Yeni qanun Naxçıvanda BÖHRANA SƏBƏB OLUB... - GİLEY
Naxçıvanda antibiotiklərin reseptsiz satışına qadağa qoyulub. Bu, yerli sakinlər arasında ciddi narazılıq yaradıb. Çünki, onlar lazım olan resepti almaq üçün xəstəxanalara əlavə pul verib, həkim qəbuluna düşməli olurlar. Retsepsiz antibiotik satan aptekçilərin isə, yüksək məbləğdə cərimələndiyi bildirilir. DİA.AZ bildirir ki, bu haqda „Gündəlik Naxçıvan“a yerli sakinlər və bir qrup aptekçi məlumat verib.
Naxçıvan şəhər sakini Şakir Abbasov deyir ki, yeni qadağanı tətbiq etməkdə məqsəd, xəstəxana və həkimlərin „cibini doldurmaq“dı:
“Bir neçə gün əvvəl xroniki xəstəlik əleyhin tez-tez istifadə etdiyimiz “Amoxicillin” və ağrıkəsici lazım oldu. Getdim növbətçi aptek antibiotiki satmadı, dedilər ki, qorxuruq. Gedib birtəhər həkim tapdım, cibinə 20 manat pul qoyub, resept yazdırım. Yəni, 10 manatlıq dərman mənə 30 manata başa gəldi. Həkim də aldığı pulun yarısı yuxarılara ötürülür. Yuxarı qadağanı buna görə qoyub, kasıb camaatı soymaq üçün. Dünyanın heç bir yerində belə bir qadağa yoxdur. Gecə yarısı sənə təcıli antibiotik lazım olarsa, sən həkimi haradan tapacaqsan ki, resept yazdırasan? Təcili tibbi yardım da çağırdıqdan gəlməsi saatlar çəkir. ”.
Şərur rayonundakı apteklərdən birinin adının çəkilməsini istəməyən sahibi deyir ki, bir müddətdir onlara antibiotik satmaq qadağan olunub:
“Hətta, ailə üzvlərimizə antibiotik aparmağa qorxuruq. Çünki, həkim retsepi olmadığına görə, yüksək məbləğdə cərimələnə bilərik. Artıq, xeyli aptek cətimələnib buna görə. Hansı məqsədlə edirlər, özləri bilsin. Ancaq, Naxçıvan Azərbaycan ərazisidir və buranın qanunları ilə idarə olunmalıdır. Necə olur ki, Bakıda və digər bölgəlkərdə rahat satmaq olur, Naxçıvanda yox. Burada bir oyun var təbii ki”.
Naxçıvan MR Səhyyə Nazrliyindən antibiotiklərin retsepsiz satışının qadağan olunduğunu təsdiqləsələr də, bunun səbəbi haqda açıqlama vermək istəmədilər.