Rejimi “Traktor”un qabağına vermək... .....                     Paşa Texnikin həyatı film olur .....                     Rusiya Həsənovu niyə axtarır? .....                     “Georgi lenti” türk ordusuna qarşı təsis edilib .....                     Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır .....                     Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub .....                     Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər .....                     Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! .....                     Hüseyn axtarışa verilməsindən danışdı .....                     16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? .....                     Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? .....                     İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur .....                     Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib .....                     Obyektlərin qiyməti niyə "cib yandırır"? .....                     Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil .....                     Azərbaycanın şərab şirkəti səhmdarlarını .....                     Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: .....                     "Suriyalı həmkarımla görüş əla keçdi" .....                     “Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” .....                     Neft təhlükəli həddə ucuzlaşır: .....                     Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək .....                     Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender .....                     Mərkəzi Bankın proqnozu özünü doğrultmadı .....                     Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI .....                     Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” .....                     Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: .....                     Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi .....                     “Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” .....                     İbrahim sazişləri Cənubi Qafqazda: .....                     "Bir də ayılır ki, konsert bitib" .....                     Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib .....                     308 saylı məktəbdə BAZAR AÇIBLAR? .....                     Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? .....                     Təhsil sistemində ƏN YEMƏLİ YER... .....                     Türkiyə generalları Bakıda nəyi müzakirə edir? .....                     Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… .....                     Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur .....                     “Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” .....                     Ukraynada döyüşən azərbaycanlı muzdlu .....                     Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu .....                 

Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK... - NARAZILIQ VAR!
Tarix: 15-05-2023, 08:40 | Çap et
Cəlilabadın icra başçısı yerli məmurlarla ƏL-ƏLƏ VERƏRƏK...
Gah saymazlıqdan cana doymuş qazinin üsyanı, gah səlahiyyətli şəxslərinin yaşıllıqlarına qənim çıxması, gah sakinlərinin susuzluq gileyi və sair ilə "gündəmdəki yerini qoruyub saxlayan" Cəlilabaddan bu dəfə də narazılıq var.

Belə ki, Cəlilabad rayon sakini Xəlil Həsənov "DogruXeber.az"a müraciət edərək, Hamarqışlaq ərazi İcra nümayəndəsi Mədət Nəzərovdan və rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilovdan xeyli narazılıq bildirib.

Xəlil Həsənov müraciətində bildirir ki, "Adlarını qeyd etdiyimiz bu iki şəxs (Rafiq Cəlilov və Mədət Nəzərov) Qarağac kəndində hektarlarla örüş sahəsini mənimsəyib, hissələrə bölüb, həyətyanı və yaşayış sahəsi kimi satıblar. Hazırda örüş sahəsinin müəyyən hissəsi Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpər alınıb. Kənd camaatının mal-qaranı otarması üçün otlaq sahəsi yoxdur."

Xəlil Həsənovun müraciəti ilə bağlı Hamarqışlaq ərazi İcra nümayəndəsi Mədət Nəzərov ilə telefon əlaqəsi saxlayıb, məsələyə münasibət bildirməsini istədik.

Sən demə bu istəyimizlə Mədət bəyin dərdini təzələdik.
O, "barənizdə şikayət daxil olub" demişdik ki, sözümüzü ağzımızda kəsib, başladı danışmağa ki, "bu barədə başqa saytlar da yazıb, amma heç biri mənim mövqeyimi soruşmayıb. Çox sağ olun ki, məsələyə obyektiv yanaşır, mənim də fikrimi dinləyirsiniz.
Qardaş, vallah bu mənim əlimdə olan məsələ deyil. Əmlak əsələləri üzrə Dövlət Xidməti qazi atası Ağacanov Pərviz Adış oğluna pay torpaq sahəsi verib, bir də həyətyanı torpaq. Kənd təsərrüfatı təyinatlı torpağı örüş sahəsinin düz ortasından onun adına həyətyanı kimi sənədləşdirib, həyətyanı torpaq sahəsini də pay torpaq kimi. Ona görə də Pərviz Ağacanov örüş sahəsinin müəyyən hissəsini şəxsi həyəti olduğu üçün çəpərə alıb.

