Yerini möhkəmlədən Zəfər Qurbanov MAAŞLARI DA KƏSİB? - NARAZILIQ VAR...
Tarix: 9-10-2023, 11:53 |
Çap et
DİA.AZ: - "Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru vəzifəsinin müvəqqəti icrasından rektorluq təsdiqinə qədər aqrar təhsili yaxın qohumları ilə birlikdə məhv etməkdə davam edir". Bu barədə DİA.AZ-a göndərilən məaqlədə deyilir.
Məqalə müəllifi daha sonra yazır: "Rektor səlahiyyətini alandan bu yana nə vaxtlı-vaxtında əməkhaqqı verir, nə də kadr islahatının düzgün aparır. Bu günü oktyabr ayı olmasına baxmayaraq Aqrar Universitetin işçi heyəti hələ də sentyabr ayının əməkhaqqını almayıb.
Zəfər Qurbanov yaxın qohumu - vaxtı ilə rüşvət və vəzifə səlahiyyətlərindən istifadə edərək dövlət əmlaklarını və pulunu mənimsəyən Şəmkir rayonu İcra Hakimiyyətinin başcısı Alimpaşa Məmmədovun rəhbər olduğu dönəmdə kadrlar şöbəsinin müdiri işləmiş Günay Rəfiyevanı Aqrar Universitetə kadrlar şöbəsinə müdir göttürüb. Ki bununla da hər şey gün kimi aydındır.
Bu təyinat Zəfər Qurbanovun aqrar təhsil ocağında hansı idarəçiliyi fikirləşdiyini, hansı metodlara üstünlük verəcəyini açıq-aydın üzə çıxarır".
Qeyd edək ki, redaksiyamıza göndərilən məqalədə olduqca ilginc faktlara toxunulub, ilginc iddialar səslənib. Bəzi dəqiqqləşdirmələrin ardından məqalənin davamını təqqdim edəcəyik. Bizi izləməyə davam edin. Məsələ ilə bağlı qarşı tərəfi də dia-az.life olaraq dinləməyə hazırıq....