Asim Muradov Masallı rayon sakinidir. Deyir, 44 günlük müharibədə Füzuli və Xocavənd döyüşlərində iştirak edib və 2 dəfə yaralanıb.
Onun sözlərinə görə, kəllə-beyin travması alıb, gözləri 40% görür.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin şöbə müdiri Tural Qurbanov Toplum TV-ə bildirib ki, müayinələr zamanı Asim Muradovun sağlamlığında əlillik əlaməti müəyyən edilməyib.