Məni Anar Kərimov bura qayda-qanun yaratmağa göndərib... - Ağcabədidə nə baş verir?
Tarix: 31-01-2023, 11:15 | Çap et
Uzun illər Laçın rayon Şamkənd uşaq musiqi məktəbinin müəlliməsi Qiymət Əhmədovaya hədə-qorxu gəlinərək vəzifəsindən kənarlaşdırılıb.
DİA.AZ bildirir ki, bu barədə Qaynarinfo-ya onun həyat yoldaşı Ələsgər Qasımov məlumat verib. Ələsgər Qasımov həyat yoldaşı Qiymət Əhmədovanın 2003-cü ildən 2021-ci ilədək Laçın rayon Şamkənd kənd uşaq musiqi məktəbində musiqi müəlliməsi işlədiyini qeyd edib:
"Həmin məktəbin direktoru həyat yoldaşımı çağıraraq bildirib ki, Ağcabədi Regional Mədəniyyət İdarəsinin yeni rəisi Qalib Həsənov səninlə bağlamış olduğum 29 sentyabr 2021-ci il tarixli 1 illik əmək müqaviləsini pozmağımı və 20 oktyabr 2021-ci il tarixdən etibarən səni işdən azad etməyimi təkid edir. Əks halda onun özünü direktorluqdan azad etməklə hədələyib. Ertəsi gün həyat yoldaşımla birgə Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi Qalib Həsənovla görüşüb bu barədə söhbət etdik. Həyat yoldaşımın müəllimlik fəaliyyətini davam etdirməsi üçün rəisin maddi marağı isə həm təəccübümüzə, həm də narazılığımıza səbəb oldu. Digər tərəfdən bizim maddi durumumuz da bu tələbi yerinə yetirməyə imkan vermirdi”.
Ələsgər Qasımov ikinci dəfə həyat yoldaşıyla 20.10.2021-ci il tarixdə Q.Həsənovun qəbulunda olublar:
"Qəbula gələcəyimizdən xəbərdar olan Q.Həsənov özünə tabe olan beş-altı nəfər işçisi və mühavizə polisi ilə bizi qəbul etdi. Biz anladıq ki, məzhəkə qabiliyyətli bu şəxsin fikri mənə və həyat yoldaşıma polis vasitəsi ilə hədə-qorxu gəlmək və saxta aktlaşdırma tətbiq etməkdir. Buna baxmayaraq, həyat yoldaşım onunla bağlanmış əmək müqaviləsinə qeyri-qanuni olaraq xitam verilməsini xatırlatdı və öz işinə qaytarılmasını xahiş etdi. Bunun qarşılığında oturduğu kreslonu ata mirası hesab edən bu şəxs "bu dəqiqə səni bayıra atdıracam, dur çıx çölə” hədələri ilə həyat yoldaşımın üstünə qışqıraraq əlavə etdi ki, "məni mədəniyyət naziri Anar Kərimov bura qayda-qanun yaratmağa göndərib. 80 nəfər müəllimi işdən çıxartmışam. Sənin işdən çıxma əmrini bu gün verdirəcəyəm. Mənim heç kimdən qorxum yoxdur”.
Ələsgər Qasımov iddia edir ki, Qalib Həsənovun göstərişi ilə işdən çıxarılan 80 nəfərdən çox müəllimin dərs saatları musiqi məktəblərində işləyən müəllimlərə pul müqabilində paylanılır:
"Açıq-aydın görünür ki, burada əsas məqsəd kapital yığmaqdır. Həmin vaxt iki ay idi ki, Q.Həsənov vəzifəyə təyin olmuşdu. Vətəndaşı dinləmək əvəzinə içəridəki polisə göstəriş verdi ki, bunu at bayıra. Polis isə qeyri-etik formada həyat yoldaşımın qolundan tutub itələyə-itələyə bayıra çıxartdı. Artıq həyat yoldaşım fiziki təziqlərə məruz qaldığı üçün əsəb və ürək xəstəliyi tapıb. Çox maraqlıdır, Q.Həsənovun mədəniyyət sahəsində hansı fəaliyyəti və hansı titulları olub ki, belə bir vəzifəyə gətirilib? Macarıstanda yarıtmaaz fəaliyyətinə görə vəzifədən uzaqlaşdırılan bu şəxsin Ağcabədi Regional Mədəniyyət İdarəsində uğur qazanacağı real görünmürdü. Hərbi xidməti borcunu belə yerinə yetirməyən fərarinin dövlət qulluğunda vəzifə tutması olduqca təəccüblüdür”.