Bu məsələ tamamilə Əmlak Məsələləri üzrə Dövlət Xidməti əməkdaşlarının yanlışlığıdır. Mənim öz torpağımı da qonşumun adına, qonşumun torpağını da başqa bir qonşunun adına sənədləşdiriblər. Dəfələrlə bu barədə mən özüm də müraciət etmişəm, amma, hələ də bu yanlışlığı aradan qaldıran yoxdur ".

Mədət Nəzərovun söylədikləri nə qədər təəccüb doğuran məsələ olsa da biz qətiyyən təəccüblənmədik. Çünki, xatırlayırsınızsa, bir neçə ay əvvəl Şamaxı rayon Böyük Xınıslı kəndində də örüş sahəsinin keçmiş bələdiyyə sədrinin oğlu tərəfindən özəlləşdirilməsi barəsində də "DogruXeber.az" informasiya portalında və "Kanal14" YouTube kanalımızda məlumatlar yayımlamışdıq. Orada da örüş sahəsinin müəyyən hissəsində yaşayış evləri tikilmiş, bir hissəsi keçmiş bələdiyyə sədrinin oğlunun adına sənədləşdirilmişdi. Bununla bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı rayon şöbəsinin əməkdaşı Ağa adlı şəxs əvvəl bizə araşdırmalar aparıldığı, sözügedən torpaq sahəsinin örüş sahəsi olduğu, verilən çıxarışın saxta olduğunu desə də, sonradan orada aparılan yeni əsaslı tikintiyə də göz yumdu və zənglərimizə belə cavab verməkdən çəkindi.

Biz bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevə və İqtisadiyyat naziri Mikayıl Cabbarova rəsmi müraciət göndərsək də müraciətimizə şablon cavab verməklə, işi yenidən qurumun ərazi üzrə nümayəndəliyinə yönləndirdilər.

Biz eyni zamanda məsələ barəsində ərazi üzrə Bələdiyyə sədri Rövşən Yolçuyevə də məsələyə münasibət bildirməsi üçün müraciət etmişdik. Lakin, Rövşən Yolçuyev isə hər dəfə bizə dilucu "cavablar verir, "araşdırma" adı altında bizi günlərlə - həftələrlə gözlədir, müxtəlif bəhanələrlə suallarımızdan yayınmağa çalışırdı. Bu isə bələdiyyə sədrinin məsələdən ən başından bəri xəbərdar olduğu və hətta, bu işdə özünün də əlinin olduğu anlamına gəlir.

Elə, Cəlilabad rayon Qarağac kəndində də eyni proseslər davam etdirilir. Belə ki, örüş sahəsi üçün müraciət edən kənd sakinlərinin müraciətinə hələ yanvar ayında da cavab məktubu ünvanlayıblar ki, "Cəlilabad rayonunun Qarağac kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı örüş sahəsinin kənd inzibati dairə üzrə nümayəndəsi Mədət Nəzərov tərəfindən zəbt edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə (daxilolma qeydiyyatı: IN-D/O- KOL-580/2022, 30.12.2022-ci il) daxil olmuş kollektiv müraciətinizə Əmlak Məsələləri Dövlət Xidmətində baxılmışdır.

Müraciətdə qeyd olunan məsələ ilə əlaqədar Xidmətin Cəlilabad ərazi şöbəsinin aməkdaşları tərəfindən yerində araşdırma aparılan zaman kənd təsərrüfatı təyinatlı örüş sahəsinin 0,36 hektar hissəsinin Ağacanov Pərviz Adış oğlu tərəfindən çəpərlənməsi faktı müəyyən edilmişdir.
Bununla bağlı Hamarqışlaq kənd inzibati dairə üzrə nümayəndəsi tərəfindən sözügeden çəpərin qısa müddət ərzində sökülərək, ərazinin zəbtdan azad ediləcəyi bildirilmişdir. Həmçinin, tərəfimizdən qeyd edilən hal barədə səlahiyyətləri daxilində müvafiq tədbirlərin
görülmesi məqsədilə Cəlilabad Rayon Icra Hakimiyyətinə məktub ünvanlanmışdır."

