DİA.AZ: - Bakıda Nəsimi rayonu ərazisində "Kubinka" adlanan ərazidə aparılan söküntü işləri ilə bağlı məsələ dalana dirənib.
DİA.AZ bildirir ki, tikinti işini aparan "RR Constructions" şirkəti sakinləri rəsmən adam yerinə qoymur. Hər halda, görünəni budur. Çünki layihələrinin təsdiq olunmamasına baxmayaraq sözügedən şirkət vətəndaşların evlərini rəsmən başlarına uçururur.
Sakinlərdən biri deyir ki, hətta polis olmasaydı, onun evini belə icazəsiz olaraq sökəcəkdilər: "Allah polisimizin canını sağ eləsin..."
Daha ətraflı aşağıdakı videoda:
Məsələ diqqətimizdədir. İddia olunanlarla bağlı dia-az.life olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...