Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` .....                     Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir .....                     “Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, .....                     İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? .....                     Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət .....                     “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir .....                     Hakimiyyətə bu şəxs hazırlanır .....                     Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək .....                     Zəngəzur dəhlizi ilə bağlı yenilik: .....                     Moskva Tiflisin ümidini kəsdi .....                     Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq .....                     Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... .....                     Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? .....                     "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?" .....                     70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? .....                     Paşinyanın beş doğrusunu aparan bir səhvi .....                     Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı .....                     Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? .....                     Qarabağ Universitetinində .....                     “Prezident” doğulduğu kəndə qaçdı: .....                     Mağazalardakı “Qara cümə” FIRILDAĞI .....                     Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... .....                     Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... .....                     Xameneyini əvəzləmək üçün düymə basılıb? .....                     Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... .....                     Təbii qaza limit təyin etmək, anlaşılan deyil .....                     Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! .....                     Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər .....                     AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb .....                     "Burada Ermənistan bir bəhanə və bir vasitədir" .....                     Naxçıvan MSK-nın üzvləri seçilib .....                     “Makron niyə Bakıya gəlmədi?... .....                     "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm" .....                     Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? .....                     Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” .....                     "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" .....                     MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub .....                     Dağlıq ərazilərdə qar yağacağı gözlənilir .....                     Azərbaycanda iki kollecə təyinat olub .....                     10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət .....                 

"Məmurlara məxsus obyektlərdəki `qaz itkisi`ni əhaliyə yükləyirlər" - NARAZILIQ VAR!
Tarix: 25-04-2023, 15:08 | Çap et
"Məmurlara məxsus obyektlərdəki `qaz itkisi`ni əhaliyə yükləyirlər"
""Azəriqaz"ın işçiləri xalqı "qaz" yerinə qoyaraq aldadır, həyətlərdə sayğacları açıb aparılar, sonra yalandan "siz sayğaca müdaxilə etmisiz, cərimələnirsiniz" xəbərdarlığı ilə ən az 600 manat "yükənirlər".

Bu şikayəti Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının səhifəsində şikayətçilərdən biri yazıb.

Bu şikayətə cavab olaraq Mirvari Qəhrəmanlı ona belə məsləhət görüb: "Məhkəməyə vermək lazımdır. Ona görə də səhifəmdə abonentlərin hüquqları ilə bağlı qanunları yazmışam. Ki, abonentlər bu qanunlara istinadla məhkəməyə müraciət etsinlər".

"Sökülüb aparılan sayğaca görə 4 il sonra qəbz gəlib ki, bəs, guya o vaxt plombu qırıq olub"

Azər Səlimov adlı şikayətçi isə komitə sədrinin tövsiyəsinə maraqlı fakt açıqlamaqla cavab verib: "Mirvari xanım, iş yoldaşım belə hala görə məhkəməyə verib aprelin 11-də qazandı. Məsələ ondadır ki, təxminən 800 manatlıq yalançı cərimənin yalan olmasını sübut etmək üçün hardasa 100 manat xərclədi, üstəlik, əsəblərini korladı. Məsələ isə bu idi ki, 4 il əvvəl - 2019-cu ildə gəlib həyət evindən sayğacı söküb təzəsini qoyublar. 4 il sonra isə qəbz gəlib ki, bəs, guya o vaxt plombu qırıq olub. Bu qədər şərəfsizlik olarmı?!".

Şikayətçi deyir ki, "Azəriqaz" rəsmiləri məhkəmədə öz iyrənc əməllərini müdafiə etməyiblər: "Sanki bunu qəsdən edirlər. Yəni tutar qatıq, tutmaz ayran nağılı kimi...".

Komitə sədri bi yerdə xatırladıb ki, "Azəriqaz" İB-də qaz itkisinin “aşağı salınması” məqsədilə Metrologiya və Nəzarət şöbəsinin tapşırığı ilə regionlarda qaz sayğaclarının yoxlanılmasına başlayır:

Ruslan Əliyev rayonlara yeni qruplaır hansı niyyətlə göndərb?

