"Bizim Ev" KİMİN TORPAĞINA GİRİB? - İDDİA
Tarix: 14-07-2023, 12:39 | Çap et
Bu gün Azərbaycanda müxtəlif sferalarda, təhsildə, səhiyyədə, nəqliyyat sahəsində və s problemlər mövcuddur. Amma tikinti sektorundakı problemlər demək olar ki, cəmiyyətin səbr kasasını artıq son həddə çatdırıb. Hansısa məmur xalqdan və dövlətdən oğurladığı milyonların hesabına şəhərin istədiyi yerində uca mərtəbəli binalar tikir, bir mənzili bir neçə nəfərə satır, tikinti qaydalarını pozur və daha nələr. Bütün bunlardan ən dəhşətlisi odur ki, bu Mənzil-Tikinti Kooperativləri tikinti gedən ərazidəki sakinlər üçün dəhşətli problemlər yaradırlar. Axı, ətrafda yaşayan insanların günahı nədir ki, gecə-gündüz, yay-qış dayanmadan səs-küyün içərisəndə ömür sürməli, başına qum-çınqıl-palçıq tökülməlidir. Axı, bu MTK-lara kim icazə verib ki, insanların istirahət, yaşayış hüquqlarını pozsunlar..? Təsəvvür edirsiniz, MTK-lar məhəllədaxili əraziləri də zəbt edib, insanlar məhəllə daxilində dincəlməyə, nəfəs dərməyə 1 metr yer tapmırlar. Bu hələ harasıdır..? "Bizim Ev" Tikinti şirkətinin Yasamal rayonu, Zərdabi küçəsində "Məhsul" stadionunun yaxınlığında, fabrikin ərazisinin qeyri-qanuni satıldığı yerdə, aparılan tikintinin qorxusundan valideynlər uşaqlarını həyətə buraxa bilmirlər. Uşaqların həyətdə oynaması ona görə təhlükəlidir ki, tikinti aparılan ərazidə heç bir təhlükəsizlik qaydalarına əməl olunmur. Sakinlər bildirirlər ki, biz o qədər dəhşətli dərəcədə təhlükə içərisində yaşayırıq ki, tikinti aparılan binanın hansısa bir materialı həyətdə hərəkət edən sakinlərin başına düşsə, bədbəxt hadisənin baş verməsi qaçılmazdır. Onu da bildirək ki, "Bizim Ev" MTK-nın ucaltdığı binanın altında, uşaq bağçasının həyətdə uşaqların oynaması üçün, oyun meydançası quraşdırılıb. Binadan qopan xırda bir əşya uşaqların faciəsi ilə nəticələnəcək hadisəyə səbəb ola bilər. Axı, ötən yazımızda qeyd etdiyimiz kimi bütün dünyada tikinti şirkətləri fəaliyyət göstərir, amma ölkə qanunları daxilində. Bəs, bizdə niyə bu sahədə dəhşətli xaos, qanunsuzluq, cinayət əməlləri baş alıb gedir. Bəs, Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi, Ekologiya Nazirliyi, Arxitektura Komitəsi və s qurumlar hara baxır. Bu MTK-lar hər gün onlarla ağacı, yaşıllıqları məhv edirlər. Hansısa bir iradı bildirəndə, ağızlarını möhkəmdən açaraq deyirlər ki, kimə nə lazımdır vermişik, işimizi də görürük. Lap "Bizim Ev" MTK-nın şəriklərindən biri Həbib müəllimin dediyi kimi. "Bilirsiniz, Fövqaladə Halların, Arxitektura Komitəsinin, İcra Hakimiyyətlərinin bu binada nə qədər payı var? Əşi biz paylamışıq, özümüzə heç nə qalmayıb. 