Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa… - İLGİNC FAKTLAR
Tarix: 18-04-2023, 16:35 | Çap et
Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 2020-ci ilin martın 14-də başda Ekologiya və Təbii Sərvətlər Nazirliyi Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru olmaqla bir qrup işçisinin həbs olunması geniş ictimaiyyət arasında böyük rezonans doğurmuşdu. Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin tabeliyindəki meşələrin kütləvi şəkildə qırılması faktı ilə başlanılmış cinayət işinin istintaqı başa çatdıqdan sonra təqsirləndirilənlər Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən 2021-ci ilin avqustun 30-da gecə saat 22-00 radələrində geniş ictimaiyyətə açıqlanmadan məhkəmə zalından azadlığa buraxılmışdı.

Xatırladaq ki, 14 mart 2020-ci ildə həbs olunmuş Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və onun rəhbərlik etdiyi mütəşəkkil dəstə üzvlərinin, mərkəzin baş mühasibi Sirac Kərimov, baş meşəbəyi İlqar Cəlalov, həmçinin idarənin məsul əməkdaşları Eyvaz Əliyev və Bakıxan Seyidəliyevin törətdikləri cinayət işləri üzrə Cinayət Məcəlləsinin 259.3-cü (qanunsuz ağac kəsmə), 308-ci (vəzifə səlahiyyətlərini aşma), 314-cü ( səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməs) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri üzrə təqsirli bilinmişlər.

Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…
Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…
Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…

Qeyd edək ki, son dövrlər CM-nin yuxarıda göstərdiyimiz maddələri ilə həbs olunmuş dövlət məmurları çox olublar. Bəli, dövlət məmurlarının hamısı Cinayət Məcəlləsinin demək olar, eyni maddələri ilə ittiham olunsalar da, yəni hamısı vəzifə səlahiyyətlərini aşaraq külli miqdarda dövlət vəsaitlərini mənimsəsələr də bunlardan yalnız İlqar Qəribov və dəstəsi azdlığa çıxa bilmişdir. Yəni bu da Azərbaycan məhkəmə tarixində ilk hadisə olmuşdur.

Təbii suallar yaranır. Necə olur ki, eyni maddələrlə təqsirli bilinən Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olmuş Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov əmlakları dövlətin xeyrinə müsadirə olunması şərti ilə 9-8 il azadlıqdan məhrum edilirlər, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin keçmiş rəisi Zakir Sultanov tərəfindən dövlətə vurulan zərər tam ödədildiyinə baxmayaraq dövlət ittihamçısının onun 10 il müddətinə azadlıqdam məhrum edilir amma Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru İlqar Qəribov və dəstəsi ittiham olunduqları maddələrlə təqsirli bilinməyərək məhkəmə zalından gecə saat 22-00-də azadlığa buraxılırlar?

Şəki Ağır Cinayətlər Məhkəməsi İlqar Qəribov və onun dəstə üzvlərinin məhkəməsi barədə niyə ictimaiyyətə məlumat verməyib? Şəki Ağır Cinayətlər Məhkəməsinin elektron məhkəmə portalında belə bu proses barədə heç bir məlumat yerləşdiriliməyib. Təbii ki, məqsəd daha əvvəlcədən qeyd etdiyimiz kimi İlqar Qəribovu səssiz-səmirsiz azadlığa buraxılması olub.

Əldə etdiyimiz məlumata görə məhkəmə prosesi zamanı dövlət ittihamçısı hakim Rafail Əliyevdən İlqar Qəribov və onun dəstə üzvlərinə ayrı-ayrılıqda 7 ildən 9 ilədək azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin nə baş verib. İclasa sədrlik edən hakim, may ayında Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri təyin edilmiş Rafail Əliyev bilərəkdən prosesi uzadır və qərar vermək üçün müşavirəyə gedib iki saatdan sonra qayıdır. Dövlət ittihamçısısnın istəyinin əksinə olaraq İlqar Qəribov və onun dəstə üzvlərini məhkəmə zalından azadlığa buraxlması barədə Azərbaycan Respublikası adından hökmü elan edir.

