Lənkəran rayon sakini Babək Rzazadə "44 günlük" müharibədə ayaqlarından yaralanıb. Həm sağlamlığını itirib, həm də işini. Yaralarını müalicə etmək, övladlarını məktəbə aparıb-gətirmək üçün avtomobilə ehtiyacının olduğunu bildirir. Deyir, aldığı pensiya ilə taksilərə pul çatdıra bilmir. Babək Rzazadə aidiyyatı qurum, şəxslərə müraciət edib. Amma müraciətlərinin də nəticəsiz qaldığını deyir.