DİA.AZ: - Artıq özünü ölkənin ən böyük mobil operator kimi tanıtmağı vərdişə çevirən, əvəzində isə aşağı keyfiyyətdə xidməti ilə diqqətə gələn "Azercell"dən şikayətlər adi hala çevrilib. Biz isə DİA.AZ olaraq bu müştəri narazılıqlarını işıqlandırırıq ki, bəlkə aidiyyatı üzrə bir reaksiya olar. Görünəni odur ki, dövlətin inhisarına keçəndən sonra bu şirkət "müştəri məmnuniyyəti" anlamını tamamən unudub.
Biz isə mövqeyimizdə israrlıyıq, növbəti vətəndaş gileyini təqdim edirik...
Rəşad Ağayev adlı istifadəçi "Şikayətim Var sosial qrupundakı paylaşımında bildirir:
"Deməli, məndə aylıq 30 GB internet paketi olduğu halda 16 manatlıq köhnə "İstərsən" paketimi avtomatik yenilədi... Və operator mənə dirəşib ki bu zəng tarifidir.
Biz koruq da... seçəndə görmürük... İnternet seçirik, ya dəqiqə.
"İstərsən" tarifi adından göründüyü kimi "İstərsən" deyil... hər ay kontur vuran kimi əl qoyurlar... Əvvəl belə deyildi. Bəlkə mən daha az tarif edəcəkdim ya daha çox edəcəkdim... Soymağa davam edir "Azercell"..."
Vətəndaş aha sonra bildirir ki, şikayət etməsi səbəbindən ona "Azercell"in müştəri xidməti tərəfindən blok da qoyulub: "Çatdan da atdılar məni..."
İddia olunanlarla bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...