Dəyişiklik sırası Abşeron təhsilində... - İlhamə Abdullayeva da yola salınır
DİA.AZ: - Keçən həftə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın vəzifəsindən azad edilməsi əslində çox ciddi hadisə idi. 2020-ci il 11 dekabr tarixindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilən Mehriban Vəliyeva təhsildə şəbəkəsini quran fiqurlardan hesab olunur.
Amma iş bununla da bitmıyəcək. DİA.AZ-a ETN-dəki qaynaqlardan verilən məlumata görə, islahat dalğası bu dəfə özünü Abşeronda göstərəcək.
Mənbə iddia edir ki, yaxın günlərdə Abşeron - Xızı Regional Təhsil İdarəsi (RTİ) müdiri postunda dəyişiklik gözlənilir.
Qeyd edək ki, hazırda bu postu İlhamə Abdullayeva tutur.
Əlavə bilgilərimiz olacaq. Bizi izləməyə davam edin.