Yeni rəhbərlik köhnələrə RƏHMƏT OXUTDURUR... - ETİRAZ
DİA.AZ: - "Sentyabr ayı həm də xaricdə oxuyan tələbələrin gediş ayıdır. Bu ayda quru sərhədləri də bağlı olduğu üçün qismən ucuz olması arzu edilsə də, qiymətlər kəlləçarxa çıxıb". DİA.AZ bildirir ki, bunu açıqlamasında tanınmış jurnalist Aqil Ələsgər qeyd edib.
AZAL-da yeni rəhbərliyin gəlişindən sonra vəziyyətin daha da ağırlaşdığını diqqətə çatdıran jurnalist əlavə olaraq bunları vurğulayıb: "Təqdim etdiyim qiymətlər baqajsız, bir tərəfə olan biletlərdir.
Qısacası görünən budur ki, AZAL-ın hazırkı rəhbərliyi Canikin ölənlərinə rəhmət oxutmağa şiddətli şəkildə and içib..."
Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...