DİA.AZ: - Bakıda təbiətə qarşı daha bir vandallıq nümunəsi. DİA.AZ bildirir ki, bu barədə "ecofront" açıqlama ilə çıxış edib. Bakının mərkəzində - 1 saylı ASAN Xidmətin yaxınlığında yerləşən "My TAN Tuni" restoranının ağaclara qarşı davranışı ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə də xəbər verilib. Amma faydası olmayıb...
"Videodakı bu vandallığı iki dəfə zəng edib, ekologiya nazirliyinə bildirsəm də maraqlanan olmadı" deyə qeyd olunan etirazda daha sonra bildirilir:
"Ağacların halqavari olaraq qabığını kəsiblər. Son ümüd olaraq sizə yazıram. Hər gün bu mənzərəni görüb ürəyim ağrıyır"