"Həftədə bir neçə dəfə, yarım gün internetin verilişində fasilə yaranır..." - GİLEY
Tarix: 3-06-2023, 13:03 |
Çap et
Bakının Balaxanı kəndi, Zabrat qəsəbəsinin sakinləri ərazini sürətli internetlə təmin edən "Metronet" şirkətinin fəaliyyətindən narazıdırlar.
DİA.AZ bildirir ki, bu barədə Musavat.com-a məlumat verən sakinlər bildiriblər ki, həftədə bir neçə dəfə, yarım gün internetin verilişində fasilə yaranır.
Sakinlər bildirirlər ki, şirkət telefonlara cavab vermir, problemin nədən qaynaqlandığını açıqlamır. Onların sözlərinə görə, fasilələrə baxmayaraq, 30 gün tamam olan kimi internetləri kəsilir, abunə haqqı tələb olunur. Şirkət kəsintiləri kompensasiya etmir.
Məsələ ilə bağlı şirkətdən bildirilib ki, internetin kəsilməsinə səbəb qəzaların olmasıdır.