Qeyd edək ki, məsələnin həllini tapmadığı üçün təkrar müraciət edən kənd sakinlərinə mart ayında da Xidmət tərəfindən eyni məzmunlu məktub göndərilib. Lakin, hələ də problem olduğu kimi qalır.

Görünür Əmlak Məsələləri Dövlət Xidməti bütün ölkə ərazisində yalnız şəxsi maraqlarına xidmət edir.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rejimi “Traktor”un qabağına vermək... - Tehran niyə təşvişə düşüb?
Bu gün, 00:38
Paşa Texnikin həyatı film olur
Bu gün, 00:33
Rusiya Həsənovu niyə axtarır? – Azərbaycanda diqqətçəkən olaylar
Bu gün, 00:31
“Georgi lenti” türk ordusuna qarşı təsis edilib - İLGİNC FAKT
Bu gün, 00:24
Aparıcı Zaur ölkədən birdəfəlik gedir, bütün verilişləri bağlanır - ZARAFAT DEYİLMİŞ
Bu gün, 00:21
Putin İstanbula getməyəcək, nümayəndə heyətinin siyahısı məlum olub - SİYAHI
Bu gün, 00:18
Sabirabadda 16 yaşlı qızı 33 yaşlı kişiyə ərə vermək istədilər
Dünən, 22:17
Erməni parlamentində dava: Köçəryanın atası azərbaycanlıdır! - TƏFƏRRÜAT
Dünən, 22:13
Hüseyn axtarışa verilməsindən danışdı - "Hər şey o qədər də dramatik deyil..."
Dünən, 22:11
16 ildir kresloda: Direktor rotasiyası niyə yalnız kağız üzərində qalır? - HƏQİQƏTƏN DƏ...
Dünən, 21:02
Saleh Səmədovun '9 May' tədbiri: Sovet nostaljisi, yoxsa milli dəyərlərin inkarı? - AKTUAL
Dünən, 20:56
İlham Əliyevin yüksək vəzifəyə təyin etdiyi Tural Piriyev bu məşhurun oğludur - FOTO
Dünən, 20:03
Bloger Hüseyn Həsənov Rusiyada axtarışa verilib - TASS
Dünən, 19:57
Obyektlərin qiyməti niyə "cib yandırır"? - AKTUAL
Dünən, 19:02
Bank kartları ilə bağlı böyük maxinasiya: günahkar təkcə qurban deyil - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00
Azərbaycanın şərab şirkəti səhmdarlarını - YIĞINCAĞA DƏVƏT EDİR
Dünən, 18:58
Bakıda Nobel qardaşlarının tikdiyi bina sökülür: SAKİNLƏR NARAZIDIRLAR
Dünən, 18:17
"Suriyalı həmkarımla görüş əla keçdi" - Tramp
Dünən, 18:10
“Rusiya müharibədə qalib gələ bilmir, Ukraynanın isə…” - deputat
Dünən, 18:06
Neft təhlükəli həddə ucuzlaşır: - Azərbaycanda riskli vəziyyət yarana bilər
Dünən, 18:04
Şənbə günü Ədalət Partiyasına sədr seçiləcək - Cəmi bir namizəd var
Dünən, 18:01
Nəzarət orqanı “yox” dedi, Qubadlıda 33 milyonluq tender - LƏĞV OLUNDU
Dünən, 17:53
Mərkəzi Bankın proqnozu özünü doğrultmadı – Nə baş verəcək?
Dünən, 17:51
Univeristetlərdə "kartdan-karta" pul QALMAQALI - AÇIQLAMA
Dünən, 17:41
Yayımı dayandırılacaq filmin rejissoru: “İçimdə şübhə yaranır ki...” - QALMAQAL
Dünən, 17:36
Razi Nurullayev İmişlidə SSRİ bayrağı qaldıran Səmədovla bağlı DANIŞDI: - “Tanıyıram, seçicimdir, amma…”
Dünən, 17:32
Töhmət alan Fuad Nağıyev bu idarələrə rəis təyin etdi - İLGİNC
Dünən, 17:25
“Gedib hər avropalıya başa salmalı deyilik ki, saz nədir?” - Faiq Sucəddinov
Dünən, 17:21
İbrahim sazişləri Cənubi Qafqazda: - Sülh üçün şans, yoxsa riskli eksperiment?
Dünən, 17:19
"Bir də ayılır ki, konsert bitib"
Dünən, 17:12
Londonda Bəxtiyar Sadıqlıya məxsus “Alma” kafesi 2 milyon zərər edib - TƏFƏRRÜAT
Dünən, 17:05
308 saylı məktəbdə BAZAR AÇIBLAR? - RƏSMİLƏR TƏKZİB EDİR
Dünən, 17:02
Baş tutmayan ssenari: Sığortadan ödəniş aImaq üçün işbazlar yeni hiylə gündəmə gətirir? - VİDEO
Dünən, 17:00
Təhsil sistemində ƏN YEMƏLİ YER... - BU DA FAKT!
Dünən, 16:57
Türkiyə generalları Bakıda nəyi müzakirə edir? - MÜHÜM
Dünən, 16:49
Saleh Səmədovun yerinə gələnə baxın: o da “georgi”li… - NƏ DƏYİŞDİ Kİ?
Dünən, 16:43
Qarabağ Universitetinin yeni korpusları tikilir, Xankəndidə isə binalar təmir olunur - 65 MİLYONLUQ TENDERLƏR UDULDU
Dünən, 16:34
“Oğru, dələduz haradan bilir ki, hansısa vətəndaşın filan bankda pulu var?” - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:30
Ukraynada döyüşən azərbaycanlı muzdlu HƏBS EDİLDİ
Dünən, 16:25
Deputata məxsus olduğu deyilən şirkət 4,8 milyonluq tenderi uddu
Dünən, 16:23
Məşhur milyonçunun qardaşı hakim qarşısında – Bakıdakı dəhşətli partlayışda suçlanır
Dünən, 16:19
Simonyan Bakı və İrəvan arasında sülhə nail olmaqla bağlı səylərinə görə Qazaxıstana minnətdarlığını bildirib
Dünən, 16:15
“TikTok”da özünü şair kimi təqdim edən İlhamə Elşadqızı məhkəmədə ifadə verib - "Evimə qayıtmaq istəyirəm"
Dünən, 16:14
Tramp Türkiyədə Putin ilə görüşü istisna etməyib
Dünən, 15:05
“Ultra Technologies” 4,8 milyon manatlıq İT müqaviləsi qazandı - DETALLAR
Dünən, 15:03
İrəvan Bakı ilə dərhal sülh sazişi imzalamağa hazırdır - Ermənistan XİN
Dünən, 14:56
Ruslan Məmmədov İmişlinin icra başçısının müavini vəzifəsindən getdi - Deyir ki, bir ay əvvəl verdiyi qərarı indi açıqlaır...
Dünən, 14:54
“Nazirlik əməkdaşları 80 manata qıymırlar, maşınları bizim həyətdə saxlayırlar” - BU FAKTDIR...
Dünən, 14:51
Ermənistan parlamentində vitse-spiker və deputat arasında dava düşüb - KİV
Dünən, 14:46
"Son zəng"in səsini heç kim eşitmək istəmir: - Məktəblər niyə valideynləri borca salır?
Dünən, 14:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : dia-az@mail.ru
Designed by Daraaz.net
�������@Mail.ru