Bir müddət öncə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şirnalıyev Məhərrəm Ramiz oğlu “Dünyanınsəsi.Az” saytına açıqlama verərək bildirmişdir ki, icra sənədi üzrə borclu ,15.02.1992-ci il təvəllüdlü,Əbilov Ilyar Umudvar oğlunun ölkədən getmək hüququ məhdudlaşdırılması haqqında 02.20121-ci il tarixdə Kürdəmir rayon Məhkəməsi tərəfindən qərardad qəbul edilib. Buna baxmayaraq tərəfimizdən kürdəmir Rayon Polis Şöbəsinə rayonun Pirili kənd sakini İlyar Əbilovun mülki öhdəliyindən yayındığı üçün saxlanılması istiqamətində axtarış işinin başlanılması barədə müraciət də etmişik. Əfsuslar olsun ki, polis bu borclunu tapa bilmir.
Xəbər portalında sözügedən məsələ ictimailəşən kimi Kürdəmir Rayon Polis Şöbəsinin keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin şəxsi 2022-ci ilin mart ayının 17-də saxlanılaraq aidiyyəti üzrə İcra və Probasiya Şöbəsinə təhvil verildi. İcra məmuru isə bizim əməkdaşla söhbətində bildirmişdir ki, polis onu tutsa müvafiq tədbir görüb ya almenti ödətdirəcəm ya da ki, şəxsin məsuliyyətə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verəcəm. Bəs, hörmətli M.Şirnalıyev 3 ildir 7200 manat ödəməli olan borclu barəsində İstintaq İdarəsinə təqdimat verdinizmi? Onu da qeyd edək ki, aliment ödəməyən şəxsin borcu əhəmiyətli dərəcədə olduqda (adətən 1000 manatdan yuxarı) icra məmuru onun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında məhkəməyə müraciət edə bilər və nəticədə məhkəmə borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edə bilər.
Yekunda əgər bütün məcburi icra tədbirləri fayda verməzsə, aliment ödəməli olan şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə şəxsin məsuliyyətə cəlb edilməsi haqqında Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilir.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 306.1 maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməyə görə şəxs aşağıda göstərilmiş formalarda məsuliyyətə cəlb edilə və cəzalandırıla bilər:
1) 2000 manatdan 4000 manatadək miqdarda cərimə
2) 320 saatdan 480 saatadək ictimai işlər
3) 2 ilədək müddətə islah işləri
4) 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması
5) 3 ilədək müddətə azadlıqdan məhrumetmə
Daşkəsən rayonu Əmirvar kəndində daimi yaşayan və qeydiyyatda olan, hazırda Gəncə şəhəri Avtozavod qəsəbəsində müvvəqəti yaşayan Əbilova lamiyyə Raqib qızı 4-cü ildir ki, iki azyaşlı körpəyə məhkəmə tərəfindən sabit kəsilmiş olan hər aya 200 manatı ala bilməyib. Məhz buna görədə məcburiyyət qarşısında qalan Ana mətbuat vasitəsi ilə Ədliyyə Naziri Fikrət Məmmədova üz tutaraq çıxarılmış olan məhkəmə qərarının icra edilməsi üçün aidiyyatı üzrə göstəriş verməsini xahiş edir.