DİA.AZ: - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, tanınmış hüquq-müdafiəçisi Mirvari Qəhrəmanlı "Azəriqaz" İstehsalat Birliyində növbəti özbaşınalıq faktı ilə bağlı sözügedən qurumun rəhbərliyinə müraciət edib.
DİA.AZ bildirir ki, "Azəriqaz" İstehsalat Birliyi Tərtər Regional Qaz İstismarı İdarəsindəki özbaşınalıqla bağlı məlumat paylaşan M.Qəhrəmanlı qeyd edir:
" "Azəriqaz" İstehsalat Birliyi Tərtər RQİİ-nin işçisi, 1-ci Qarabağ müharibəsi iştirakçısı və əlili Həmidov Yaşar, Tərtər RQİİ rəisi Azay Həmidovun əmri ilə iyul ayının 27-də, ARƏM maddə 74,1-ci hissəsinin C bəndi ilə işdən azad olunmuşdur.
Bununla əlaqadar Yaşar Həmidov məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, işə bərpa olunmasını tələb edir..."
M.Qəhrəmanlı əlavə olaraq bildirib ki, narazı vətəndaş - Qarabağ Qazisi Yaşar Həmidov eyni zamanda ölkə başçısına şikayət ərizəsi ilə də müraciət edib.
Məsələ diqqətimizdədir. Bütün maraqlı tərəfləri dia-az.life olaraq dinləməyə hazırıq...