Sabunçudakı HƏBSLƏRİN DAVAMI OLACAQMI? - Qaracayevlər NƏMƏNƏ İMİŞ...
Tarix: 28-03-2023, 16:22 | Çap et
Yazıya giriş olaraq onu qeyd edək ki, 2021-ci ilin sonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Sabunçu rayon idarəsinin rəisi Rövşən Babayev, Pərvanə Rəhimova, Məmməd Mövsümzadə, Yaşar Hüseynov və Heyran Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi olmuşdu. Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq-əməliyyat tədbirləri ilə 2016-2019-cu illər ərzində qeyd edilən vəzifədə işləyərkən Rövşən Babayevin həmin idarənin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin baş zabiti vəzifəsində işləmiş Yaşar Hüseynov, habelə Bakı şəhəri 3 nömrəli Sabunçu Şəhər Klinik Xəstəxanasının tibb işçiləri və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 nəfər çağırışçının hərbi xidmətə cəlb edilməməsi üçün ümumilikdə onlardan 22 min 800 manat pulu rüşvət qismində tələb edib almasına əsaslı şübhələr müəyyən edilib. İş üzrə toplanan kifayət qədər sübutlar əsasında Rövşən Babayev, Yaşar Hüseynov və başqalarına Cinayət Məcəlləsinin 311.3.1 (rüşvət alma- qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 311.3.2 (rüşvət alma- təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Hərbi Cinayətlər Məhkəməsinə göndərilib.... Fikir verdinizmi, söhbət təkcə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu idarəsindən getmir....həm də cinayət işində Bakı şəhəri 3 nömrəli Sabunçu Klinik Xəstəxanasının tibb işçilərinin adı hallanır... İnid isə gəlin, lap son günlərin xəbərinə nəzər salaq. Bir neçə gün öncə yayılan “Rüşvət alan vəzifəli şəxslər cinayət başında yaxalandı” rəsmi xəbərdən bəlli olur ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin vəzifəli şəxsləri vətəndaşlardan rüşvət alarkən cinayət başında yaxalanıb. Bildirilib ki, qeyd olunan qurumun rəis müavini - Səfərbərlik şöbəsinin rəisi, Zəngilanın keçmiş Səfərbərlik İdarəsinin rəisi, Zəngilanlılara bir bardam pul ataraq, qaçan Adil Hüseynovun saxta tibbi rəy əsasında hərbi xidmətə yararsızlıq müddətinin 3 il müddətinə uzadılması, həmin idarənin Sabunçu Rayon İdarəsinin Həqiqi hərbi xidmətə çağırış şöbəsinin rəisi Toğrul İsgəndərovun isə həqiqi hərbi xidmətə cəlb olunmama müqabilində rüşvət almasına əsaslı şübhələr müəyyən edilib. Həmin vəzifəli şəxslərin üzərində və xidməti otaqlarında axtarış aparılan zaman iş üzrə əhəmiyyət kəsb edən sübutlar aşkar edilərək götürülüb. Baş İdarədə başlanmış cinayət işi üzrə Adil Hüseynov və Toğrul İsgəndərov Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilib. Rəsmi məlumata görə, hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir. Fikir verdinizmi, 2021-ci ildə və bir neçə gün öncə, yəni 2023-cü ildə qaldırılan cinayət işlərində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsi ilə bərabər 3 saylı Sabunçu Klinik Xəstəxanasının adı keçir. Əslində belə də olmalıdır. Hərbi xidmətdən yayınmaq üçün saxta sağlamlıq arayışını axı, “voyenkom” vermir, bunu xəstəxana, həkimlər verir. Bəli, tam məsuliyyətlə demək lazımdır ki, 3 saylı Sabunçu Xəstəxanası neçə ildir ki, hərbi xidmətdən yayınmaq üçün, pensiya, əlilik üçün saxta sağlamlıq arayışları satmaqla məşğuldur. Bütün bu cinayət əməllərinin başında isə 3 saylı Sabunçu Tibbi Mərkəzini ailə biznesinə çevirən İlqar Qaracayev dayanır. Bəli, İlqar Qaracayev və yaxınları olan Kazım Qaracayev, Heyran Quliyeva və başqaları 3 saylı xəstəxananı və Tibbi Mərkəzi, sözün həqiqi mənasında bazara çeviriblər. Təsəvvür edirsiniz, Bakının 12 rayonunda hərbi komissarlara, ümumiyyətlə, kiməsə saxta sağlamlıq arayışı lazım olursa, anındaca İqar Qaracayevə müraciət edərək, haqq-hesabını verib saxta sağlamlıq arayışları alırlar. Bir soruşan yoxdur ki, niyə bu saxta arayışları başqa rayonların tibb mərkəzlərindən almırlar, mütləq 3 saylıya üz tuturlar..? Daha aydın şəkildə desək, kimsə hərbi xidmətdən yayınmaq istəyirsə, İlqar Qaracayevə və onun mərkəzdəki qohum-əqrəbasına müraciət edir. Yaxud kiməsə narkotik testi-arayışı lazımdırsa, mütləq İlqar doktoru axtarır. Hətta saxta yolla özünə pensiya, əlillik kağızı düzəltmək istəyənlər də İlqar Qaracayevlə dil tapır, işlərini həll edirlər. Bir sözlə, İlqar Qaracayev, Kazım Qaracayev, Heyran Quliyeva və onların yaxın çevrəsi xəstəxanada əməlli-başlı rüşvət-korrupsiya maşınını işə salıblar. Hələ bu harasıdır..? Əgər mərkəzdə ciddi yoxlama aparılsa, İlqar Qaracayevin və onun qohum-əqrəbasının həbsi qaçılmaz olacaq. Sözümüzün canı odur ki, hər iki cinayət işində “voyenkom”lar həbs olunur, ancaq saxta tibbi arayışları satan İlqar Qaracayev və onun komandası sudan quru çıxır. Yuxarıda qeyd etdiyimiz rəsmi xəbərdə 3 saylı xəstəxananın əməkdaşı Heyran Quliyevanın adı keçir. 2021-ci ildə Heyran Quliyeva şərti cəza ilə canını qurtara bilib, amma bu dəfə çətin olacaq. Bəli, bir neçə gün öncə baş verən həbs əməliyyatı İlqar Qaracayev üçün asan olmayacaq. Axı, bütün bu saxta sağlamlıq arayışlarını İlqar Qaracayevin adamları satıb. Hətta məlumata görə, Heyran Quliyeva İlqar Qaracayevə deyib ki, sən kişisən, həbs oluna bilərsən, amma mən qadınam və üstəlik üstümdə şərti iş var... Bəli, 2019-cu ildə açılan cinayət işinə görə, Heyran Quliyevanın üzərində hələ də şərti cəza var. Sözün qısası, İlqar Qaracayev və onun arayış satan şəbəkəsi yaxın zamanda həbs oluna bilər... P.S. Əldə etdiyimiz məlumata görə, Binəqədi Rayon Hərbi Komissarlığında da vəziyyət ürəkaçan deyil. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02 |
|
|
|
• Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45 |
|
|
|
• “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02 |
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19 |
|
|
|
|