Elşad Həsənov QOSQOCA YASAMALI necə xarabalığa çevirir... - NƏ DÖVLƏT BİLİR, NƏ DƏ QANUN...
Tarix: 5-09-2023, 15:39 | Çap et
 Yasamal rayonunda - 20 Yanvar metrosundan bir qədər yuxarıda, "2-ci Alatava" deyilən yerdə yerləşən bu tikilinin qarşısından keçəndə, nədənsə özümü məşhur Əfqanıstan əsilli yazıçı Xalid Hüseyninin "Çərpələng uçuran" adlı romanında hiss edirəm. Düşünürəm ki, illər sonra ölkəmə qayıtmışam və indi müharibənin gətirdiyi fəlakətlərin tablosu ilə üz-üzəyəm. Bu binanın yerləşdiyi yer isə əvvəlcə "Şurəvi"lərin, daha sonra isə Talibanın bombaladığı yaşayış binalarından biridir. Daha sonra bu düşüncədən ayrılıram və anlayıram ki, bəli, biz də əfqan xalqı kimi müharibə aparmış, çoxlu itkilər vermiş bir ölkəyik. Ancaq əfqanlardan fərqli olaraq, biz bu müharibədən qalib çıxmışıq axı. Yaxşı, elə isə bu bina nədir belə? Nəyə görə qalib bir xalqın, müzəffər bir ölkənin sakinləri hələ də üzərində "döyüş izləri" daşıyan bu binada yaşayırlar? Onlar kiminlə, hansı ordu ilə döyüşüb, belə "ayaqüstə" qala biliblər? Binanı müşahidə edərkən, Əfqanıstandan Azərbaycana qayıtdım. İki ölkə arasında dağlar qədər fərq olsa da, bənzərlikləri də yox deyildi. Məsələn, Əfqanıstanı xaricdən gələn işğalçılar o kökə salmışdılar, daxildə etnik və dini parçalanma yaradıb, vətəndaş müharibəsi çıxarmışdılar. Daha sonra da "yeyin, bir-birinizi" deyib, çıxıb getmişdilər. Azərbaycanda isə bunu adətən yerli icra hakimiyyətləri edir. Yasamal İcra Hakimiyyəti salınan hər qapının, tikilən hər obyektin qoxusunu az qala, elə Əfqanıstandan alsın. Ancaq bu binadan "xəbərləri yoxdur". Məsələn, bu binanın fotoda da göründüyü kimi aşağı mərtəbəsində yeni tikilmiş aptek, onun yanında da bir təndirxana və paltar mağazası fəaliyyət göstərir. Bu sıra aşağıdan sola doğru getdikcə uzanır və sıra ilə açılan obyektlər elə sıra ilə də kasıblaşır. Altında yeni tikilmiş və ya təmir olunub istifadəyə verilmiş obyektlər varkən, yuxarıda içindəki insanlarla birgə çürüməyə tərk edilmiş beşmərtəbəli yaşayış binası görürük. Fonda isə hündürmərtəbəli, yeni tikilən, inşaat halında olan göydələnlər görünür.
...Əvvəl düşündüm ki, görəsən, bu qədər yeni tikilinin arasında belə bir çirkin görüntünün yaranmasına necə icazə verilib? Necə olur ki, əlil birinin öz evinə qapı qoymasına qətiyyətlə dirənib, buna imkan verməmək üçün hər yola, hər varianta əl atan icra hakimiyyəti bu boyda binanın hər gün dağılıb getməsinə, içindəki sakinləri ilə birgə çürüməsinə göz yumur?

Daha sonra öz sualıma elə özüm də bir cavab tapdım. Deməli, "göz yummaq" adlı bir "uzaqgörən" strategiya var. Məsələn, yaşadığın bina eynilə bu şəkildədir və dağılıb gedir. Onu heç kim görməyəcək. Ta ki, sən o binada yerləşən evində balkonu təmir edənə, yaxud o binanın birinci mərtəbəsində özünə obyekt açana qədər. Bu vaxt görəcəksən ki, qarnı özünü qabaqlayan bir icra nümayəndəsi təşvişlə maşından aşağı düşür və qaçaraq yanına gəlib, səndən icazə kağızının olub-olmadığını soruşur. Sən də deyirsən ki, yoxdur. Bu, sadəcə fraqmentdir. Film elə bundan sonra başlayır. "Mumiya" filmindəki çürümüş bədheybəti xatırladan o boyda bina qalır bir kənarda, bütün qayda-qanun sənin təmir etmək istədiyin yoxa çıxmış balkonunda, yaxud kiçik ticarət obyektinin başında cəmləşir. Heç kim o binanın altındakı obyektlərin hansı qanuni əsaslarla tikilməsini, fəaliyyətini sorğulamayacaq, hətta onları görməyəcək də. Ta ki sən bu adamları "görənə" kimi...
