Dövlət Komitəsi ŞƏHƏRİ BELƏ SALIR? - GİLEY
Tarix: 28-02-2023, 12:10 |
Çap et
Bakının mərkəzində qədim 2 mərtəbəli binada 3-cü mərtəbnin əlavə edilməsi, balkonlar tikilməsi barədə yazmışdıq. Binanın özülü qazılaraq zirzəmidə genişləndirmə işləri aparılıb, səkilər tutularaq "obyekt"lər genişləndirilib. Bütün bunlar:
1-cisi: binaların konstruksiyasına qanunsuz müdaxilə sayılır və əsasda bu binaların zəlzələlərə dayanıqlığını azaldır.
2-cisi: videodada gördüyünüz kimi piyada səkiləri olmadığından vətəndaşlar maşın yolu ilə hərəkət edirlər və bu həm sürücülərə, həmdə piyadalara təhlükə yaradır.
3-cüsü: yeni əlavə edilən balkon isə qonşuların evinə gün işığının düşməsini əngəlləyir və əsasda fors major vəziyyətdə (yanğın) yanğınsöndürən maşınların keçidinə mane olacaq.
Burada əsas olaraq yaşayış binsaının özülünün qazılması, habelə artırılan inşaat işləri hesabına piyadaların da həyatının təhlükəyə atılması faktları ortadadır ki, rəsmilər buna cavab verməlidir.
Məsələ ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq... //teref.az//
VƏTƏNDAŞIN ÇƏKDİYİ VİDEO: https://www.youtube.com/shorts/9a4TBDiU0pw