naxçıvandan məktublar: Zorla dəlixanaya salınan Tamilə ana Boz kardinal Azər Zeynalovu niyə qarğıyırdı? "Ali Məclisin müavini Azər Zeynalovun hal-hazırdakı imarəti inşa olunan zaman, orada yaşayan bütün insanlar başqa yerə köçürülürdü. O zaman orada yaşayan kimsəsiz qadınlar - Tamilə ana və qızları Naibə ilə Vəsilə öz dədə-baba evlərindən çıxmamaq üçün müqavimət göstərirdilər. Qızlar müəllimə işlədikləri üçün hədə-qorxulara boyun əyib öz evlərindən imtina etmək məcburiyyətində qaldılar, Tamilə ana isə evini tərk etmədi. Tamiləni dəli adı ilə dəlixanaya köçürdülər. O, ömrünün axırına qədər dəlixanada yaşamağa məcbur edildi. Şahidlərin bildirdiklərinə görə rəhmətlik Tamilə xanım ömrünün sonuna qədər Azərə qarğış edirdi, o torpaqdan xeyir görməməsi üçün Tanrıya yalvarırdı. Tamilə xanımın dualarının çin çıxması çox yaxındır".
***
Pəncov İsanın qarın ağrısı Pəncov İsanın "xan" və muxtariyyətlik uğrunda niyə canfəşanlıq etdiyinin sirri üzə çıxır. AMEA-dakı mənbələrdən aldığım məlumata görə, bu elm ocağında akademik ünvanı seçki yolu müəyyənləşdirilir. Sadəcə 5 akademikdən başqa. Həmin 5 akademik Naxçıvanın kvotasına daxildir. Yəni onları ömrünü elmi fəaliyyətə həsr edən alimlər yox, XX əsri "xıxı əsri" kimi oxumaq savadına malik olan "xan" həzrətləri seçir. Elm aləmində Pəncov İsa kimi tanınan indiki akademikbaşı Naxçıvanın kvotasına düşüb. Yəni onu da xan seçib. Əgər Naxçıvanın muxtariyyət statusu ləğv olunarsa, Pəncov İsa nəinki akademikbaşılığını, hətta sadəcə akademik adını itirə bilər. İndi bildiniz, İsa müəllimin qarnının ağrısı nə imiş?
***
Azər Zeynalovun Qara Pişiyi təəccübləndirən acgözlüyü "Vasif Talıbovun müavini Azərin həyat yoldaşı İmanova (Zeynalova) Sevda rəsmi sənədlərə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. İstedad kursları, evinin altındakı və digər obyektlər onun VÖEN-inə bağlıdır. Buna baxmayaraq xanımın adına Təhsil Nazirliyinin tərkibində Texniki Yaradıcılıq Mərkəzində tam dərs yükü iş yazılıb, guya bütün günü dərs deyir. Faktiki olaraq işə gəlmir, lakin hər ay bank kartına müftə əmək haqqı köçürülür", - deyən Qara Pişik Naxçıvanın "Boz kardinalı" Azər Zeynalovun bu acgözlüyünə elə heyrətlənib ki, gözü bərələ-bərələ qalıb. Onun fikrincə, Azər Zeynalov bu qədər mal-mülkün qarşılığında bir də həyat yoldaşına müftə əmək haqqı yazdırmaqla lap ağını çıxarıb. "Nə qədər acgöz adam olasan ki, "qırılan qoşundandır" deyir, dövlət büdcəsini dağıdasan", - deyə-deyə var-gəl edən Qara Pişik təəccübünü gizlədə bilmir.
***
Yadulla İbn Azərə niyə fərqlənmə attestatı verilib? Yəqin yadınızdadır, bir müddət əvvəl Vasif Talıbovun qardaşı olan Məhərrəmin oğlu Elnura Azərbaycan dili dərsindən iki yazdığına görə müəllimə vətən xaini elan edilib Naxçıvandan çıxarılmışdı. Qara Pişiyin dediyinə görə, Naxçıvan təhsilində bu cür qeyri-adi hadisələr ilk dəfədir baş vermir. Qeyri-adi hadisələrdən biri Azər Zeynalovun oğlu Yadullann təhsil həyatında da baş verib. "Zeynalov Yadulla 8 nömrəli məktəbi 4 qiyməti ilə bitirib. Buna baxmayaraq ona fərqlənmə attestatı verilib. Bu yeni nazir Rəhman Məmmədovun vəzifəyə təyin olunduqduqdan qısa müddət sonra Azərə jesti idi". İnsafən, "Qara Pişik" də bu mükafatlandırmada qeyri-adilik görmür. Onun fikrincə, Yadullaya bu fərqlənmə attestatı sinif yoldaşları ilə müqayisədə verilməyib: "Yadulla öz savadına və attestat qiymətinə görə həqiqətən də Məhərrəm və Vasif Talıbovların övladlarından fərqlənib. Hər halda o, Məhərrəmin gül balası kimi "2" almayıb. Fərqləndirmə də məhz buna görə aparılıb. Axı o, rəiyyət balası deyil ki, kasıb-kusub övladı ilə müqayisə edilə. Yadulla əsilzadə övladı olduğundan müqayisəsi də xanzadələrlə aparıla bilərdi və aparılıb. Rəhman müəllimi niyə qınayırsınız?".
***
Daavamı mütləq olacaq...
***
Bütün iddia olunanlarla bağlı dia-az.life olaraq adları çəkilən qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39 |
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
|