22 mərtəbəyə söz vermişdilər, 12-ci mərtəbədə dayandırdılar. Gedin əlinizi hara istəyirsiniz, ora qoyun. Ölümdə olsa biz işimizi dayandıran deyilik". Amma biz Həbib müəllimə bildirmək istəyirik ki, siz kim olursunuzsa, olun, kimin adamı olursunuzsa, olun, kimin cibini doldurursunuzsa, doldurun, amma unutmayın ki, bu ölkənin vətəndaşlarının hər birinin konstitusiyada nəzərdə tutulmuş hüquqlarını qoruyan Prezidentləri var. Sizin çoxlu pulunuz ola bilər, camaatın hüquqlarını pozmaq üçün vəzifəli adamlarınız ola bilər, amma sizin və sizin "krışa"larınızın səlahiyyətləri Prezidentdən üstün ola bilməz. “Bizim Ev” MTK Mədəniyyət Nazirliyinin nəzdində olan fabrikin ərazisini hansı yollarlasa əldə edərək, yerində bina tikməsindən əlavə, üstəlik idman stadionunun ərazisini də zəbt edərək qanunsuz ikinci binanı tikir. Hətta sakinlər bildirirlər ki, gör bu "Bizim Ev" MTK-nın sahibi Həbib adlı şəxs kimlərəsə, hansı dərəcədə arxayındırsa bir icazə ilə iki bina tikir. Buna nə ad vermək olar? Ötən yazımızda qeyd etdiyimiz kimi, bütün dünya, o cümlədən dövlət başçımız idmanın inkişafına çalışır, bu tərəfdən isə "Məhsul" adlı stadionun ərazisini Həbib və Mürşüd adlı şəxslər zəbt edərək bina tikir. Qısa məlumat üçün qeyd edək ki, vaxtilə adı “Məhsul” olan stadion indi Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi adlanır. Ən dəhşətlisi odur ki, stadionun qanuni sahibi olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ( sədri, millət vəkili Səttar Möhbalıyevdir ) deyir ki, tikintidən xəbərimiz yoxdur. Axı, söhbət “iynə axtarmaqdan” getmir ee, ərazidə az qala 20 mərtəbəli bina tikilir, stadionun sahibi deyir xəbərimiz yoxdur... Onu da qeyd edək ki, söhbət konkret olaraq Yasamal rayonu Həsən bəy Zərdabi prospekti 69D ünvanında olan 1,26 hektar ərazidən gedir. Yuxarıda qeyd etdiyimiz kimi, “Bizim Ev” MTK ətrafda yaşayan insanlar üçün dözülməz vəziyyət yaradıb. Bəli, indi bizə məlum olur ki, tikilən binaya görə, Mədəniyyət Nazirliyinin əməkdaşları həbsə atılıblar. Amma satan bəlli, oğurluq ərazini alan bəlli, zərərçəkən Azərbaycan dövləti amma ortada nəticə yox. Bəli əziz oxucular, soruşa bilərsiniz ki, artıq o yeri satan həbs olunub. Yeri satan həbs olunsa da, yeri alan da onu geri qaytarmalı, dəymiş zərər, yəni dövlətdən oğurlanaraq, hansısa iş adamına satılan ərazi dövlətə geri qaytarılmalıdır. Hesab edin ki, oğurluq edilir, oğurluq edən həbs olunur, oğurluq vasitəsilə əldə olunan gəlir isə, hamının gözü qarşısında açıq şəkildə oğrular tərəfindən bölünür. İndi isə qayıdaq "Bizim Ev" MTK-nın tikdiyi hündürmərtəbəli bina ilə bağlı sakinlərin çəkdiyi məşəqqətlərə. Təsəvvür edirsiniz, vətəndaşların keçib getdiyi yolun düz ortasında hündür kran ( 06-BD-200 ) dayanıb, insanlar yolu keçə bilmirlər. Əgər sabah bu kran aşıb insanları məhv eləsə, bunun məsuliyyətini kim daşıyacaq, cənab vəzifə sahibləri..? Ərazidə tikinti materiallarının qalıqları, toz-torpaq, zir-zibil əlindən tərpənmək olmur. Təsəvvür edin ki, sakinlərin keçdiyi yola xeyli sayda mişar daşları düzülərək yolu hasara alıblar... MTK-nın sahibi isə sakinlərin şikayətini heç vecinə də almır. Hələ üstəlik deyir ki, pulumu vermişəm, yer almışam, icazə almışam, özüm bilərəm necə tikirəm... Baxın, bu adam kağız üzərində olsa da Mədəniyyət Nazirliyindən oğurlanmış torpağın üzərində 1 binaya icazə alıb, amma hazırda ikinci binanı da tikir. Biz bir media olaraq Bakı Şəhər İcra Hakimiyyətinə, Yasamal Rayon İcra Hakimiyyətinə, Arxitektura Komitəsinə, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizlik Xidmətinə və bütün qurumlara səslənirik. "Bizim Ev" MTK-nın gördüyü qanunsuz işlərə son qoyulsun. //gundelik-baku.com//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İki yerdə işləyənlər niyə hər iki işdə ayrıca icbari tibbi sığorta haqqı ödəyir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 18:00 |
|
|
|
• Dövriyyələri 1 milyard manatı keçən 7 şirkət - SİYAHI
Bu gün, 17:58 |
|
|
|
• “Daşnaksütyun” Paşinyanı öldürmək istəyir – SENSASİON İDDİA
Bu gün, 17:06 |
|
|
|
• Hakimiyyətə bu şəxs hazırlanır – “Varis planı” işə düşüb
Bu gün, 17:02 |
|
|
|
• Azərbaycanda sabah banklar və “Azərpoçt” fəaliyyət göstərəcək - DİQQƏT
Bu gün, 16:58 |
|
|
|
• Zəngəzur dəhlizi ilə bağlı yenilik: -Bu halda məqbul sayıla bilər!
Bu gün, 16:07 |
|
|
|
• Moskva Tiflisin ümidini kəsdi - Separatçı bölgələrlə bağlı inanılmaz tələb
Bu gün, 16:04 |
|
|
|
• Xocalının Ballıca və Ağdərənin Həsənriz kəndlərinə köç olacaq
Bu gün, 15:59 |
|
|
|
• Problemlər bəllidir, onlarla mübarizəyə pul lazımdır... - COP29-dan REPORTAJ
Bu gün, 15:41 |
|
|
|
• Şərur Tibb Mərkəzinin Doğuş şöbəsi ləğv edilir? - AÇIQLAMA
Bu gün, 15:36 |
|
|
|
• "Qadın gözəl görünəndə deyirlər, bunu kim xoşbəxt edir?"
Bu gün, 15:34 |
|
|
|
• 70 yaşdan yuxarı insanlara kredit niyə verilmir? - ŞƏRH
Bu gün, 15:26 |
|
|
|
• Paşinyanın beş doğrusunu aparan bir səhvi - İNCƏLƏMƏ
Bu gün, 15:25 |
|
|
|
• Ermənipərəst Pallone jurnalistlərin suallarından qaçdı - VİDEO
Bu gün, 15:17 |
|
|
|
• Paşinyanın zəmanət almaq istədiyi “strateji saziş” NƏDİR? - GƏLİŞMƏ
Bu gün, 15:15 |
|
|
|
• Qarabağ Universitetinində ilk sədr SEÇKİSİ
Bu gün, 15:10 |
|
|
|
• “Prezident” doğulduğu kəndə qaçdı: - Qafqazda ikinci Kələki olayı
Bu gün, 14:57 |
|
|
|
• Mağazalardakı “Qara cümə” FIRILDAĞI – Nələri bilməliyik?
Bu gün, 14:52 |
|
|
|
• Naxçıvanda gerçək durum: Bazarlar da boş qalıb... - "Satıcı var, mal da var, alıcı yox..."
Bu gün, 14:47 |
|
|
|
• Ölkə COP29 şölənində... “Az-Lead” MMC ekoloji böhran yaradır... - vergi borcu da KƏLLƏ-ÇARXDA...
Bu gün, 14:38 |
|
|
|
• Xameneyini əvəzləmək üçün düymə basılıb? - NƏ BAŞ VERİR?
Bu gün, 14:19 |
|
|
|
• Mənzil sahibi ilə icarəçilər arasında kirayə haqqı davası... - Qanun nə deyir?
Bu gün, 14:16 |
|
|
|
• Təbii qaza limit təyin etmək, anlaşılan deyil - ETİRAZ VAR...
Bu gün, 14:13 |
|
|
|
• Bu paltarları uşaqlara qətiyyən geyindirmək olmaz! - ÇAĞIRIŞ
Bu gün, 13:57 |
|
|
|
• Dünyanın ən böyük siyasi təşkilatı dağıla bilər – Aİ üçün sonun başlanğıcı…
Bu gün, 13:52 |
|
|
|
• AMXM-da "İqlimlər və ilmələr" sərgisi açılıb
Bu gün, 13:49 |
|
|
|
• "Burada Ermənistan bir bəhanə və bir vasitədir" - deputat
Bu gün, 13:16 |
|
|
|
• Naxçıvan MSK-nın üzvləri seçilib - ADLAR
Bu gün, 13:09 |
|
|
|
• “Makron niyə Bakıya gəlmədi?... Qarayaxmaya görə məsuliyyəti kim daşıyır?”
Bu gün, 13:03 |
|
|
|
• "Qınaqdan çox qorxuram, yoxsa istədiyim kimi geyinərəm"
Bu gün, 12:56 |
|
|
|
• Trampın komandasındakı "erməni aşiq"ləri: onlar kimdir? - İNCƏLƏMƏ
Bu gün, 12:54 |
|
|
|
• Ərazi Tikinti Planlaşdırma Mərkəzinin tender maxinasiyalarının baş “qəhrəmanı”: “Dollar Cavid” - İTTİHAM VAR...
Bu gün, 12:50 |
|
|
|
• "COP29-da küçə itləri ilə bağlı aksiya keçirən şəxs öyrədilmiş adamdır" - deputat
Bu gün, 12:47 |
|
|
|
• MSK seçkilərin yekun nəticələrini təsdiqləyib, “Gürcü Arzusu” qalib olub - YEKUN QƏRAR
Bu gün, 12:41 |
|
|
|
• Dağlıq ərazilərdə qar yağacağı gözlənilir - belə deyirlər...
Bu gün, 12:39 |
|
|
|
• Azərbaycanda iki kollecə təyinat olub - ƏMR
Bu gün, 12:38 |
|
|
|
• 10 ayda ən çox birja əməliyyatı aparan 5 şirkət - ADLAR
Bu gün, 12:24 |
|
|
|
• Gələn il müharibənin diplomatik yolla başa çatması üçün hər şeyi etməliyik - Zelenski YOLA GƏLİR...
Bu gün, 12:22 |
|
|
|
• "Paşinyan gecikir, sonda Əliyevin dediyi olacaq" - Ekspert erməni mediasını məyus etdi
Bu gün, 12:14 |
|
|
|
• Dövlətin dərmanları qara yollarla apteklərə verilir - AXI NİYƏ?..
Bu gün, 12:01 |
|
|
|
• Şərur sakinləri TƏHLÜKƏDƏ: “Cəhənnəmə ölsün” - ŞOK İDDİA
Bu gün, 11:47 |
|
|
|
• İrəvan Bakının əsas tələbini qəbul etdi – Paşinyan açıqladı
Bu gün, 11:39 |
|
|
|
• COP29-a qarşı çıxanlar kim idi? - Vitse-spiker bu ölkələrin adını çəkdi
Bu gün, 11:34 |
|
|
|
• FRANSALI SABİQ NAZİR FRANS 24-də RƏSMİ PARİSİ TƏNQİD ETDİ - “Makron Bakıya getməli idi”
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan KTMT-nin bütün formatlarından uzaqlaşıb - Rusiya XİN
Bu gün, 11:29 |
|
|
|
• Səfərbərlik Xidmətində yeni korrupsiya FAKTLARI AŞKARLANDI
Bu gün, 11:21 |
|
|
|
• Azərbaycanlı 2 milyonluq qızılla aeroportda tutuldu - TƏFƏRRÜAT
Bu gün, 11:19 |
|
|
|
• Ermənistan və Fransa XİN rəhbərləri nədən danışıb -DETALLAR
Bu gün, 11:18 |
|
|
|
• Mərkəzi Bank 3 BOKT-un vəzifəli şəxsini cərimələyib
Bu gün, 11:16 |
|
|
|
• Abid Mamedov şirkətdəki səhmləri əcnəbilərə satdıqdan sonra rəhbərlikdən də ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 11:01 |
|
|
|
|