Həbsdəki MTN generalından Prezidentə sensasion müraciət - ELDAR MAHMUDOV VƏ ZAKİR QARALOV HƏLƏ DƏ AZADLIQDADIR
Tarix: 4-04-2023, 11:42 |
Çap et
Hazırda 9 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin sabiq rəisi Elçin Quliyev Prezidentə müracit edib.
DİA.AZ-ın Gununsesi.info-ya istinadən xəbərinə görə, sabiq ATM rəisi ölkə başçısına müraciətində törətdiyi cinayətlərlə bağlı bir sıra etiraflarda bulunub.
“Əgər mənim fəaliyyətim cinayət idisə, biz mütəşəkkil birlik kimi fəaliyyət göstərmişik. Mütəşəkkil dəstə kimi yox. Ona görə ki, Mətləb Mustafayevin (Sonradan bəraət alıb-red) həbs olunmasını Eldar Mahmudov mənim yanımda Baş Prokuror Zakir Qaralova zəng edərək razılaşdırıb. Eldar Mahmudov Zakir Qaralova deyib ki, belə bir tədbir keçirəcəkdir. Bu gün bizi cinayətlərə sürükləyən bu şəxslər azadlıqdadır. Amma bir neçə ildir ki, mən həbs həyatı yaşayıram”.
Qeyd edək ki, Mətləb Mustafayev MTN tərəfindən qanunsuz silah saxlama ittihamı ilə həbs olunsa da sonradan bəraət aldı.
Onun MTN-də Şöbə rəisi işləyən qardaşı Malik Mustafayev isə 30 il xidmət etdiyi bir qurumun etdiyi bu qanunsuzluğa dözməyərək, inithar etdi.
Elçin Quliyev prezidentə müraciətində ona rəhm etməsini, azadlığa buraxmasını xahiş edib.