Şikayətçi yazır ki, Q.Həsənovun saxtakarlığının bir nümunəsi də həyat yoldaşı Qiymət Əhmədovanın işdən çıxarılması ilə bağlı 01.10.2021-ci il tarixli, 129 nömrəli əmrin tarixindədir:
"O, 22 oktyabr 2021-ci il tarixədək Şamkənd kənd uşaq musiqi məktəbinə dərs dediyi halda Q.Həsənov onun işdən çıxma əmrini 22 gün geri tarixə, yəni 01 oktyabr 2021-ci il tarixinə verdirib. Xatırladım ki, Q.Həsənov özünə tabe olan işçilərin çoxunu, o cümlədən xidməti maşınının sürücüsünü – 44 günlük Vətən müharibəsi qazisini də bezdirərək ərizəsini alıb işdən azad edib. Əvəzində öz yaxın qohumunu sürücü kimi işə götürüb. İdarənin polisi öz qohumu, rəisin müavini tələbə yoldaşı, idarənin baş mühasibi həmyelisi və s. - yazmaqla bizməz”.
Məktub sahibi yazır ki, Adil Kərimlinin mədəniyyət nazirinin birinci müavini təyin edilməsi və ona nazir səlahiyyətinin verilməsi bölgələrdəki mədəniyyət işçilərinini çox sevindirib:
"Ancaq Qalib Həsənov vəzifədə qalması, qanun pozuntularını davam etdirməsi üçün Adil Kərimlinin üstünə minnətçilər göndərmək üçün yollar axtarır. Bizdə olan məlumata görə, bu məqsədlə Ağcabədi rayonundan millət vəkili seçilmiş Tahir Rzayevi, Şəmkir rayon polis rəisi olan qardaşı Elnur Həsənovu və sabiq icra başçısı olan atası Şamil Həsənovu hərəkətə keçirib Q.Həsənov. Çox güman ki, yığdığı var-dövlət müqabilində öz işində qalması üçün əlindən gələni etməyə çalışacaq. İndiyədək Nazirliyə ünvanladığımız məktubların araşdırılmasını şikayət etdiyimiz Q.Həsənovun üstünə göndərirlər. Lazımı tədbir görmək əvəzinə şikayət məktublarımızın Q.Həsənova ünvanlanması onun nazirlikdəki havadarları ilə birgə dırnağarası "fəaliyyətinin" nəticəsidir. Q.Həsənovun rəhbərlik etdiyi Regional İdərədə ədalətli yoxlamalar aparılsa, ciddi maliyyə fırıldaqçılığı üzə çıxacaq”. Ələsgər Qasımov qeyd edib ki, sabiq mədəniyyət naziri Anar Kərimov 26 may 2022-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində vətəndaşlarla qəbul keçirərkən ona olanları yazılı şəkildə bildirib:
"Bundan əlavə, Qalib Həsənov digər musiqi məktəbləri ilə yanaşı Şamkənd kənd uşaq musiqi məktəbinin müəllimlərindən on min manat pul yığdırıb. Bununla bağlı heç bir tədbir görülmədi. Ətraflı araşdırılsa, Ağdam, Ağcabədi və Laçın rayon musiqi məktəblərindən hər ay külli miqdarda hesab alındığı faktlarla hər kəsə bəlli olacaq. Bunun bariz nümunəsi kimi Laçın rayon Şəlvə kənd musiqi məktəbini də göstərmək olar. 30 nəfərdən ibarət müəllim kollektivi məktəbdə Q.Həsənovun göstərişi ilə rüşvət yığılması ilə bağlı cənab Prezident İlham Əliyevə şikayət ərzəsi ilə müraciət etmələri və kollektiv şəkildə Mədəniyyət Nazirliyinə şikayət etmələri barədə məlumatlar KİV-də yayılıb. Mən və həyat yoldaşım 1 il 2 aydır ki, bütün dövlət orqanlarına, məhkəmələrə müraciət etsək də, Q.Həsənov aldığı rüşvətlər hesabına çirkin əməllərini ört-bastır etməyi asanlıqla bacarır. Haqq-ədaləti pul müqabilində tapdamaq Q.Həsənovun ustalıqla bacardığı işdir”.
Ələsgər Qasımov Mədəniyyət Nazirliyində Qalib Həsənovun yaxın adamlarının olmasına baxmayaraq, mədəniyyət naziri cənab Adil Kərimli baş vermiş nöqsanları araşdımasına və bununla bağlı müvafiq qərar verəcəyinə inanır.
Məsələ ilə əlaqədar Mədəniyyət Nazirliyinə müraciət ünvanladıq. Bir həftədən çox keçsə də, vəd olunan cavabı ala bilmədik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|