"Bunun üçün regionlara müəyyən "qruplar" göndərilib. Üzərlərinə müəyyən “öhdəlik” (sayğaca müdaxilə, cərimələr, uçotdan kənar qaz və s. aşkarlamaq halları) də qoyulub. Ramazan bayramında - hansıki bunun özü də sual doğrur -, işə cəlb olunduqları üçün “qrup"un hər üzvünə 124 manat ikiqat əmək haqqı və 52 manat ezamiyyə xərci ödəniləcək. Düşünürəm ki, "cərimə və müdaxilə tapıntıları" üçün də əlavə “mükafat” olar. Narahatlığım odur ki, qeyri -qanuni cərimələrin (sayğaca müdaxilə və s ), saxta sənədlərin tərtibi, saxta aktlarda mühəndis və abonentin əvəzinə imzaların olacağıdır. Uçotsuz qazlarda labarotiriya rəyinin olmaması, bu işlərin hamısının saxta imzalarla həyata keçirilməsi və s. kimi halların təkrarlanmasıdır".

Komitə sədri Mia.az-a müsahibəsində bu kimi neqativ hallarla bağlı mövcud qaydaları diqqətə çatdıırb:

"-Mülkü geyimdə olan şəxslər sayğac yoxlaya, ona toxuna, müvafiq sənədləşdirmə apara bilməzlər. Bu halda ərazi üzrə cavabdeh qaz nəzarətçisinin də iştirakı təmin olunmalıdır.

-Sayğac istehlakçının (abonentin) iştirkı ilə yoxlanmalı, əgər varsa, bütün qüsurlar abonentə göstərilməlidir. Tərtib olunan hər hansı sənəddə abonentin imzası olmalıdır".

M.Qəhrəmanlı bildirib ki, əhali bu kimi qanunsuz hallarla qarşılaşanda, mütləq Nazirlər Kabinetinin 80 saylı qərarındakı bəndlərə söykənərək, hüquiqi yollara baş vurmalıdır:

"Məsələn, 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə(Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, təchiz edilir )uyğun olaraq, quraşdırılır və dəyişdirilir ,zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir".

Komitə sədri ilə müsahibəmiz aşağıdakı suallarla davam edib:

- Mirvarı xanım, rayonlara mülki formalı qruplaırn sayğac yoxlamasına göndərilməsi barədə xəbərdqarlıq etmisiniz. Bilirisiniz ki, belə yoxlamalarda sayğaca müdaxilə adıyla son vaxtlar əhalinin 300-1000 manat aralığında cərimələnmə halları artıb. Siz bu barədə Nazirlər Kabinetinin məlum qərarını xatırladırsınız. Amma sual olunur, adamlar niyə boş yerə məhkəməyə xərc çəkməli, üstəlik, zamanını itirməlidir? Bu barədə fikirinz necədir?

- Bilirisiniz ki, əhaliyə xidmət göstərən digər qurumlar da var: "Azərsu", "Azərişıq" və s. Bu qurumların hər birindən şikayətlər var, olur. Xatırlayırsınızsa, pandemiya dövründə "Azərişıq"dan da çoxsaylı şikayətlər vardı. Hamı artıq işıqpulundan şikayətlənirdi. Amma açıq demək lazımdır ki, "Azərqaz"dan şikayətlər daha çoxdur, həmişə də var və hər keçən gün də artır. Bilirsiniz ki, bu üç qürumun hər biri sərfiyyatı sayğaclar vasitəsi ilə müəyyən edir, pullaırnı eyni qaydayla yığırlar, yəni.

Çox maraqlı və təəccüblü odur ki, həmişə "Azəriqaz"ln sayğacları ilə bağlı etirazlar yaranır. Yaxud da bu sahədə çalışanlar və rəhbərliklə bağlı şikayətlər edilir. Təsadüfi deyil ki, biz bütün ilboyu eşidirik ki, əhalinin belinə müxtəlif bəhanələrlə - ya sayğaca müdaxilə, ya artıq sərfiyyat, ya pozulmuş uçot və sair, - əlavə vəsaitlər yükləyirlər. Bu barədə saysız açıqlamalar verib, əhalini maarifləndirməyə çalışıram. Hər iki tərəfin müqavilə öhdəliyini xatırladıb, qanunsuzluqlara qarşı hüquqi mübarizənin yolunu göstərirəm...

Əslində, dediyim kimi, "Azəriqaz"ın özü ilk növbədə Nazirlər Kabinetinin 80 saylı qərarına əməl etməlidir, qanunsuzluğa yol verən əməkdaşlarını cəzalandırrmaldıır. Ancaq biz adətən görürük ki, bu qurum və onun əməkdaşları, rəhbərləri elə hökumətin qərarını pozurlar. Buna görə, "Azəriqaz" cəzalandırılmalıdır, elə hər şeyi əhalinin üstünə atmaqla deyil ki...