Bu DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarəzi İdarəsinin bir il dörd ay əvvəl geniş ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmış səsli-küylü əməliyyatını bir qərarla heçə endirilməsi demək deyilmi? Bəs İlqar Qəribovun üzərinə və xidməti iş otağına baxış zamanı onun qanunsuz ağac kəsimindən əldə etdiyi külli miqdarda pul vəsaitləri və digər aşkar olunaraq götürülmüş maddi sübutlar necə? İlqar Qəribovun dövlətə vurduğu ziyan ödətdirildimi? Mənimsəmə və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham olunmuş digər sabiq məmurlardan fərqli olaraq İlqar Qəribov ölkənin meşə fonduna külli miqdarda ziyan vurub. Bu ziyanın ödətdirilməsi isə əmlakla, pulla deyil, ən ağır cəza ilə yekunlaşmalı idi. Amma İlqar Qəribov azadlığa çıxdıqdan sonra yaxın ətrafına Apellyasiya şikayəti verərək bəraət alıb, işinə bərpa olunacağını da bildirdi. Və belə də oldu.

Şəki Apellyasiya Məhkəməsinə protes vermiş dövlət ittihamçısı yenə pis vəziyyətə düşdü. 2021-ci ilin noyabrın 3-də yekunlaşan tezbazar prosesə sədrlik edən hakim Eyvazov Akif də heç bir ciddi araşdırma aparmadan dərhal hökumü qüvvəsində saxlamışdır. Yenə də dövlət ittihamçısı Ali Məhkəməyə protest vermişdir. 2022-ci ildə Ali Məhkəmədə baş tutan məhkəmə çəkişməsində protest qismən təmin edilmiş və yenidən baxılması üçün Şəki Apellyasiya məhkəməsinə göndərilmişdir.

İş hazırda Şəki Apellyasiya Məhkəməsinə 2022-ci ilin noyabrından sədrlik edən hakim Mahir Əsədlinin icraatındadır və CM-nin 308-314 və 311.1-ci maddələri üzrə dekabrın 15-dən başlanan məhkəmə iclaslarında bu günə qədər 5 dəfə araşdırmalar aparılmışdır. Növbəti məhkəmə prosesi 11 may saat 15-ə təyin edilmişdir.

Xüsusilə qeyd etmək istəyirik ki, hakim Rafail Əliyevin, hakim Akif Eyvazovun bu cinayətkar dəstəni birbaşa məhkəmə zalından azadlığa buraxması DİN-in ictimaiyyətə iki il əvvəl yaydığı məlumatların bir şou xarakteri daşıdığını düşünməyə əsas vermirmi? Burada ya DİN keçirilmiş əməliyyatın həqiqətə uygun olduğunu sübut etməli, ya da Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası Rafail Əliyevin, Akif Eyvazovun hakimlik fəaliyyətinə xitam verilməsi üçün təcili və təxirəsalınmaz tədbirlər görməlidir.

Biz daha əvvəlcə verdiyimiz məlumatda bildirmişdik ki, bu dəstə üzvlərinin azadlığa çıxması üçün İlqar Qəribov qardaşının vasitəsilə milyonlarla manat vəsait sərf edib. Sadəcə iş DİN-nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi və Baş Prokurorluğun nəzarətində olduğu üçün Şəki Ağır Cinayələr Məhkəməsinin əvvəlki hakimi risk edib məsələni tezbazar “meşə quldurlarının” xeyrinə həll etmək istəməmişdir. İş hakim Rafail Əliyevin icraatına verildikdən sonra, münasib vaxt seçilmiş, İlqar Qəribov və dəstəsi barəsində gizli hökm oxunduqdan dərhal sonra məhkəmə kollegiyası elə zaldan hamılıqla məzunyyətə qaçmışlar. Şəki Apellyasiya Məhkəməsindən sonara isə “meşə quldurları” Qəbələdə brifinq keçirmiş və bəyan etmişlər ki, biz hamılıqla bəraət alıb öz işimizə qayıdacağıq. Deməli hər şey məhkəmə kollegiyasının hazırladığı plan üzrə baş tutmuş və DİN- nin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi tərəfindən ifşa edilərək 15 ay istintaqı aparılan və toplanmış sübtlar əsasında ittiham aktı imzalanmış iş materiaları üzərində hansısa maraqların təmin edilməsi ilə birinci və ikinci instansiya məhkəmə kollegiyaları gecə saatlarında təqsirləndirilən şəxslərin azadlığa buraxılması barədə yekdil rəyə gəlmişlər. Olan isə dövlətə və ictimaiyyətə olmuşdur. Bu hadisədən yerli sakinlər şok yaşamışlar.

Məhkəmələr Ali Qanunlarımıza qarşı açıq aşkar hörmətsiz davranaraq milli sərvətimiz olan təbii sərvətlərimizi məhv edən dəstəyə bəraət vermələri bir daha dövlət ittihamçısı tərəfindən araşdırılmalı və axıra qədər getməlidir ki, xüsusi ictimai nəzarətdə olan bu işlə bağlı hakim özbaşnalığına son qoyulsun və sonda ədalət zəfər çalsın.

İlqar Qəribov və dəstəsi ilə bağlı son aylar Şəki Ağır Cinayətlər Məhkəməsində baş vermiş məhkəmə məzhəkəsi və onun nəticəsilə bağlı ölkə rəhbəri İlham Əliyevə və Baş Prokuror Kamran Əliyevə bir araşdırmaçı media orqanı olaraq müraciətlər etmiş və yenə də edirik ki, uzun illər ETSN səlahiyyətliləri hesab edilən mütəşəkkil dəstə tərəfindən təbii sərvətlərimizi məhv edərək özlərinə külli-miqdarda varidat toplamış dəstə üzvlərinin birbaşa vicdansız hakimlərin əsassız hökmlərilə azadlığa çıxması sadə vətəndaşlarımız tərəfindən, eləcə də özünə hörmətlə yanaşan ziyalılarımız tərəfindən heç də birmənalı qəbul edilmir.

Şəki Apellyasiya Məhkəməsinin hakimləri “akula İlqar”la bacarmır, yoxsa…

Eyni zamanda xatırladaq ki, “meşə quldurları” kimi tanınan İlqar Qəribov, Sirac Kərimov, Eyvaz Əliyev, İlqar Cəlalov və Bakıxan Seyidəliyev həm də bəraət almaq üçün yenidən məhkəmə iddiası qaldırmışlar və Məhkəmə prosesi parallel olaraq davam etməkdədir. Yəni, “utanmasan oynamağa nə var ki”. Qoy olsun. Maraqlısı budur ki, hər iki istiqamətdə məhkəmə proseslərinin davam etdiyi indiki vaxtda dəstə üzvlərindən Sirac Kərimov yeni bəyənat da səsləndirib ki, bəs, Ali Məhkəməyə yeni təyin edilmiş sədr İnam Kərimov bizim qohumlardandır və məhkəmədə bizə heç bir problem olmayacaqdır”. Hansı ki bu adam işdə səhlənkarlığa görə məhkum olunsa da və hakimin hökmünə görə 11 ay müddətinə vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olmaq qadağan edilsə də o idarənin baş mühasibi kimi fəaliyyət göstərmişdir.

Digər dəstə üzvü olan Əliyev Eyvaz da adam oğurluğuna və Polisin paqon və düymələrini sökməyə görə məhkum edilsə də sonradan Şəki məhkəmələrinin “ədalətli” hakimləri olan Rəfael və Akif tərəfindən onların məhkumluqları belə nəzərə alınmadan sonradan törətdikləri 4 CM- üzrə maddələrdən azadlığa buraxılmışlar . Elə ona görə də Əliyev Eyvaz bu ilin aprelin əvvəlində Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi İdarəsinin aşağı hissəsində olan çayxanada geniş çıxış edərək hazırda Şəki Apelyasiyada gedən məhkəmə prosesilə bağlı bildirmişdir ki, “ Məhkəmənin gücü çatırsa bizi həbs eləsin, onsuz da “Akula İlqar” onları lazımi qaydada cəzalandıracaq”. Təbii ki, biz burada hüquqdan xəbəri olmayan, dəflərlə məhkum edilən, lakin sonradan İdarədə baş meşəbəyi vəzifəsilə görəvləndirilən Elyaz Əliyev kimiləri cürətli danışmağa vadar edən əsas amil onların bu gün azadlıqda qalmasıdır.

Prosesləri diqqətlə izləyirik və ümid edirik ki, Şəki Apellyasiya Məhkəməsində bu dəfə hakim Mahir Əsədli əvvəlki hakimlərdən fərqli olaraq ədalətli qərar qəbul edəcəkdir. Mövzuya daha ətraflı bir daha qayıdacağıq. Bizi mütləq izləyin.

Aktualinfo.org-un araşdırma qrupu









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru