Naxçıvanda YEYİNTİ: Faktlar bir-bir ÜZƏ ÇIXIR... - Təkcə bir kənddə...
Tarix: 27-03-2023, 08:26 |
Çap et
DİA.AZ: - Keçən günlərdə Naxçıvan Muxtar Respublikasında subsidiyaların yerli məmurlar tərəfindən DƏDƏ MALI kimi mənimsənilməsi ilə bağlı ilginc faktkları və rəsmi məlumatları diqqətinizə çatdırmışdıq.
ƏLAQƏDAR YAZI: Azər Zeynalov arının balını yox, pulunu yeyib: Vasif xanla bərabər - İkitərəfli yeznə-qayın səltənəti...
Bununla bağlı dia-az.life olaraq yeni məlumatlar əldə etmişik. Yenə də söhbət MR-də arıçılığın inkişafına ayrılan vəsaitə əl qoyulmasından gedir...
Bununla bağlı məlumatı açıqlayan mənbə bildirir: "Badamlı kəndinin bələdiyyə sədrinin adına 800 arı yeşiyi yazılıb və hər il 8 min manat subsidiya mənimsənilib. Dövlətin büdcə vəsaitinin təkcə Naxçıvanın bir kəndində bu şəkildə talan olunmasına isə yerli məmurlar açıq şəkildə göz yumublar, realda isə şərait yaradıblar.
Məslənin inandırıcı deyil ki, Badamlı bələdiyyəsinin sədrinin bu yeyintidən xəbəri belə olmasın. Xəbəri olmamaq bir yana, birbaşa iştirakı var..."
Məsələ ilə bağlı dia-az.life olaraq bütün aidiyyatı qurum və şəxsləri dinləməyə hazırıq...