Hesab edirəm ki, SOCAR və Energetika Nazirliyi bu qurumun fəaliyyətini nəzarətə götürməlidir, mütləq. Niyə götürmürlər, niyə bu qədər narazılıqlara qulaq vermirlər? Üstəlik, bir məsələni də qeyd edim: sayğaclar evin içindədir ki, əhali ona məsuliyyət daşısın? Yaxud hələ biz 2018-ci ildə ölkəyə gətırilən sayğacların çoxunda "diffekt"lərin olduğu haqda şikayətləri dilə gətirmişdik. Niyə bunlar yoxlanılmır? Niyə sayğacların alınması və əhaliyə paylanmasına nəzarət edilmir? Bütün bunlar ciddi nəzarətə götürülməlidir.

Bəli, haqlı olaraq soruşurusnuz ki, əhali durduğu yerdə niyə əlavə xərc çəkərək məhkəməyə gedir? Əlbəttə, haqlısnız, hesab edirəm ki, əhali maariflənməlidir, bağladığı müqavilənin bəndlərini, Nazirlər Kabinetinin qərarını diqqətlə öyrənməli və hüququnu müdafiə etməlidir. "Azəriqaz" da şəffaf olmalı, qanunlara əməl etməlidir. hesabatlılıq olmalıdır cəmiyyətin qarısında. Hesab edirəm, bu, özbaşınalıqların azalmasına ciddi təsir edə bilər.

Düzdür, bu sual, əslində, "Azəriqaz"a verilməlidir. Onlar buna aydnlıq gətirməlidir ki, niyə axı, ən çox sizdən şikayət edilir? Nədir axı, xalqın onlardan çəkdikləri? Niyə "Azəriqaz"da yoxlama aparılmır? Yoxlamırlarsa, yəqin ki, burada başqa qurumların da hansısa marağı var...

- Sizcə, "Azəriqaz"da qaz itkisi bu qədər çoxdur ki, yoxlama adıyla əhaliyə "əlavə sərfiyyatlar yükləyir" və bununla itkiləri kompensasiya etmək istəyirlər?

- Siz soruşursunuz ki, bu qədər qaz itkisi necə olar? Əlbəttə, ilk növbədə məsuliyyətsizlikdən. Və bu məsiliyyətsizliklərini ört-basdır eləmək üçün müxtəlif bəhanələrlə əhaliyə əlavə sərfiyyat yüklənir. Halbuki, "Azəriqaz"la əhali arasında bağlanan müqavilədə öhdəliklər var, buna əməl olunsa, bu qədər problem olmaz. Bir sözlər, "Azəriqaz" vəzifələrinə şəffaf və məsuliyyətlə yanaşarsa, problemlər bu həddə çatmaz, üstəlik, əhali qanunsuz yollarla yüklənməz.

Bir məsələni də təəssüflə deyim ki, bəzən oliqarxlara, yüksək çinli məmurlar məxsus obyektlərdə olan "qaz itkis"ni də əhalinin belinə vururlar. Düzdür, bu barədə əlimdə konkret faktım yoxdur. Sadəcə, bu barədə iddialar var, düşünürəm ki, bu, yoxlanılmalıdır. Ümumiyyətlə, siz son illər belə adamlara məxsus obyektlərdə qanunsuz hallarln aşkarlandığını eşidibsiniz? Yox, ancaq bölgələrdə aztəminatlı əhali isə tez-tez müxtəlif bəhanələrlə cəzalandırılır. Əlbəttə, mən demirəm ki, bunların hamısı qanunsuzdur, əlbəttə, müdaxilə halları da var, amma sual olunur, niyə su, işıqda bu qədər narazılıq, bu qədər yüklənmə harayı çəkən yoxdur, ancaq "Azəriqaz"la bağlı var?

Yuxarıda qeyd etdiyim kimi, rayonlara mülki formalı yeni yoxlamalar göndərilib. Yəqin bundan sonra şikayətlər daha da intensivləşəcək. Əvvəla, onlar mülki forrmada yoxlama apara, sayğaclara baxa, video çəkə, əhaliyə cərimə yaza bilməzlər. İddialara görə, onların üzərinə "gedin sayğaclara çoxlu müdaxilə faktları tapın" kimi öhdəlik, plan qoyulub. Yəni, bu kimi bəhanələrlə həm "qaz itkisi"ni kompensasiya edirlər, həm də əhaliyə əlavə qazpulu yazırlar. Deyim ki, bəzən bu cərimə aktlarına saxta imzalar atılır...

