Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar .....                     Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... .....                     Tanınmış həkim vəfat edib .....                     Sevinc Osmanqızının “mikrofonçuluğu” .....                     "Düşmən ayağa baxar misalı ilə razı deyiləm" .....                     Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər .....                     Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq .....                     Fransa öz uğursuzluğu ilə barışa bilmir .....                     Əgər Paşinyan Bakıya gəlsəydi... .....                     Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir .....                     Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar .....                     Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                 

Mustafayevlərin "əlahiddə ordu" biznesi... - Yeyintilər və digər korrupsiya faktları
Tarix: 21-12-2022, 11:02 | Çap et
Mustafayevlərin "əlahiddə ordu" biznesi...
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusundan şikayətlərin ardı-arası kəsilmir. Bu hərbi birliklərdə xidmət edən əsgər və zabitlərə qədim dünyanın qulları kimi davranılması, onların təyinatlarından fərqli məqsədlər üçün istifadə edilməsi adi hal alıb. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda yaradılan quldarlıq rejiminin əsas quldarı isə “general-zadni skorost” ləqəbilə məşhuri-cahan olan Kərəm paşanın qardaşı Nemət Mustafayevdir. Hətta bu istismar elə həddə çatıb ki, Əlahiddə Ordunun əsgərləri özlərini “Nemətçik” adlandırırlar. Onlardan biri Nemətçik sözünün tərifini belə açıqlayır: “Türkiyədə əsgərə Mehmetçik deyirlər. Biz isə Mehmetçik yox, Nemətçikik. Çünki Nemət Mustafayev bizə özünün qulu kimi davranır”.

Maraqlıdır ki, Nemət Mustafayev hərbi qulluqçu belə deyil. Onun yeganə üstün məziyyəti “general-zadni skorost” ləqəbli Kərəm Mustafayevin qardaşı olmasıdır.

Bəs, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunu özlərinin kölə koloniyasına çevirməyi bacaran Mustafayevlər hərbi bizneslərindən necə və ayda nə qədər qazanırlar? Ümumqoşun Ordudan ehtiyata buraxılmış bir hərbi qulluqçunun bizə ünvanladığı şikayət məktubunda bu suala aydınlıq gətirilir. Məktubu nöqtə-vergülünə toxunmadan təqdim edirik:

“Kərəm Mustafayevin yeyintiləri haqda sizə məlumat vermək istəyirəm.

Bunu bütün Azərbaycan cəmiyyəti bilməlidir ki, o, ordunun, zabit, gizir və əsgərlərinin haqqını necə əlindən alıb vəhşicəsinə talayıb.

İlk növbədə, onun qardaşı Nemət Mustafayev haqda məlumat verim; aylıq gəliri, xidməti avtomobili, sürücüsü, tikintisi və s. barədə.

Nemət Mustafayevin hər ay nə qədər qazandığı barədə fikir sözləmək çətin məsələdir. Biz konkret rəqəm səsləndirmədən onun “biznes”inin bəzi məqamlarına işıq tutmağa çalışacağıq. Onun ayda nə qədər qazandığı barədə konkert rəqəm səsləndirməyi sizin öhdənizə buraxırıq.

Əvvəla, ondan başlayaq ki, hərbi hissələrə hər ay Azərbaycan Müdafiə Nazirliyi tərəfindən ofis ləvazimatlarının alınması üçün maliyyə vəsaiti ayrılır. Böyük hərbi hissələrə 3000 manat, bəlkə də daha çox, kiçik hərbi hissələrə isə 1500-2000 manat arası. Naxçıvanda bu vəsaitə hərbi hissələrin toxunmaq ixtiyarı yoxdur, çünki o pullar Nemət müəllimə çatmalıdır. Bir bölükdə təxminən 40-dan çox qeydiyyat, sənədləşmə üçün dəftər, kitablar hazırlanır və bunlar hər həftə mütəmadi yoxlanılır. Lakin bu sənədlərin hazırlanmasına bölmələrə ayrılan vəsaitlər mənimsənildiyi üçün hərbi qulluqçular məcbur qalıb öz məvacibləri hesabına hazırlamalı olurlar.

Yoxlamalarda nöqsan yaranarsa, həmin bölmə komandirləri ən ağır şəkildə cəzalandırılır, adi nöqtə-vergül səhvinə görə çox ciddi cəzalar alırlar. Eks nazir Səfər Əbiyevin dövründə bu məsələ tam qaydasına salınmışdı. Ofis ləvazimatlarına ayrılan maliyyə vəsaiti Nazirlik tərəfindən dayandırılmış və hərbi qulluqçulardan sifariş əsasında ofis ləvazimatları ilə təmin olunmaqları haqda raportla müraciət etmələri təmin olunmuşdu. Yazılan bu sifarişlər birbaşa Müdafiə Nazirliyinə göndərildiyindən heç kim müdaxilə edə bilmirdi. Həmin aylarda (ay yazıram çünki çox çəkmədi) hərbi qulluqçular öz bölmələrinə lazım olan adi qələmdən tutmuş qeydiyyat kitabına kimi sifariş əsasında tam təmin olunurdular. Nə hikmətdirsə, təzə nazir təyin olunduqdan sonra bu qayda yenə əvvəlki vəziyyətə qayıtdı və məbləğ daha da artırıldı. 5-ci Ordu Korpusu ləğv olunub yerində Əlahiddə Ümumqoşun Ordu yarandıqdan sonra, təbii ki, hərbi hissələrin sayı da artdığı üçün bu məbləğ dörd qat artdı.

Nemət Mustafayevin təkcə taladığı kargüzarlıq pulları da deyil. Hərbi hissələrdə tikinti, bərpa işlərində işlətdiyi söküntü materialları yeni adı ilə sənədləşdirir, fantastik məbləğdə qiymətləndirməklə dövlət büdcəsindən ayrılan vəsaiti mənimsəyir. Buna misal olaraq əsgərlərin istirahəti üçün nəzərdə tutulan, 10 metr diametrli, heç 1000 manat xərc çəkilməyən balaca bir çardağı (besetka) 16 min manata dəyərləndirərək artıq qalan vəsait həzmi rabedən keçirilir. Əlbəttə, bu çardaq dəryada bir qum dənəsidir. Neçə illərdir hərbi hissələrdə təmir, bərpa və quruculuq işlərində milyardlarla dövlət vəsaiti bu yollarla qanunsuz olaraq mənimsənilib.

MAHHXHQ çavuş və əsgərlər, müddətli hərbi qulluqçular qul kimi istismar edilir. Təbii ki, bu yeyinti sayəsində də külli miqdarda qanunsuz gəlir əldə edilir. Bu qədər gəliri olduğu halda, Nemət Mustafayev təvazökarlıq edib xidməti avtomobilinə yanacaq almağı da özünə rəva bilmir, onu da dövlətdən oğurlayır. Hətta onun sürücüsü də maaşını ordudan alır. Tərbiyəsiz söyüşləri ilə məhşur olan Nemət Mustafayevin fəaliyyəti araşdırılarsa, Azərbaycan Ordusuna milyardlarla manat zərər vurduğu aşkarlanacaq.

İndi isə gələk Kərəm Mustafayevə.

44 günlük Vətən Müharibəsi dövründə hərbi hissələrdə döyüşə hazırlaşan şəxsi heyəti də Kərəm Mustafayev özündən küsdürmüş və döyüşə yola salmışdır. Belə ki, hərbi hissələrdə özünün çayçı və mağazaları var. Müharibə başlayanda tapşırıq vermişdi ki, nisyələr dayandırılsın, hərbi qulluqçular ancaq nəğd alver etməlidir. Səbəbi açıq-aşkar məlum idi. Uzaqgörən Kərəm bilirdi ki, döyüşə gedib şəhid olmaq ehtimalı var və nisyə satdığı malların pulu bata bilir. Buna görə də bu addımı atmış və nisyəni dayandırmışdı. Hərbi qulluqçular döyüşə hazırlaşırdılar, ağır təlimlərdən, dərslərdən, isti havada qan tər içində mağazaya gəlir və pulları olmadığından sərin su belə ala bilmirdilər. Başqa da variantları yox idi, çünki poliqonda olurdular və heç yerə buraxılmırdılar.

Poliqonlardakı mağazalara da ancaq Kərəm Mustafayevin adamları nəzarət edirdi. Qadağan olunan ərazi olduğundan heç nə buraxılmırdı əraziyə.

Həmin hərbiçilərdən bir çoxu şəhid oldu. Düzdü sonradan öz səhvini başa düşüb Şəhid və Qazi olan hərbiçilərin borclarını bağladı, ancaq o gənclər haqsızlığa uğramış halda küskün şəhid oldular. Bu səxavət onlar sağ ikən edilməli idi, çünki dəqiq bilinirdi ki, həmin əsgərlər ölümə gedirlər. Haqqında danışdığım mağazalara da gətirilən mallar həm keyfiyyətsiz, həm də ucuz alınıb üzərinə iki qat məbləğ qoyularaq satılırdı.

Hərbi hissələrdə gündəlik cədvəl olur. Həmin gündəlik cədvəldə 1 gün ərzində ezamiyyətə, məzuniyyətə, hospitala, təsərrüfat işinə gedən şəxsi heyət çıxılır və yerdə qalan bütün şəxsi heyət qazan təminatına salınır. Qazan təminatına salınan şəxsi heyətin sayına da əsgər yeməkxanasında səhər, nahar və şam yeməyinin hazırlanması üçün ərzaq anbarından qida məhsulları çıxarılır. Bura qədər hər şey qanunidir. Gələk bundan sonrakı yeyinti prosesinə.

Məsələn: (saylar nisbidir, real rəqəmlər əlbəttə daha çoxdur) 1000 nəfər şəxsi heyət üçün anbardan çıxan ərzaq yeməkxanaya girəndə olur 100 nəfər üçün. Sual yaranır, niyə? Çünki, siyahıya salınan hərbi qulluqçuların hamısı orda yemək yemirlər. Sadəcə həmin 100 nəfər, çağırışla müddətli hərbi xidmət keçən əsgərlər və naryadda olan hərbi qulluqçulardır ki, yeməkxanada yemək yeyə bilirlər. Siyahıya salınan digər 900 nəfər isə evdə yemək yeyir, hətta yeməkxanaya da buraxılmırlar.

Siyahıya uyğun ayrılan 900 nəfərlik yemək Kərəm Mustafayevin hərbi hissələrdə fəaliyyət göstərən zabit yeməkxanalarına yollanaraq orada öz halal yeməyini yeyən hərbi qulluqçulara 4 qat baha qiymətə satılır

Kərəm Mustafayevin özü və fəaliyyəti barədə şok məlumatlar mütəmadi olaraq sizə çatdırılacaq”.
//ovqat.com//








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycan QHT təmsilçiləri ABŞ konqresmeninin göstərişi ilə şiddətə məruz qaldılar - ŞOK BƏYANAT
Bu gün, 09:22
Antiazərbaycan və antitürk ritorikası ilə çıxış edən siyasətçilər... - Azərbaycanın düz işinə də əyri baxırlar
Bu gün, 09:18
Tanınmış həkim vəfat edib
Bu gün, 09:15
Sevinc Osmanqızının “mikrofonçuluğu” - BU NƏDİ BELƏ?
Bu gün, 09:11
"Düşmən ayağa baxar misalı ilə razı deyiləm" - FOTO
Bu gün, 09:07
Bu universitetin tələbələri təqaüdlərini ala bilmirlər - AÇIQLAMA
Bu gün, 08:59
Ukraynadakı münaqişə danışıqlar yolu ilə həll olunacaq - Pentaqon rəhbəri
Bu gün, 08:57
Fransa öz uğursuzluğu ilə barışa bilmir - FAKT BUDUR!
Bu gün, 08:49
Əgər Paşinyan Bakıya gəlsəydi... - Cəsarət çatışmazlığı
Bu gün, 08:46
Yevangelistlər iki kritik ölkə üzərindən dünyanı dəyişir - Böyük plan işə düşüb
Bu gün, 08:42
Kremlin Ermənistana pulsuz göndərdiyi silahlar – Şarmazanov
Bu gün, 08:39
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru