"Təzə kassa adı altında işlənmiş kassa satıblar..." - Xanım sahibkar GİLEY EDİR...
Tarix: 30-12-2022, 10:46 |
Çap et
DİA.AZ: - "Şikayətim yeni nəsil kassa aparatlarının satışı və təmiri ilə məşğul olan "Azsmart" şirkətindəndir". DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Sevda Məmmədova adlı sahibkar qadın giley edir.
Daha sonra narazı vətəndaş yazır: "İlk öncə bu şirkət bizim dükana təzə kassa adı altında işlənmiş kassa satıb. Kassa 2 aydan bir xarab olur. Hər dəfə təmiri ilə bağlı müraciət edəndə 10 gündən çox çəkir onların kassanı təmir etməyi.
Artıq dörd gündür kassa işləmir mən hər gün zəng edirəm və eyni sözü eşidirəm əməkdaşımız bu gün yaxınlaşacaq.
Bu əməkdaş görəsən nə zaman təşrif buyuracaq? Çox bərbad məsuliyyətsiz işləyən bir şirkətdir. Və belə işləri müqabilində hələ servis haqqı da ödəyir istifadəçilər hər ay. Və cavan insanlardı oturub orda əsnəyirlər bütün günü..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...