- Ümumiyyətlə, son aylıar "Azəriqaz"da həm sayğac, həm işəqəbul və azadedilmə halları ilə bağlı da xeyli şikayətlər var. Birdən-birə bu qurumdan bu qədər şikayətlərin artması təsadüfdür, yoxsa, Ruslan Əliyev özündən əvvəlkilərin "ənənəvi siyasəti"nə dönüb?

- Bəli, son bir ayda 5-6 nəfərin qanunsuz işdıən azad olunması barədə şəxsən mənə məlumat verilib. Sanki get-gedə daha da aqressivləşmə var. O da danılmaz faktdır ki, işə götürülənlər ya tapşırıqla götürülür, ya da vəzifəli şəxslərin qohumlarıdır.

Bu yaxınlarda isə "DOST"un xətti ilə cüzi maaşla işləyən 4 nəfəri "sayğaca müdaxilə" və digər bəhanələrlə işdən azad ediblər. Yaxud, Ucar Qaz İdarəsində işləyən bir mühəndisi baş mühəndisdən şikayət etdiyi üçün bir aylıq tutdurdular. Halbuki, 20-dən artıq işçi onun haqlı olduğunu deyirdi. Bu 20 nəfəri dinləyən olmadı, amma bir rəisin sözünü haqq saydılar. Belə olarmı?! Rəhbər adamsan, bir dəvət elə, araşdır, gör necə olur ki, 20 adam yalan, bir müdir düzdür? Ətraflı araşdırma aparıb, xalqa bunu dürüst formada göstərmək olmazdımı? Bunu etmək əvəzinə, həmin 20 nəfərdən 10-na da töhmət verdlər...

Bilirsiniz, "Azəriqaz"ın rəhbərini prezident təyin edir. Prezident, eyni zamanda, Əmək Məcəlləsini də təsdiqləyib. Axı niyə Prezidentin təyin etdiyi adamlar elə Prezidentin təsdiqlədiyi məcəlləni pozurlar? Görün, bunlar nə qədər hədlərini aşıblar. Niyə başqa sahələrdə belə deyl, ancaq "Azəriqaz"da belə özbaşınalıq var? Qanun hamı üçündür, ona görə hesab edirəm, "Azəriqaz" rəhbəriyi barədə ciddi ölçü götürülməlidir.

MİA.AZ









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Vətəndaşın 100 manatına rəsmən `ƏL QOYDU` - GİLEY
Bu gün, 02:02
Azərbaycanda Milli Dirçəliş Günü qeyd edilir - Bayramınız mübarək...
Bu gün, 00:45
“Finex Kredit” BOKT-da yığıncaq keçiriləcək, Müşahidə şurasının tərkibi müzakirə ediləcək
Bu gün, 00:02
İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 18:00
Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Dünən, 17:58
“Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Dünən, 17:06
Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Dünən, 17:02
Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Dünən, 16:58
Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Dünən, 16:07
Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Dünən, 16:04
Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Dünən, 15:59
Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Dünən, 15:41
Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Dünən, 15:36
"Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Dünən, 15:34
70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Dünən, 15:26
Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Dünən, 15:25
Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Dünən, 15:17
Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Dünən, 15:15
Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Dünən, 15:10
“Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Dünən, 14:57
Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Dünən, 14:52
Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Dünən, 14:47
Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Dünən, 14:38
Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Dünən, 14:19
Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Dünən, 14:16
Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Dünən, 14:13
Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Dünən, 13:57
Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Dünən, 13:52
AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Dünən, 13:49
"Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Dünən, 13:16
Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Dünən, 13:09
“Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Dünən, 13:03
"Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Dünən, 12:56
Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Dünən, 12:54
Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Dünən, 12:50
"COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Dünən, 12:47
MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Dünən, 12:41
Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Dünən, 12:39
Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Dünən, 12:38
10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Dünən, 12:24
Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Dünən, 12:22
"Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Dünən, 12:14
Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Dünən, 12:01
Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Dünən, 11:47
İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Dünən, 11:39
COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Dünən, 11:34
FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Dünən, 11:32
Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Dünən, 11:29
Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Dünən, 11:21
Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Dünən, 11:19
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru