`Birlink`in sayəsində bütün nanotexnologiyaya nifrət edirsən... - "Rəşid müəllimin hər pasiyentə "sarımsaq yeyin, düzələcək" deyən kimi..."
Tarix: 25-03-2023, 16:27 |
Çap et
DİA.AZ: - "Azərbaycanda analoqu olmayan internet provayderi barədə yazmaq istəyirəm... Deməli, aylardır "Birlink" internet provayderində tez-tez problemlər yaşanır..." DİA.AZ bildirir ki, bu barədə "Müştərinin Səsi" sosial qrupundakı paylaşımında Ramazan Hacıoğlu adlı istifadəçi giley edir.
Daha sonra narazı vətəndaş yazır: "Dəfələrlə "qaynar xətt"lərinə zəng etmişəm "sistemdən düzəliş verdik" deyib yola verirlər. Bundan 2 gün əvvəl İnternetdə problem daha da çoxaldı... internet gəlib-gedirdi. Adicə "whatsapp"dan gələn səsli sms-i belə açmırdı... set zəif idi.
Zəng elədim "qaynar xətt"lərinə... Bir operator xanım götürdü... dedi ki, "gözləyin, yoxlanış edim".
15 dəqiqə çəkdi... gözlətdilər... bir cavab vermədilər...
Bezib söndürdüm... yenə zəng elədim... Başqa bir operator götürdü, dedi, "gözləyin, sistemə baxaq... problem nədən yaranıb" deyə. "Birlinkin işçiləri də çox hörmətli tibb elmləri namizədi Rəşid müəllimin hər pasiyentə "sarımsaq yeyin, düzələcək" deyən kimi... "modemi söndürün, yandırın... düzələcək" dedilər... Yenə də düzəlmədi.
Rəşid müəllim ürəkdi...
Kiməsə məsləhət görmürəm "Birlink" provayderindən istifadə etməyi..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...