Ötən günün axşam saatlarında bəzi rayonlarda beş bal gücündə zəlzələ baş verdi. Xoşbəxtlikdən dağıntı və tələfat olmadı. Bəlkə də bu zəlzələ Bakının "Taliban"ına - Yasamal İcra Hakimiyyətinə bir siqnal idi. Maraqlıdır, o zəlzələdən biri də Bakıda olsa, bu və bunun kimi binaların aqibəti necə olacaq?
Ev adı altında tikilib satılan hündürmərtəbəli və ya darvazalı "məzarlıq"da sağ qalsaq, nəticəni görəcəyik... Bizimyol.info

|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Banka krediti olanların NƏZƏRİNƏ - ALDANMAYIN...
Bu gün, 07:19 |
|
|
|
• Bakı ilə bağlı qorxunc durum: nə etməli? – “1 milyon nəfər çıxarılır…”
Bu gün, 07:17 |
|
|
|
• "Harada da qarşılaşsaq, "necəsən" deyərəm"
Bu gün, 06:49 |
|
|
|
• Müdafiə Nazirliyinin 6,3 milyonluq 3 tenderi ləvğ edildi - SƏBƏB AÇIQLANMADI
Bu gün, 06:45 |
|
|
|
• Perik düşən Orta Asiya türkləri Bakı ilə Ankaranın planını poza bilməyib - GƏLİŞMƏ
Bu gün, 06:38 |
|
|
|
• Şirvana 'qara maskalılar' hər an görünə bilər - İLGİNC İDDİA
Bu gün, 06:34 |
|
|
|
• "Terrorsuz Türkiyə" strategiyası: qazanılmış nəticə və Azərbaycanın dəstəyi - İNCƏLƏMƏ
Bu gün, 06:21 |
|
|
|
• Silah buraxıldı, təşkilat bitdimi? - Görünəni odur ki...
Bu gün, 06:17 |
|
|
|
• “Silah tapa bilərlər, bizimlə döyüşəcək cəsarət və güc isə əsla!” - deputat
Bu gün, 06:15 |
|
|
|
• Mərkəzi Klinikada HƏKİM NAŞILIĞI ÖLÜMLƏ NƏTİCƏLƏNDİ
Bu gün, 00:53 |
|
|
|
• Ana övladlarından imtina etdi, 6 uşaq atası müavinət ala bilmir... - deputatdan AÇIQLAMA
Bu gün, 00:44 |
|
|
|
• Qiymətlər kəskin artacaq, bundan sonra... - Əhaliyə PİS XƏBƏR
Bu gün, 00:40 |
|
|
|
• Suraxanı sakinlərinin SU ÇİLƏSİ - NARAZILIQ VAR...
Bu gün, 00:38 |
|
|
|
• Çin dalanı: Kreml üçün çıxılmaz nöqtə - GƏLİŞMƏ
Bu gün, 00:31 |
|
|
|
• "Siz hardan bilirsiniz ki, həyat yoldaşım burada deyil?"
Bu gün, 00:28 |
|
|
|
• Lerikdə vəzifə saxtakarlığı: - Kommunal birliyin rəisi və məktəb direktoru cəzalandırıldı
Bu gün, 00:26 |
|
|
|
• Gömrük sənədlərini vaxtında bəyan etməyən şirkət cərimələndi
Dünən, 23:00 |
|
|
|
• 1,2 milyon vergi borcu olan şirkət kimindir? - İLGİNC
Dünən, 22:58 |
|
|
|
• "Baxdım ki, adam mənim özümü "qara siyahı"ya atıb" - İŞƏ POLİS QARIŞDI
Dünən, 22:29 |
|
|
|
• Kollektivdə nalayiq hərəkətlər edən məmur İŞDƏN QOVULDU - TƏFƏRRÜAT
Dünən, 22:26 |
|
|
|
• Azərbaycanda nazir koronovirusa yoluxdu - FOTO
Dünən, 22:23 |
|
|
|
• Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yeni direktor təyin edilib - ƏMR
Dünən, 22:21 |
|
|
|
• Ermənistan hər zaman PKK üçün bir plazdarm rolunu oynayıb - FAKT BUDUR!
Dünən, 19:02 |
|
|
|
• Türk Dövlətləri Təşkilatı əhəmiyyətlidir, lakin Cənubi Azərbaycan daha önəmlidir - HƏQİQƏTƏN DƏ...
Dünən, 19:00 |
|
|
|
• Zəngəzur dəhlizi Azərbaycana bunları qazandıracaq - GƏLİŞMƏ
Dünən, 18:58 |
|
|
|
• AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır
Dünən, 18:11 |
|
|
|
• AYNA rəhbərinə aid şirkət başqa adla fəaliyyət göstərir? – Bağlandığı DEYİLMİŞDİ
Dünən, 18:10 |
|
|
|
• Hamı Türkiyədə Putinlə görüşə hazırdır - Zelenski
Dünən, 18:06 |
|
|
|
• “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib - DÖVLƏTİN GƏRƏKƏN REAKSİYASI...
Dünən, 18:05 |
|
|
|
• “Ərimin səhvi də düzdür” - Ofeliya Şabanova
Dünən, 18:03 |
|
|
|
• Türkiyənin təklifinin alternativi müharibədir - ŞƏRH
Dünən, 18:02 |
|
|
|
• “Bizdə porno çəkilmir, öpüşə bilmirlər, ət tökəndilər, o qədər əcaib səslər çıxarırlar ki...”
Dünən, 18:00 |
|
|
|
• Aİ ilə əməkdaşlığın genişləndirilməsinə sadiqik - Paşinyan BELƏ DEYİR...
Dünən, 17:58 |
|
|
|
• Bakının göbəyində AĞACYEYƏNLƏR PEYDA OLDU... - BU NƏDİ BELƏ?..
Dünən, 17:54 |
|
|
|
• Dövlət universitetlərinin ingilis bölməsində təhsil bərbaddır - ETİRAZ
Dünən, 17:49 |
|
|
|
• Kreml Köçəryanı “qurban verir” - GƏLİŞMƏ
Dünən, 17:45 |
|
|
|
• Üç lider razılaşdı, Ərdoğan təsdiqlədi: “pəncərə” açılır – Kremldən gözlənilməz QƏRAR
Dünən, 17:42 |
|
|
|
• PKK-nın gələcəkdə yenidən fəaliyyətə başlayacağı və dirçələcəyi ehtimalı çox azdır - ÇÜNKİ...
Dünən, 17:41 |
|
|
|
• Yer kürəsinə ən yaxın planet açıqlandı – Beş saata çatmaq mümkündür
Dünən, 17:38 |
|
|
|
• Ermənistan və Böyük Britaniya hərbi attaşelər təyin edə bilər
Dünən, 17:34 |
|
|
|
• Dövlət qurumları Şuşada konfrans keçirirlər, amma otellərə pul ödəmirlər? - İLGİNC FAKT
Dünən, 17:33 |
|
|
|
• "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
Dünən, 17:29 |
|
|
|
• Azərbaycanın yeni hərbi prokuroru kimdir? - Fotolar
Dünən, 17:27 |
|
|
|
• Generalı nazir əvəzlədi
Dünən, 17:23 |
|
|
|
• Erməni hərbçini elektrik cərəyanı vuraraq öldürüb - KİV
Dünən, 17:21 |
|
|
|
• Azərbaycan Respublikasının Hərbi prokuroru təyin edilib - SƏRƏNCAM
Dünən, 17:19 |
|
|
|
• Küçədə döyülərək öldürülən məktəblinin - Fotosu
Dünən, 16:21 |
|
|
|
• Nazirliyin 2,5 milyonluq tenderin Mehdiyevin oğlunun şirkəti uddu - DETALLAR
Dünən, 15:54 |
|
|
|
• “Evimizin qapı-pəncərələrini qıraraq söküntü işləri aparırlar” - TƏFƏRRÜAT
Dünən, 15:50 |
|
|
|
• Azərbaycanda daha iki audit şirkətinə yeni, müddətli lisenziyalar verilib
Dünən, 15:48 |
|
|
|
|