Qubanın icra başçısı ola bilmədi... aldığı kostyumu dükana geri qaytardı... - Azərbaycanda FİLM KİMİ OLAY...
Tarix: 4-07-2023, 12:22 |
Çap et
DİA.AZ: - Əslən Xaçmaz rayonundan olan tanınmış jurnalist Cəmil Məmmədli maraqlı bir iddia ilə çıxış edib. Əslində filmlərdə bənzəri olan bu olayın Azərbaycanda baş verməsi yetərincə inandırıcıdır. Elə bu səbəbdən Cəmil Məmmədlinin ad çəkmədən danışdığı olayı DİA.AZ oxucularının diqqətinə təqdi edirik.
C.Məmmədli bildirir: "Deməli, bir neçə gün öncə bir nəfər, başqa bir nəfəri, Qubaya icra başçısı təyin elətdirmək üçün bir nəfər böyük vəzifəli şəxsin yanına aparıb.
Burası heç, təbii və normal haldır bu ölkə üçün.
Əsas məzəli tərəfi budur ki, bu adam da Xaçmazda bir dükandan 800 manata kostyum alıb, geyinib gediblər.
İşləri nəsə düz gətirməyib deyə, sonradan gətirib kostyumu dükana qaytarıblar...
Mən ölüm, bu nə loodu düşmüşük...
Belə səviyyə sahibləri, bu ağılnan necə icra başçısı olacaqmış?".